"İdeyadan biznesə" layihəsi çərçivəsində formalaşdırılan startapların Lənkəranda ilk regional seçim mərhələsi keçirilib
"Regional İnkişaf" İctimai Birliyinin təşkilatçılığı, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Azərbaycan Gənclər Fondu, BMT-nin İnkişaf Proqramı (UNDP) və "SUP VC" akselerasiya proqramının dəstəyi ilə icra edilən "İdeyadan biznesə" ("I2B") layihəsinin Lənkəran şəhərində noyabrın 12-də ilk regional seçim mərhələsi keçirilib. Tədbirdə layihə müddətində inkubasiya proqramını uğurla tamamlamış Lənkəran, Quba-Xaçmaz və Dağlıq Şirvan regionundan olan startapların təqdimatı həyata keçirilib.
Təqdimatların nəticəsinə əsasən Azərbaycan Gənclər Fondunun, Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin və "SUP VC" Akselerasiya Mərkəzinin nümayəndələrindən ibarət münsiflər heyəti tərəfindən ən uğurlu 3 startap seçilərək finalda iştirak hüququ qazanıb.
Lənkəran şəhəri üzrə "AgroTech" sahəsində formalaşan "Aqrodost" startapı ölkədə əkinçiliklə məşğul olan fermerlər üçün fəaliyyət göstərən, digəri - "Elektron ticarət" sahəsinə aid "Alsan.az" startapı isə Bakıdan brend məhsulların regionlara çatdırılmasını asanlaşdıran operativ xidmət platformasıdır.
İsmayıllı rayonunda "EduTech" sahəsində formalaşdırılan "TutorLab" startapı şagirdlərin qiymətləndirilməsinə nəzarət imkanı yaradan platforma olub, təhsil keyfiyyətinin artırılmasına hədəflənib.
Qeyd edək ki, 2022-ci ildə "İdeyadan biznesə" layihəsinin inkubasiya proqramında 100-dən çox layihə formalaşmış, onlardan 30-u konsept, prototip və ya minimal işlək məhsul mərhələsinə çatdırılmışdır. / azxeber.com
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Çempionlar Liqasında yeni mövsüm start götürür: Gecənin matçları
Oyuncaq setində Azərbaycan və Ermənistan bayrağı - Foto
Ərdoğan Prezident Sarayında ölkəmizin Türkiyədəki səfirini qəbul edib
Levon Köçəryan: "Paşinyan səhvlərinə bəraət qazanmaq üçün süni qorxular yaradır"
Peskov: Rusiya Ukraynada müharibəyə başlamayıb, əksinə, onu bitirməyə çalışır
Levon Köçəryan: Bu, Nikol Paşinyanın növbəti "patoloji yalanı"dır
Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO
Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər
Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ
Nəvai Moskvada törətdiyi qəzaya görə təzminat ödədi
"Nikosayağı" buna görə qol transplantasiyası etdirməyib
XİN Şimali Koreyanı təbrik etdi – FOTO
39 yaşlı qadın bıçaqlandı: qardaşı saxlanıldı
Ağır qəza nəticəsində 5 nəfər yanaraq öldü
Minlərlə rus 5 ölkəyə girəcək – Siyahıda Azərbaycan da var