İki qadın dəm qazından zəhərləndi: Ölən var
Göyçay rayonunda 2 qadın hamam otağında dəm qazından zəhərlənib, ölən var.
KONKRET.azxəbər verir ki, hadisə bu gün günorta saatlarında Göyçay şəhər ərazisində yerləşən evlərdən birinin hamam otağında qeydə alınıb.
Belə ki, 1958-ci il təvəllüdlü Fatma Zeynalova qonşusu, 1941-ci il təvəllüdlü Fatma Babayevanı hamam otağında yuyundurmağa çalışıb. Bu zaman hər iki qadın dəm qazından zəhərlənib. Nəticədə F.Babayeva hadisə yerində ölüb, digər qadın isə xəstəxanaya yerləşdirilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan "Report"un sorğusuna cavab olaraq bildirilib ki, Göyçay şəhəri ərazisində yerləşən evlərin birində 2 nəfərin dəm qazında zəhərlənməsi, onlardan birinin ölməsi ilə bağlı rayon polis şöbəsinə məlumat daxil olub:
"Polis və prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib. Hazırda müvafiq araşdırmalar davam etdirilir".
Kurslar.az kurslar [newsid: 0-123300]

Xalidə Gözəl vəfat etdi
İnfantino İlham Əliyevə təşəkkür etdi - FOTOLAR
Sumqayıtda zəncirvari qəza: 5 avtomobil toqquşdu
Deputat Arzuxan Əlizadənin oğlu barədə 4 aylıq həbs qərarı verildi
Əhmədlidəki kütləvi davanın iştirakçıları məhkəməyə belə gətirildilər - ANBAAN GÖRÜNTÜLƏR
Zelenski: Ukrayna, ABŞ və Rusiya noyabrda üçtərəfli danışıqlar keçirəcək
Azərbaycanla bağlı sərt açıqlamalar verən Saral vəzifəsindən kənarlaşdırıldı
Ərdoğan Azərbaycanı təhdid edən müşavirini vəzifədən çıxardı? – Türkiyə mediasında yeni iddia
Bakıda avtomobil piyadanı vurub
Yumurta bazarında vəziyyət dəyişir: Qışda bizi nə gözləyir? - Foto
Azərbaycan-Hindistan münasibətlərində yeni səhifə açılır
Azərbaycan ictimaiyyətinə AĞIR İTKİ
"Xeyli vaxtdır görüşmürük, bir az darıxmışam
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır