İdxalı ƏDV-dən azad edilən xammal və materialların yeni siyahısı TƏSDİQLƏNDİ
Prezident İlham Əliyev "İdxalı əlavə dəyər vergisindən azad edilən xammal və materialların siyahısı"nın təsdiqi və "İdxalı əlavə dəyər vergisindən azad edilən xammal və materialların siyahısı"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 2 noyabr tarixli 1654 nömrəli Fərmanının ləğv edilməsi barədə Fərman imzalayıb.
KONKRET.az xəbər verir ki, fərmana əsasən, idxalı əlavə dəyər vergisindən azad edilən xammal və materialların yeni siyahısı təsdiqlənib.
Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll edəcək.
Dövlət Gömrük Komitəsi bu Fərmandan irəli gələn məsələlərin həlli üçün zəruri tədbirlər görəcək.
Bu Fərmanın 1-ci hissəsi ilə təsdiq edilmiş siyahının 1–26 və 44–53-cü hissələri 2022-ci il dekabrın 31-dək qüvvədədir.
Fərmanla "İdxalı əlavə dəyər vergisindən azad edilən xammal və materialların siyahısı"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 2 noyabr tarixli 1654 nömrəli Fərmanı ləğv edilir.

Oyuncaq setində Azərbaycan və Ermənistan bayrağı - Foto
Ərdoğan Prezident Sarayında ölkəmizin Türkiyədəki səfirini qəbul edib
Levon Köçəryan: "Paşinyan səhvlərinə bəraət qazanmaq üçün süni qorxular yaradır"
Peskov: Rusiya Ukraynada müharibəyə başlamayıb, əksinə, onu bitirməyə çalışır
Levon Köçəryan: Bu, Nikol Paşinyanın növbəti "patoloji yalanı"dır
Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər
Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ
Nəvai Moskvada törətdiyi qəzaya görə təzminat ödədi
"Nikosayağı" buna görə qol transplantasiyası etdirməyib
XİN Şimali Koreyanı təbrik etdi – FOTO
39 yaşlı qadın bıçaqlandı: qardaşı saxlanıldı
Ağır qəza nəticəsində 5 nəfər yanaraq öldü
Minlərlə rus 5 ölkəyə girəcək – Siyahıda Azərbaycan da var
"Mən sizinlə birlikdə Bakıya getməyə hazıram" - Ruben Vardanyanın həyat yoldaşı