İdmançıdan ŞOK ADDIM - Olimpiadada iştirak etmək üçün barmağını kəsdi

İdmançıdan ŞOK ADDIM - Olimpiadada iştirak etmək üçün barmağını kəsdiParis Olimpiadasında iştirak etmək üçün barmağı amputasiya edilən avstraliyalı otüstü xokkeyçi Mett Dousonun qeyri-adi qərarı idman dünyasını şoka salıb.
KONKRET.az xəbər verir ki, avstraliyalı otüstü xokkeyçi Mett Douson iki həftə əvvəl Pertdə məşq edərkən sağ barmağını pis sındırıb və həkimlər tam sağalmanın aylar çəkəcəyini söyləyib.
30 yaşlı idmançı üçüncü Olimpiadada iştirak etmək arzusunu reallaşdırmaq üçün barmağını oynağından kəsərək həm komanda yoldaşlarını, həm də məşqçisini heyrətə salıb. Zədəsindən cəmi 16 gün sonra o, şənbə günü Argentina ilə qarşılaşmaq üçün komandası ilə meydanda olacaq.
Douson paltardəyişmə otağında barmağını görəndə zədəsinin nə qədər ciddi olduğunu anladığını və huşunu itirdiyini bildirib. Həmin an o, olimpiya arzusunun bitdiyini düşünüb. Lakin plastik cərrahla məsləhətləşdikdən sonra o çıxış yolu tapıb. Belə ki, cərrah ona barmağın bərpası üçün əməliyyatın uzun vaxt aparacağını deyib. Tam funksiyanın bərpa oluna bilməyəcəyini öyrənən idmançıya deyilib ki, barmağı kəsildikdən 10 gün sonra o, olimpiadada iştirak edə bilər.
Həyat yoldaşı Dousona tələsik qərar verməməsi barədə xəbərdarlıq etsə də, idmançı bu qərarı şüurlu şəkildə verdiyini bildirib. "Mən bilirəm ki, karyeramın sonuna yaxınlaşıram və bu, mənim son Olimpiadam ola bilər".
Komandanın kapitanı Aran Zalevski bildirib ki, Dousonun bu qərarı komanda üçün şok olub, lakin sonda onu dəstəkləyiblər. O, Parisdə keçirdiyi mətbuat konfransında bildirib ki, "Nə düşünəcəyimizi bilmirdik. Sonra onun xəstəxanaya getdiyini və barmağını kəsdiyini eşitdik. İnsanların burada olmaq üçün böyük fədakarlıqlar etdiyini bilirik".
Dauson əvvəllər də ciddi zədə ilə üzləşib. O, 2018-ci il Birlik Oyunları ərəfəsində xokkey çubuğu ilə vurulduqdan sonra bir gözünü itirmək təhlükəsi ilə üzləşib. O, həmin turnirdə qızıl medal qazanan Avstraliya üçün oynamağa davam edib və Tokio Olimpiadasında gümüş medal qazanıb.
Günel Mikayılova,
KONKRET.az

İdman       Tarix: 26 iyul 2024
f Paylaş

Oxşar xəbərlər

"Baş məşqçi sözünü tutmadı, layiq olmadığım aqressivlik gördüm"

Portuqaliya millisinin və "Əl-Nəsr"in futbolçusu Kriştiano Ronaldo milli komandadakı son hadisələrlə bağlı geniş açıqlama yayıb. KONKRET.azxəbər verir ki, ulduz futbolçu sosial şəbəkə hesabında paylaşım edərək millini

Günel Bədəlovaya yüksək vəzifə verildi

Oktyabrın 17-də Polşanın Zakopane şəhərində Beynəlxalq Xizək Alpinizmi Federasiyasının (ISMF) Plenar Assambleyası keçirilib. -a istinadla xəbər verir ki, assambleyada Azərbaycanı Qış İdman Növləri Federasiyasının Baş katib

60 oyuna 60 qol - Messinin rekordunu belə qırdı

"Mançester Siti"nin norveçli hücumçusu Erlinq Haaland Çempionlar Liqasının Liqa mərhələsinin 2-ci turunda PSJ-yə məğlub olduqları oyunda (2:4) dubl edərək iki tarixi rekorda imza atıb və Lionel Messinin göstəricilərin

"Sabah"ın baş məşqçisi: "Hər kəs bizdən qələbə gözləyir"

Hər kəs "Sabah" komandasından "Slaviya" ilə qarşılaşmada qələbə gözləyir. KONKRET.azxəbər verir ki, bunu "Sabah"ın baş məşqçisi Valdas Dambrauskas UEFA Çempionlar Liqasının əsas mərhələsind

7 qat Azərbaycan çempionu diskvalifikasiya olundu

Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) boksçu Daniel Holostenkonu iki il müddətinə cəzalandırıb. xəbər verir ki, bu barədə AMADA-dan məlumat verilib. Bildirilib ki, idmançı tərəfindən məkan məlumatı pozuntusu aşkarlanıb

Farslar təhqir yağdırdı, "Traktor" oyundan imtina etdi

Oktyabrın 18-də İran Premyer Liqasının IX turu çərçivəsində Gilan əyalətinin Ənzəli şəhərində keçirilməsi planlaşdırılan matçda Təbrizin "Traktor" komandası meydana çıxmaqdan imtina edib. KONKRET.azxəbər verir ki

"Qalatasaray" Fransadan qalib qayıdır

Bu gün UEFA Çempionlar Liqasında II tura yekun vurulur. xəbər verir ki, sonuncu oyun günündə 9 qarşılaşma baş tutur. Türkiyə təmsilçisi "Qalatasaray" səfərdə "Lill"lə qarşılaşıb. Oyun İstanbul klubunu

Azərbaycan UEFA reytinqində irəlilədi

Azərbaycan UEFA reytinqində bir pillə irəliləyib. xəbər verir ki, bu, "Sabah"ın UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunda Çexiyanın "Slaviya" komandasını məğlub etməsi (2:0) sayəsində mümkü

"Şamaxı" "Zirə"yə, "Sumqayıt" "Qəbələ"yə qarşı

Misli Premyer Liqasında VII tur bu gün keçiriləcək iki qarşılaşma ilə davam edəcək. xəbər verir ki, ikinci oyun günündə əvvəlcə Zirə İdman Kompleksinin stadionunda saat 17:00-da "Zirə" və "Şamaxı" komandalar


azerbaycan xeberleri son xeberler yeni xeberler son xeber.az dunyada son xeberler hava haqqinda cəbhədən canlı