İdman mütəxəssisi: "Bir ay ərzində 10-12 kiloqram arıqlamaq infarkta səbəb ola bilər" - MÜSAHİBƏ + FOTO
İdman mütəxəssisi: "Bir ay ərzində 10-12 kiloqram arıqlamaq infarkta səbəb ola bilər" - MÜSAHİBƏ + FOTO
Ağırçəkili şəxslərin intensiv məşqlər keçməsi ilə bağlı videolar sosial şəbəkələrdə tez-tez paylaşılır. Çoxları bunu insanların iradəsinə bağlasalar da, bu cür ağır məşqlərin qısa zamanda pis nəticələrə səbəb olacağını fikirləşənlər də az deyil.
Mövzu ilə bağlı Oxu.Az-ın müraciət etdiyi idman mütəxəssisi Niyazi Hüseynovun sözlərinə görə, bir ay ərzində 10-12 kiloqram arıqlamaq düzgün deyil. O deyir ki, ağırçəkili insanlar otuz günə dörd kiloqramdan artıq çəki atmamalıdırlar, əks halda xəstəliklər yarana bilər:
- Artıq çəkili insanlar necə məşq etməlidirlər?
- Öncə normal məşqçi həmin adamı qəbul edən zaman çiyninin, qarnının, ayaqlarının, qollarının enini, boyunun uzunluğunu ölçməlidir. Yaşını, hansı xəstəlikləri olduğunu və ya keçirdiyini, allergiyası olub-olmadığını öyrənməlidir. Bu, mütləqdir. Bundan sonra məşqçi qan qrupuna görə məşq metodu və yemək rejimi hazırlamalıdır. Hər bir şəxsə görə rejim müxtəlif olur.
- Məşq prosesi necə tənzimlənməlidir ki, birdən-birə proses çətin gəlməsin? Öncə hansı məşqlər edilməlidir?
- Çox ağır çəkidə olan insanlar ilk iki ay ərzində yüngül məşq etməlidirlər ki, bədənləri öyrəşsin. Bir ay ərzində 10-12 kiloqram arıqlamaq düzgün deyil. Anatomiyadan xəbəri olan, peşəkar məşqçi bilir ki, ağırçəkili insan ayda dörd kiloqramdan artıq çəki atmamalıdır, olmaz, həmin şəxs infarkt keçirə bilər. Bununla yanaşı, başqa xəstəliklər yarana bilər.
- İnsanlar çox sürətli qaçmaqla tez bir zamanda arıqlayacaqlarını düşünürlər. Birdən-birə çox və sürətli qaçmaq olarmı?
- Çox qaçmaq olmaz. Asta sürətlə qaçmaq lazımdır. Sürət 3-4 km/saat olmalıdır. Məşqçi hər bir tələbəsinə fərdi yanaşmalıdır. Yüngül məşqdən başlamaq lazımdır. İdmanda səbirli olmaq vacib şərtdir. Əks halda tələbənin səhhətində problemlər yarana bilər. Dəfələrlə şahidi olmuşam belə halların. Ağır məşq birmənalı şəkildə olmaz. Düzgün şəkildə tənzimləmək lazımdır.
- Kiloqramlardan sağlam şəkildə qurtulmaqdan üçün nə etmək lazımdır?
- Məşqçini dinləmək lazımdır. Məşq prosesinə və göstərişlərə riayət etmək şərtdir. Məşq metodu ilə yanaşı, yemək rejimi də əsasdır. Ağırçəkili insanlar yemək rejimlərinə xüsusi diqqət etməlidirlər. Hər bir məqama riayət olunmalıdır.
- Siz idman mütəxəssisi olaraq ağırçəkili tələbələrinizlə məşq prosesini necə qurursunuz?
- Onların bədən quruluşunu öyrənirəm. Bədən quruluşuna uyğun proqramları tərtib edirəm. Qan qrupunu bilmək vacibdir. Çünki yemək rejimini tərtib edəndə lazım olur, müəyyən qan qrupunda müəyyən qidalar allergiyaya səbəb ola bilər.
- Sağlam olmaq üçün necə idman etmək və qidalanmaq lazımdır?
- Məşq edirsənsə, düzgün qidalanmaqla yanaşı, istirahət də etməlisən. İstirahət həm məşq prosesi zamanı olmalıdır, həm də məşqdən sonra. Yuxu rejimi də əsasdır. Yuxu həm çəkini artırmaqda, həm də azaltmaqda böyük rol oynayır.
Məşqçilər tələbələrinə kimyəvi maddələrdən istifadəyə birmənalı şəkildə icazə verməməlidirlər. Çünki sağlamlığa zərbə vurur - ürəyə, qaraciyərə və ağciyərə ziyandır. Həmin şəxs insult və infarkt keçirə bilər. Təbii şəkildə qidalanmaq və düzgün məşq proqramı ilə arıqlamaq lazımdır. Kimyəvi preparatlar sağlamlığa zərbədir.
Nəzrin Vahid

Çin və Mərkəzi Asiya ölkələri aviareyslərin sayını artırır: Yeni marşrutlar açılır
Arif Mirzəyev vəfat etdi
Rusiyalı səfir sui-qəsdin qurbanı olub? - Rəsmi açıqlama
Bakıda məşhur iş adamı avtomobilin altında qaldı: Komaya düşdü
Gəncədə evdə iki nəfərin meyiti aşkarlanıb
Cəlilabadda 10 yaşlı uşaq qızdırmadan ölüb
Dublindən Bakıya: Azərbaycanın Avropa siyasi məkanında artan rolu və fəal dialoq diplomatiyası
Nərmin Kərimbəyova 'Zəfər günü'nə həsr olunan 'Atabarı'nı təqdim etdi
"900 manat maaş alır, sistemdə 400 manat göstərilir" – İşçiləri hansı təhlükə gözləyir?
Adi ipoteka kreditləşməsi üçün növbəti limitlər ayrılır
26 100 AZN ilkin ödənişlə mənzil sahibi olmaq üçün son fürsətlər
Dövlət Komitəsi Göy məscidin mərasim zalına erməni şairin adının verilməsinə etiraz edib
8 milyard manatlıq sosial islahat: 2027-ci ildə vətəndaşları nə gözləyir?
Leyla Əliyeva 'Qlobal Sıfır Tullantı Alyansı' çərçivəsində keçirilən yüksəksəviyyəli toplantıda iştirak edib
Cəlilabadda azyaşlı yüksək hərarətdən öldü