İdmançılar arasındakı insidentlə bağlı rəsmi açıqlama
Cüdo üzrə gənc oğlanlardan ibarət milli komandanın Avropa Kubokunda iştirak üçün Şimali Makedoniyaya səfəri ərəfəsində komanda üzvləri Tuncay Şamil və Aslan Kotsoyev arasında insident baş verib.
KONKRET.az xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyası açıqlama yayıb.
Bildirilib ki, hər iki idmançı yarışdan kənarlaşdırılıb və məsələ Federasiyanın Nizam-İntizam Komitəsində araşdırılıb: "Nizam-İntizam Komitəsi idmançılarla görüşlər keçirib, onların yazılı izahatlarını və mövcud faktları (səs yazılarını) nəzərdən keçirib. Eyni zamanda idmançıların indiyə qədər nümayiş etdirdikləri davranışları və aldıqları cəzaları həmçinin milli komanda rəhbərliyinin təkliflərini qiymətləndirib.
Komitə Tuncay Şamilin Beynəlxalq Cüdo Federasiyasının Etik Kodeksinə, Azərbaycan Cüdo Federasiyasının Etika Məcəlləsinə və ümumilikdə cüdo dəyərlərinə zidd hərəkətləri səbəbindən Azərbaycan Milli Komandasının tərkibindən müddətsiz uzaqlaşdırılması, milli komandanın tərkibində beynəlxalq yarış və təlim-məşq toplanışlarında iştirakına qadağa qoyulması barədə qərar verib.
Qeyd edək ki, bundan əvvəl də Tuncay Şamil dəfələrlə daxili qaydaları pozub, beynəlxalq və yerli yarışlardan kənarlaşdırılıb.
İdmançının əxlaqı, səbri və intizamı yüksək önəm kəsb edir və idman potensialı bu dəyərlərin üzərində formalaşır. Azərbaycan Cüdo Federasiyası gələcəkdə də öz əsas prinsiplərinə və cüdonun şərəf kodeksinə sadiq qalacağını vurğulayır".
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Azərbaycanda meymunçiçəyinə yoluxma var? – Rəsmi
Bakıda dəhşətli hadisə:Yeniyetmə ürəyindən VURULDU
Naxçıvanda zəncirvari qəza - Azyaşlı öldü, xəsarət alanlar var
İmran Əliyevə 12 il iş istənildi
Vüsalın qətlini gözləri ilə görüb - "Bıçağı üstünə sürtərək yanımdan keçdi..."
Yavər Şıxəliyev vəfat etdi
Yaponiyanın böyük imperiya arzusu: Qərbi təqlid etdi, Asiyaya hökmranlıq etdi
Xəzərin Azərbaycana mənsub hissəsində qaçaqmal aşkar olunub
Sabah' FK – 'Borussiya Dortmund' oyunu ilə əlaqədar ödənişsiz avtobuslar fəaliyyət göstərəcək
Türkiyə ilə viza rejimi tətbiq edilir? - SƏBƏBLƏR
Türk millətçiliyini zəhərləməyə çalışanlar... - Baxçalı
Kapital Bank enerji effektivliyi üzrə layihəni maliyyələşdirdi: günəş panelləri qurulur
Nəsrin Cavadzadə Türkiyədə onu təhqir edənləri məhkəməyə verdi
"Hər həftə bir ev alırdım
Leyla Əliyeva Arkadağ şəhərində Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub