İcra başçısından açıqlama: "Üç gün sonra yenə yanğın oldu

İcra başçısından açıqlama: "Üç gün sonra yenə yanğın olduİcra başçısından açıqlama: "Üç gün sonra yenə yanğın oldu"
Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi Rzayev rayonda son dörd gün ərzində iki böyük yanğının baş verməsi haqda danışıb.
İcra başçısı "Qafqazinfo"ya açıqlamasında bildirib ki, bu gün səhər saat 07:00 radələrində rayonun "Təza bazar"ında qısa qapanmadan yanğın başlayıb: "Yanğın barədə məlumat alan kimi hadisə yerinə gəlmişik. Hazırda polis rəisi, müavinləri, fövqəladə hallar komissiyasının sədri də buradadır. Tərtər, Ağdam və Yevlax rayonlarından yanğınsöndürənlər də cəlb edilib. Yanğın demək olar ki, lokallaşdırılıb və söndürülüməsi üçün tədbirlər görülür. İlkin məlumata görə, güclü külək nəticəsində bazarın üzərindən keçən naqillərdə qısaqapanma olub və oradan yanğın başlayıb".
V.Rzayev qeyd edib ki, bazarda minə yaxın obyekt yerləşir və ilkin məlumata görə, 60 obyekt yanıb: "Yanğının digər obyektlərə keçməsinin qarşısı alınır. Təxminən 1 000 kvadratmetr ərazi yanıb, əsasən geyim dükanları və ərzaq mağazalarıdır. Bəzi mağazalarda generatorlar, plastik manekenlər olub ki, onlar da tezalışan materiallardır və yanğının söndürülməsini çətinləşdirir. Həmçinin, hazırda güclü külək də işə maneə olur".
İcra başçısı bildirib ki, mayın 23-də baş verən yanğınla bugünkü yanğının əlaqəsi yoxdur: "İlkin informasiyaya görə, hər hansı cinayət və ya təxribat əməli yoxdur, təsadüfi ardıcıllıqdır. Bir neçə gün öncə baş verən yanğın çayxanada qaz balonunun partlaması nəticəsində baş vermişdi. Həmin vaxt dördü ciddi olmaqlar 10 mağazaya zərər dəyib, onlardan isə yalnız birinin sığortası olub. İndiki yanğında isə bazar rəhbərliyi daşınmaz əmlakı sığorta etdirməlidir. Yanğın söndürüləndən sonra bu məsələni araşdıracağıq". /oxu.az

Sosial       Tarix: 26 may 2021
f Paylaş

Oxşar xəbərlər

Manatın məzənnəsi açıqlandı

Mərkəzi Bank11 noyabr 2026-cı il tarixindən etibarən müəyyən etdiyi rəsmi məzənnələrini açıqlayıb. xəbər verir ki, 1 ABŞ dolları 1.700 manat, 1 avro 1.8981 manat, 100 Rusiya rublu 2.0422 manat, 1 Türkiyə lirəsi isə 0.033

Bu işçilərin maaşı 4 min manatı keçdi - Kimlərə aiddir?

Azərbaycanda muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 1172,7 manat təşkil edib. Ən yüksək əməkhaqqı mədənçıxarma sənayesində, ən aşağı göstərici isə kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsind

Bu ölkədə cəmi iki faiz əhali vergi odəyir

Hindistanda əhalinin cəmi 2 faizinin vergi ödədiyi bildirilir. Ölkədə iqtisadi fəaliyyətin böyük hissəsinin qeyri-formal sektor çərçivəsində həyata keçirilməsi, kənd təsərrüfatının vergidən azad olması və vergi sistemindək

Paytaxtda restoranda dava: Qıza söz atan kişi arvadının yanında döyüldü

Bakıda restoranlardan birində dava baş verib. -a istinadən xəbər verir ki, hadisə Nizami rayonunda yerləşən restoranlardan birində qeydə alınıb. 35 yaşlı Türkiyə vətəndaşı Erol restoranın foyesində Azərbaycan vətəndaşı Əliağanı

Minaya düşərək həlak olan şəxs 2 övlad atası olub

Minaya düşərək həlak olan şəxs 2 övlad atası olub. -a istinadən xəbər verir ki, Ağstafa rayonunun Ürkməzli kənd sakini, 1986-cı il təvəllüdlü Rəsul Şahin oğlu İbrahimov ailəli olub, 2 övladı var. Hadisə nəticəsində ağır xəsarətlə

Tanınmış jurnalistə 'Səbail' klubunda vəzifə verildi

"Səbail" futbol klubunda yeni təyinat baş tutub. Tanınmış jurnalist Emin Abbasov klub prezidenti Mirzə Bayrampurun müşaviri vəzifəsinə təyin olunub. Qeyd edək ki, Emin Abbasov daha əvvəl "Xəzər" və "Sabah"

Korrupsionerlər niyə rəqəmsal pullara etibar etmir? Köhnə üsulların üstünlüyü

Qazaxıstanda dövlət korporasiyalarının yüksək vəzifəli menecerlərinin səs-küylü həbsi ictimaiyyətdə təəccüb doğurub. Bir çoxları istehza ilə soruşur: bunlar doğrudanmı belə sadəlövhdürlər ki, rüşvəti hələ də nağd pulla, dol

7 uşaq atası söyüşə görə CƏRİMƏLƏNDİ

Qobustanda ictimai məkanda nalayiq ifadələr işlədən şəxs məsuliyyətə cəlb olunub. Hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb. 45 yaşlı Malik Süleymanov (şərti adla) telefonla danışarkən uca səslə nalayiq ifadələ

Dəm qazı can aldı

Gəncə şəhərində iki nəfər dəm qazından boğulub. Hadisə noyabrın 11-də qeydə alınıb. 1972-ci il təvəllüdlü İsgəndər Hacıyev və dostu 1987-ci il təvəllüdlü Tural Məmmədov kirayədə yaşadıqları H.Əliyev prospektində yerləşə


yeni xeberler son xeberler azerbaycan xeberleri en son xeber azerbaycanda son xeberler sonxabar az xeberler az