İcazə'lərin bölgüsü ilə bağlı görüş keçirildi

İcazə'lərin bölgüsü ilə bağlı görüş keçirildiABADA-nın təşkilatçılığı ilə beynəlxalq avtomobil daşıyıcıları ilə BNF "İcazə"lərinin bölgüsü ilə bağlı görüş keçirilib. 
Görüşdə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat nazirinin müavini Rəhman Hümmətov, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Anar Rzayev, ABADA-nın İdarə Heyətinin sədri Həbib Həsənov və Nazirliyin Nəqliyyat siyasəti şöbəsinin müdir müavini, Bölgü Komissiyasının sədri Azər Əliyev iştirak ediblər.
Nazir müavini Rəhman Hümmətov, "İcazə" blanklarının şəffaf və ədalətli bölgüsü ilə əlaqədar və son illərdə sahə üzrə Nazirliyin yürütdüyü işlər haqqında məlumat verib, prosesin daşıyıcıların qanuni mənafelərinə cavab verəcək şəkildə, tam şəffaf formada və rəqabət mühitinin qorunması ilə keçirildiyini bildirib. 
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Anar Rzayev BNF "İcazə"lərinin bölgüsü ilə bağlı sənədlərin qəbulu, bölgünün aparılması qaydaları və Keyfiyyat Xartiyasının tələbləri haqqında daşıyıcıları məlumatlandırıb, eyni zamanda BNF "İcazə"lərinin bölgüsü və istifadəsi ilə bağlı daşıyıcıların suallarını cavablandırıb.
 Bölgü Komissiyasının sədri Azər Əliyev bölgüdə tətbiq edilən düstur və metodlar haqqında tədbir iştirakçılarına məlumat verib. 
Tədbirdə çıxış edən ABADA-nın İdarə Heyətinin sədri Həbib Həsənov prosesin tam şəffaf şəkildə aparılmasında Nazirliyin göstərdiyi dəstəyi vurğulayıb, ABADA tərəfindən bölgünün təşkili, eləcə də ötən müddət ərzində daşıyıcılara göstərilən dəstəklə bağlı həyata keçirilən tədbirlər haqqında görüş iştirakçılarına məlumat verib. Eyni zamanda tədbirdə "İcazə" blanklarının və BNF "İcazə"lərinin bölgüsünün daşıyıcıların rahatlığını təmin edəcək tam elektron şəkildə aparılması üçün ABADA tərəfindən alınan proqram təminatının təqdimatı da həyata keçirilib. Həbib Həsənov daşıyıcılara ABADA-nın 2023-cü ildə həyata keçirməyi planlaşdırdığı tədbirlər, təşkilatın beynəlxalq əlaqələri və bu layihələrin daşıyıcılara faydaları barədə danışıb və müsbət nəticələr əldə edildiyinə görə Nazirlik və ABADA arasında imzalanan birgə əməkdaşlıq haqqında Memorandumun 2023-cü ildə davam etdiriləcəyi ilə bağlı da məlumat verib. / azxeber.com

Sosial       Tarix: 31 dekabr 2022
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

WhatsApp'da nömrəsiz mesajı belə göndərmək olar

"WhatsApp" istifadəçilərin uzun müddətdir gözlədiyi yeni funksiyanı təqdim etməyə hazırlaşır. -a istinadən xəbər verir ki, dünyada ən populyar mesajlaşma tətbiqlərindən biri olan WhatsApp gizliliyi artıracaq "istifadəç

Taksi qiymətləri yaxın perspektivdə ucuzlaşacaq? - AÇIQLAMA

"Azərbaycanda taksi xidmətlərinin qiymətlərinin yaxın gələcəkdə aşağı düşəcəyi gözlənilmir. Hazırkı bazar şəraiti qiymətlərin daha çox artım istiqamətində dəyişəcəyini göstərir". xəbər verir ki, bunu -ə açıqlamasınd

Qara qızıl dəyər itirir: Dünya bazarlarında eniş

Dünya enerji bazarlarında neftin qiymətində azalma müşahidə olunub. xəbər verir ki, "ICE London" birjasında keçirilən hərraclarda "Brent" markalı neftin 2026-cı ilin iyul fyuçersləri 0,79% ucuzlaşara

DİQQƏT: Dollar zəifləyir, bəs manatı nələr gözləyir?

Hörmüz boğazında gərginliyin azalması və dəniz marşrutunun tam fəaliyyətə başlaması dünya enerji bazarlarında qiymətlərin aşağı düşəcəyi ilə bağlı gözləntiləri artırıb. Bu vəziyyətin ABŞ dollarının məzənnəsinə və Azərbaycand

Azərbaycanda 76 yaşlı jurnalistə cinayət işi açıldı

Azərbaycanda dələduzluq edən jurnalistə cinayət işi açılıb.   -a istinadən xəbər verir ki, qəzetlərdən birində müxbir işləyən 76 yaşlı Həmid Bəkirov (ad və soyad şərtidir) dələduzluqda şübhəli ittiham olunub. İttiham aktın

Bölgələrə yağış yağıb - FAKTİKİ HAVA

Saat 22:00-a olan məlumata əsasən ölkə ərazisinin bəzi yerlərində yağıntılı hava şəraiti müşahidə olunur. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Məlumata görə, Naftalan, Şəki, Balakən, Oğuz

Belə maşınları alanların yanacaq xərci 80 faiz azalır - Açıqlama

Elektrikli avtomobillərin sayının sürətlə artması dünyada nəqliyyat sektorunda yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir. Bu tendensiya təkcə ekoloji baxımdan deyil, həm də iqtisadi, texnoloji və sosial sahələrdə mühü

Dünya bazarında neft ucuzlaşmaqda davam edir

Qlobal enerji bazarlarında neftin qiyməti aşağı düşməkdə davam edir. KONKRET.azxəbər verir ki, son ticarət əməliyyatlarında Şimal dənizindən hasil olunan "Brent" markalı neftin bir barreli 77,62 dollara qədər ucuzlaşıb

Müasir texnologiya istifadəyə verildi: Bakteriyalar bir neçə dəqiqəyə müəyyən ediləcək

TƏBİB tərəfindən vətəndaşların keyfiyyətli tibbi xidmətlərə əlçatanlığının artırılması və laborator diaqnostika imkanlarının genişləndirilməsi istiqamətində mühüm addımlar atılmaqda davam edir. Bu məqsədlə Yeni Klinika v


yeni xeberler son xeberler azerbaycan xeberleri kriminal bugun son xeberler az xabar az xeberler bugun