İdmançımız Qran-Pridən kənarlaşdırıldı
Cüdoçumuz İmran Yusifov (+100 kq) Portuqaliyanın Almada şəhərində keçirilən Qran-Pri yarışından kənarlaşdırılıb.
Azərbaycan Cüdo Federasiyanın mətbuat xidmətindənKONKRET.az-a verilən məlumata görə, idmançının təkrar yoxlama zamanı PCR testinin nəticəsi pozitiv çıxıb. Bundan əvvəl İ.Yusifovdan Bakıda bir, Portuqaliyada iki test götürülüb və hamısının nəticəsi neqativ olub.
Portuqaliyanın daxili qaydalarına əsasən, o, 7 gün müddətinə təcrid olunub.
Məlumatda bildirilir ki, İ.Yusifovun, həmçinin nəticələri daha əvvəl pozitiv çıxan bütün heyət üzvlərinin sağlamlıq vəziyyətləri qənaətbəxşdir, ciddi ağırlaşma halları yoxdur. Bütün heyət üzvlərinin müalicəsi Azərbaycan Cüdo Federasiyasının ciddi nəzarəti altındadır və onlar ehtiyac duyulan bütün tibbi və digər vasitələrlə təmin ediliblər.
Qeyd edək ki, bu gün yarışın son günündə yığma üzvlərindən Adil Kərimli (100 kq) və Uşanqi Kokauri (+100 kq) mübarizə aparırlar.
Xatırladaq ki, Qran-Pri turnirində komandamızın üzvü Balabəy Ağayev (60 kq) gümüş medal qazanıb. Azərbaycan 41 ölkədən 300-ə yaxın idmançının mübarizə apardığı turnirə 5 cüdoçu ilə qatılıb. /konkret.az
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Biləcəridə yeni 2 otaqlı st. mənzillər satışda – 50,16 kv.m-dən başlayan təkliflər
Hindistanın xarici işlər naziri Atəşgah məbədini ziyarət edib
Moldova XİN azərbaycanlıların olduğu gəmiyə endirilən zərbəni pisləyib
MHP sədri: Azərbaycan-Türkiyə münasibətləri bərabərhüquqlu tərəfdaşlıq əsasında inkişaf edəcək
Azərbaycan və Pakistan arasında ədliyyə sahəsində əməkdaşlıq müzakirə olunub
Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasına sədrlik Azərbaycana həvalə olunub
Qeyri-neft-qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib
Azərbaycanda turistlər ən çox bu bölgələrə üz tuturlar
"Bavariya" Vensan Kompaninin səhhəti ilə bağlı açıqlama verdi
Qazancına görə bütün futbolçuları geridə qoydu
Şərurda anbarda dəhşətli hadisə: Bir qadın öldü, digəri xəstəxanalıq oldu
Beyləqanda müəllim komaya düşüb öldü - Foto
Gəncədə beşaylıq körpə ölüb
Xalq artisti Naibə Allahverdiyeva xəstəxanaya yerləşdirildi
Qara dənizdə hücuma məruz qalan gəmidəki azərbaycanlıların aqibəti bəlli oldu - Rəsmi