IDEA Kür çayı sahilində ənənəvi təmizlik aksiyası keçirib - FOTOLAR

IDEA Kür çayı sahilində ənənəvi təmizlik aksiyası keçirib - FOTOLARAvqustun 9-da IDEA İctimai Birliyi tərəfindən Kür çayı sahilində ənənəvi təmizlik aksiyası təşkil edilib. Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfdaşlığı ilə təşkil edilən aksiya Kür çayının Neftçala rayonu ərazisindən keçən hissəsində baş tutub.
Aksiyada 30 nəfər könüllü, həmçinin yerli gənclər və ictimaiyyət nümayəndələri iştirak ediblər. Sanitar normalara uyğun ləvazimatlar və xüsusi qayıqlarla təchiz olunmuş gənclər Kür çayı və onun sahillərini müxtəlif məişət tullantıları və balıqların kütləvi tələfinə səbəb olan sintetik balıqçılıq torlarından və balıqların təbii mühitdə inkişafının qarşısını alan, kustar üsulla hazırlanmış, istifadəsi qanunla qadağan edilmiş digər alətlərdən təmizləyiblər. Nəticədə yarım tona yaxın tullantı toplanaraq Neftçala rayonunun tullantılar poliqonuna təhvil verilib. Aksiya zamanı, həmçinin yerli sakinlərə çayın tullantılarla çirkləndirilməsi və zərərli balıqçılıq alətlərindən istifadənin Xəzər dənizi və Kür çayının ətraf mühitinə, eləcə də faunasına zərərləri barədə məlumat verilib.
Aksiyanın keçirilməsində əsas məqsəd Xəzər dənizi və digər su hövzələrində balıqların təbii inkişafına mane olan alətlərdən təmizlənməsi, həmçinin Kür sahillərinin çirkləndirilməsi və zibillənməsinin qarşısının alınmasıdır. Bu təşəbbüs, eyni zamanda, sahilyanı ərazilərdə təmizliyə riayət olunması, xüsusilə atılan məişət tullantılarının Kür çayı və nəticə etibarilə, Xəzərin faunasına vurduğu zərərlərlə bağlı ictimaiyyətin maarifləndirilməsi məqsədi daşıyır.
Tədqiqatlar göstərir ki, çaylara atılan məişət və sənaye tullantılarının getdikcə çoxalması Kür çayı, o cümlədən Xəzər dənizində balıq artımının kəskin azalma səbəblərindən biridir. Bunu nəzərə alaraq, IDEA İctimai Birliyi tərəfindən mütəmadi olaraq Xəzər dənizinin bioresurslarının qorunub saxlanılması, artırılması və mühafizəsi məqsədilə Xəzər sahillərində, o cümlədən Kür çayı sahilində bu cür təmizlik aksiyaları təşkil edilir.
Kür çayı sahillərində mütəmadi olaraq təşkil edilən təmizlik aksiyaları təbii balansın saxlanılmasında və insan həyatında xüsusi rol oynayan çayların mühafizəsində cəmiyyətin səfərbər edilməsi, ərazinin ekoloji tarazlığının bərpası, ətraf mühitin sağlamlaşdırılmasına töhfə verilməsi, insanlar arasında ekoloji mədəniyyətin və təbiətə qayğı hissinin təbliğ olunması baxımından böyük önəm daşıyır.
IDEA İctimai Birliyi aksiyaya qoşulan bütün təbiətsevərlərə göstərdikləri fəallığa, sağlam ətraf mühit naminə verdikləri töhfəyə görə təşəkkürünü bildirir. İctimai Birlik hər kəsi təbiətin mühafizəsi təşəbbüslərinə həssas yanaşmağa, sahillərimizin təmizliyinə riayət etməyə çağırır.
IDEA Kür çayı sahilində ənənəvi təmizlik aksiyası keçirib - FOTOLARIDEA Kür çayı sahilində ənənəvi təmizlik aksiyası keçirib - FOTOLARIDEA Kür çayı sahilində ənənəvi təmizlik aksiyası keçirib - FOTOLARIDEA Kür çayı sahilində ənənəvi təmizlik aksiyası keçirib - FOTOLAR/ azxeber.com

Sosial       Tarix: 12 avqust 2024
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Qaz limiti ləğv edilir? – AÇIQLAMA

Azərbaycanda aqrar bölgələrdə kommunal tariflərin azaldılması və enerji istehlakı limitləri müəyyənləşdirilərkən iqlim fərqlərinin nəzərə alınması təklif edilib. Deputat Zahid Oruc isə çıxışında bildirib ki, Qusar, Quba

7 uşaq atası söyüşə görə CƏRİMƏLƏNDİ

Qobustanda ictimai məkanda nalayiq ifadələr işlədən şəxs məsuliyyətə cəlb olunub. Hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb. 45 yaşlı Malik Süleymanov (şərti adla) telefonla danışarkən uca səslə nalayiq ifadələ

Mətin Eynullayev ona yüksək vəzifə verdi - FOTO

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətində yeni təyinat olub. Yurd.Media-ya istinadən xəbər verir ki, bununla bağlı Dövlət Xidmətinin rəisi Mətin Eynullayev əmr imzalayıb. Əmrə əsasən, Tərlan Əliye

ADNSU əməkdaşının məqaləsi "Times Higher Education" platformasında dərc olundu

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin müdiri Xülya Sabirlinin ali təhsil müəssisələrində sosial media kommunikasiyasına həsr olunmuş məqaləsi beynəlxalq nüfuzlu"Time

Gələn il pensiyalar belə artırılacaq 

"Gələn ilin pensiya artımları 2026-cı ildə orta aylıq əməkhaqqının artım faizinə uyğun olaraq müəyyənləşəcək. Yəni, bu il nə qədər orta aylıq əməkhaqqı artımı baş verəcəksə, o qədər də pensiyalarda artımları müşahid

Təbii qaz bahalaşdı - Yeni qiymətlər

Nyu-Yorkun "NYMEX" əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkaları bahalaşıb. milliaz-a istinadən xəbər verir ki, əmtəə bazarlarında təbii qazın fyuçersləri 1 mln. BTU-ya görə (British thermal unit – Britaniy

Naxçıvanda qəzada ölən qazi dəfn edilib

Naxçıvan-Ordubad magistral yolunda, Aşağı Əylis kəndi yaxınlığında baş verən qəzada həyatını itirən qazi Hüseynalı Hüseynəliyev dəfn edilib. xəbər verir ki, ehtiyatda olan kapitan, qazi H.Hüseynalıyev Naxçıvan şəhər qəbiristanlığınd

Dəm qazı can aldı

Gəncə şəhərində iki nəfər dəm qazından boğulub. Hadisə noyabrın 11-də qeydə alınıb. 1972-ci il təvəllüdlü İsgəndər Hacıyev və dostu 1987-ci il təvəllüdlü Tural Məmmədov kirayədə yaşadıqları H.Əliyev prospektində yerləşə

Saatlıq minimum əmək haqqı tətbiq ediləcək - Maaşlar artacaq

Azərbaycanda saatlıq əmək haqqı, eləcə də saatlıq minimum əmək haqqının tətbiq edilməsi nəzərdə tutulur. Burada məqsəd dünya praktikasında olduğu kimi əmək haqqının saatlıq hesablanması və eyni zamanda saatlıq çalışan vətəndaşlarımı


azerbaycan xeberleri son xeberler yeni xeberler son xeberler bugun 2026 muharibe azerbaycanda son xeberler en son xeberler bu gun metbuat xeberleri