İki komanda Azərbaycan çempionatından kənarlaşdırıldı
AFFA İntizam Komitəsi aşağı yaş qruplarında çıxış edən iki komandanı yarışlardan kənarlaşdırıb.
KONKRET.az xəbər verir ki, U-10 liqasında yer alan "Xətai" və U-11 liqasında mübarizə aparan "Qoşqar" mövsüm ərzində 3-cü dəfə oyuna çıxmadıqlarından, bu cəzaya məruz qalıblar.
"Xətai" "Zirə" ilə görüşə təyin olunan vaxtda gəlməyib, Gəncə təmsilçisi "Qoşqar"ın isə "Gəncəvi" ilə qarşılaşmada heyətində yetərsay olmayıb.
Bundan başqa, daha iki komanda texniki məğlubiyyətlə üzləşib. U-10 Liqasında keçirilməli olan "Binə" – "Zəngəzur" oyununda ikincilərin heyətində yetərsay olmayıb. Mövsümdə ikinci dəfə bu hal yaşandığından, "Zəngəzur"a 0:3 hesablı texniki məğlubiyyət verilib. Yüksək Qızlar Liqasının "Sumqayıt" – "Şəmkir" oyununda isə "Şəmkir" Əsasnamə qaydalarını pozaraq, protokolda adı olmayan və digər komandada qeydiyyatdan keçmiş Aysel Ziyadovanı meydana buraxıb. Bu, "Şəmkir"in texniki məğlubiyyət alması ilə nəticələnib.

Binəqədidə müşavirə keçirildi - FOTOLAR
Şirkətdə pis xəbərlər niyə rəhbərdən gizlədilir?
Bank Respublika-dan sərfəli nağd kredit imkanı - "Payız fürsəti
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Azərbaycan BMT-də mina təhlükəsi və qanunsuz silah dövriyyəsi məsələsini qaldırıb
BMT-də Azərbaycanın minalarla çirkləndirilmiş əraziləri barədə məlumat verilib
UEFA-dan Fəridə Lütfəliyevaya təyinat
Azər Türk Bankın şəhid əməkdaşının xatirəsi anılıb - FOTOLAR
Vaqif Sadıqov etimadnaməsini İsveçrə prezidentinə təqdim edib
Banklarda əmanəti olanların nəzərinə: Hansı banklar bağlanacaq? – "Böhran başlayıb"
Bakıda yaşayış binasında uçqun
Albaniya parlamentində əlbəyaxa dava - Deputatlar bir-birinə hücum etdi
Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
Cavid Ağaməliyev həbs edildi
"Real Madrid" Arda Gülerlə bağlı qərarını verdi