İdmançımız dünya ikincisi oldu - VİDEO
7-9 oktyabr tarixlərində Uelsin Pembrukşir şəhərində təşkil edilən sahil avarçəkməsi üzrə dünya çempionatına yekun vurulub.
KONKRET.az xəbər verir ki, yarışda Azərbaycanı Diana Dimçenko təmsil edib. Yığma komandamızın üzvünün çıxışı uğurlu alınıb. Diana irlandiyalı 2 qat dünya çempionu Cessika Berra və Avropa çempionatının mükafatçısı, isveçli Maria Berqin kimi avarçəkənlərin yer aldığı ilkin mərhələni birinci yerdə başa vurub. 17 nəfərlik qrupda mübarizəyə başlayan Diana təsnifat yürüşündə finişə 25 dəqiqə, 52 saniyəyə çataraq ən yaxın izləyicisini 35 saniyə qabaqlayıb. Bu nəticə ilə təmsilçimiz A finalında yarışmaq hüququ qazanıb.
A finalında da 17 idmançı mübarizə aparıb. Kifayət qədər titullu avarçəkənlərin yarışdığı həlledici yürüşdə Diana Dimçenkonu Dünya çempionluğundan cəmi 9 saniyə ayırıb. 25 dəqiqə, 05.86 saniyəyə finiş xəttinə çatan idmançımız dünya çempionatının gümüş medalına sahib olub. Birinci yeri Fransa, 3-cü yeri isə isveçli avarçəkən tutub.
Qeyd edək ki, Diana Dimçenko 2017, 2018 və 2019-cu illərdə Dünya çempionatının qalibi, 2021-ci ildə gümüş mükafatçısı olub.
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Azərbaycanla Hindistan arasında fikir müxtəlifliyi var idi
Brüsseldə Aİ-Azərbaycan Tərəfdaşlıq Prioritetləri və yeni ikitərəfli sazişin razılaşdırılması müzakirə edildi
Əhməd Yılmazdan Azərbaycan çağırışı: Buna öyrəşin
Cəlilabadda açıq sahədə baş vermiş yanğın söndürülüb
Zaqatalaya güclü leysan və dolu yağıb
Gəncədə 5 aylıq uşaq xəstəxanada öldü
Buraxılış və qəbul imtahanları fənlərinin proqramları təsdiqləndi
Hindistanın XİN rəhbəri Azərbaycana gəlir
Milli Məclis Fransadakı hadisələrlə bağlı BƏYANAT YAYDI
Biləcəridə yeni 2 otaqlı st. mənzillər satışda – 50,16 kv.m-dən başlayan təkliflər
MHP sədri: Azərbaycan-Türkiyə münasibətləri bərabərhüquqlu tərəfdaşlıq əsasında inkişaf edəcək
Moldova XİN azərbaycanlıların olduğu gəmiyə endirilən zərbəni pisləyib
Azərbaycan və Pakistan arasında ədliyyə sahəsində əməkdaşlıq müzakirə olunub
Hindistanın xarici işlər naziri Atəşgah məbədini ziyarət edib
Qeyri-neft-qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib