Ayağına mismar batan rusiyalı məktəblidə yaddaşsızlıq yarandı və saçları ağardı - FOTO

Ayağına mismar batan rusiyalı məktəblidə yaddaşsızlıq yarandı və saçları ağardı - FOTOAyağına mismar batan rusiyalı məktəblidə yaddaşsızlıq yarandı və saçları ağardı - FOTO
Rusiyada ayağına mismar batan uşaq faciə yaşayıb - onda yaddaşsızlıq yaranıb və saçları ağarmağa başlayıb.
Dəhşətli hadisə orenburqlu ailənin başına gəlib. Nənəsinin yanında tətildə olan 12 yaşlı uşaq ayağını ehtiyatsızlıqdan mismarlı taxtanın üstünə basıb. Qadın nəvəsinin yarasını təmizləsə də, zədəsi ciddi görünmədiyi üçün xəstəxanaya müraciət etməyib. Bir həftə sonra ayaqda ağrıların davam etdiyini görən ailə xəstəxanaya müraciət edib. Həkimlər bütün lazımi işləri görsələr də, uşağın ayağında ağrılar davam edib. Nəhayət, ailə Ufaya yollanıb.
Sonradan məlum olub ki, həkimlər ayağın sfenoid sümüyünün içinə girən tilişkəni çıxarmayıblar. Sonrakı iki əməliyyat da uşağa kömək etməyib və ayağı irinləməyə başlayıb. Həkimlər sümüklərin məhvinə gətirən xroniki osteomielit diaqnozu qoyublar.
Ana oğlu ilə birlikdə Moskvaya yollanıb. Orada tilişkə çıxarılıb. Bu zaman kokkal infeksiya aşkar edilib. Bir neçə əməliyyat keçirən həkimlər ona süni sümük yerləşdirməyi planlaşdırırlar.
"İndi implant yerləşdirə bilmirlər, çünki ayaq hələ də böyüyür. Həm də onu iki mərhələdə quraşdırmaq lazımdır. Sadə dillə desək, hələ çox işimiz var", - deyə uşağın anası bildirib.
Qadın məhkəməyə getməyi planlaşdırır, çünki o əmindir ki, Ufadakı həkimlər tilişkəni vaxtında çıxarsaydılar, osteomielit inkişaf etməzdi.
Hazırda oğlan əlil arabasından istifadə edir və təhsilini evdə davam etdirir. Uşaq bu vəziyyətlə barışa bilmir.
"Onu çölə çıxarmaq istəsəm də, utanır. Deyir ki, sinif yoldaşlarım mənə necə baxacaq? Amma deyirəm ki, bütün bunlar müvəqqətidir. Axı nə vaxtsa bunların hamısı bitəcək", - deyə ana bildirib.
Qadının sözlərinə görə, o, psixiatra müraciət edib. Mütəxəssis uşaqda çoxsaylı narkoz səbəbindən amneziyanın inkişafı barədə məlumat verib. Hazırda məktəbli baş verənləri, deyilənləri yadında saxlaya bilmir. Bundan əlavə, uşağın saçları ağarmağa başlayıb.
Ayağına mismar batan rusiyalı məktəblidə yaddaşsızlıq yarandı və saçları ağardı - FOTOAyağına mismar batan rusiyalı məktəblidə yaddaşsızlıq yarandı və saçları ağardı - FOTOMənbə: KP.RU / oxu.az

Maraqlı       Tarix: 10 may 2024
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Zaqulbada yerləşən sümük-vərəm xəstəlikləri sanatoriyasından FOTOREPORTAJ

Zaqulbada yerləşən sümük-vərəm xəstəlikləri sanatoriyasından FOTOREPORTAJ. 1911-ci ildə Zaqulbada işləyən ailələrin uşaqları üçün sümük-vərəm xəstəlikləri sanatoriyası açılıb. Belə ki, buranı həmin dövrdə yaşayan professo

ABŞ-də rüsvayçılıqla üzləşən ermənipərəst senator bütün günahı arvadının üzərinə atdı - FOTO

ABŞ-də rüsvayçılıqla üzləşən ermənipərəst senator bütün günahı arvadının üzərinə atdı - FOTO. ABŞ-də rüşvətdə ittiham olunan Nyu-Cersi ştatının ermənipərəst senatoru Bob Menendesin vəkili bütün günahları onun arvadının üzərin

ABŞ-də 40 ton çəkisi, 18 metr uzunluğu olan məxluqun kəlləsi tapıldı - FOTO

ABŞ-də 40 ton çəkisi, 18 metr uzunluğu olan məxluqun kəlləsi tapıldı - FOTO. ABŞ-nin Şimali Karolina ştatının sahillərində iki sıra əyri, dişəbənzər kənarları olan qorxunc, nəhəng kəllə sümüyünün bir hissəsi aşkar edilib

Appendiksin çıxarılması bağırsaq xərçəngi riskini azalda bilər - TƏDQİQAT

Appendiksin çıxarılması bağırsaq xərçəngi riskini azalda bilər - TƏDQİQAT. Fukusima Tibb Universiteti və Harvard İctimai Sağlamlıq Məktəbinin alimləri müəyyən ediblər ki, appendiksin çıxarılması "Fusobacterium nucleatum"

Alimlərdən ömrün uzunluğu ilə bağlı sevindirici proqnoz

Alimlərdən ömrün uzunluğu ilə bağlı sevindirici proqnoz. Alimlər əsrin ortalarına qədər gözlənilən ömür uzunluğunun nə qədər artacağını müəyyən ediblər. Beynəlxalq alimlər qrupu 2050-ci ilə qədər qlobal ömür uzunluğu il

Həkim məsləhəti: Maqnit qasırğası zamanı səfərə çıxmaq olarmı?

Həkim məsləhəti: Maqnit qasırğası zamanı səfərə çıxmaq olarmı?. "Maqnit qasırğası zamanı uçuşlar və avtomobil səfərləri xroniki ürək-damar xəstəlikləri olan insanlar üçün əlavə sağlamlıq riskləri yaradır. Onların vəziyyət

Gündə hansı miqdarda spirtli içkinin xərçəng riskini artırdığı açıqlandı

Gündə hansı miqdarda spirtli içkinin xərçəng riskini artırdığı açıqlandı. "Gündə 45 qram etil spirti istehlakı mədə xərçəngi ehtimalını artırır". Bu barədə rusiyalı həkim-onkoloq Vladislav Yevseyev xəbərdarlıq edib

Günəşdə nəhəng ləkə peyda oldu - FOTO

Günəşdə nəhəng ləkə peyda oldu - FOTO. Günəşdə nəhəng ləkə peyda olub. Bu barədə alimlər xəbərdarlıq ediblər. Bildirilib ki, "AR3664" adlandırılan günəş ləkəsi hazırda o qədər böyüyüb ki, Yerdən 15 dəfə genişdir

Rəssam Cavid Həsənli: "Mənim üzərimdə, sən demə, təcrübə aparırmışlar" - MÜSAHİBƏ + FOTO

Rəssam Cavid Həsənli: "Mənim üzərimdə, sən demə, təcrübə aparırmışlar" - MÜSAHİBƏ + FOTO. "Mən 23 yaşıma qədər evdən çıxmırdım. Ev şəraitinə öyrəşmişdim. Rahatlığımı pozmurdum. Ancaq keçmişdə ilişib qalma


son xeberler azerbaycan xeberleri yeni xeberler xeberler azerbaycan dunyada son xeberler axsam.az xeberler valyuta məzənnələri