İkinci Dünya Müharibəsindən sonra ilk dəfə: Xarici qoşun Rusiya ərazisində
İkinci Dünya Müharibəsindən sonra ilk dəfə başqa ölkənin ordusu Rusiya Federasiyasına daxil olub.
KONKRET.az xəbər verir ki, bunu "Bloomberg" yazıb.
Nəşr qeyd edir ki, Kursk vilayətindəki sıçrayış Rusiyanın müdafiəsinin zəifliyini göstərib və Putinin rusların müdafiəçisi imicini itirib, eyni zamanda ukraynalıların əhval-ruhiyyəsi yüksəlib.
Həmçinin bildirilir ki, Kursk vilayətindəki vəziyyət Kiyevin ABŞ və avropalı müttəfiqlərinin Moskvanın eskalasiya hədələrindən qorxmaması ilə bağlı arqumentini gücləndirəcək.
Xatırladaq ki, 2022-ci ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb. Krım isə 2014-cü ildə ilhaq olunub.
Qeyd edək ki, Rusiya Ukrayna ordusunun bu gün Kursk bölgəsinə daxil olduğunu və bölgədə gərgin döyüşlər getdiyini bildirib.
"Bildiyiniz kimi, Kiyev rejimi növbəti genişmiqyaslı təxribata əl atıb. O, müxtəlif növ silahlardan, o cümlədən raketlərdən mülki binalara, yaşayış binalarına və təcili yardım maşınlarına fərq qoymadan atəş açır", – Putin iddia edib.
Döyüşlərin Kursk vilayətində yerləşən Sudja yaşayış məntəqəsində getdiyi bildirilir. Bu şəhər Rusiya qazının Ukrayna üzərindən Avropaya ixracı üçün son əməliyyat daşıma məntəqəsidir. Burada cəmi 60 km aralıda Rusiyanın Kursk atom elektrik stansiyası yerləşir. Rusiyalı hərbi bloqçular Ukraynanın yeni cəbhə açdığını iddia edib və gərgin döyüşlər olduğunu bildiriblər.
Ukrayna Kursk vilayətində gedən döyüşləri şərh etmir.
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı bir gün əvvəl Sudja yaxınlığında baş verənləri şərh etmək xahişinə cavab olaraq BBC-yə bildirib: "Hələ bu barədə məlumatımız yoxdur". (modernaz)

Əməkdar müəllim vəfat etdi
Tanınmış həkim həbs olundu
Azərbaycanla Vyetnam arasında yeni dövr başlayır – MÜHÜM AÇIQLAMA
Binəqədidə ağır qəza: İki avtomobil toqquşdu
Ən çox qazanan türkiyəli futbolçular açıqlandı - Siyahı
61 yaşlı aktyorun 40 yaşlı həmkarı ilə çəkildiyi serial bu tarixdə başlayır
Ronaldo 986-cı qolunu vurdu, penalti qaçırdı, komandası məğlub oldu
"Vyetnamla tərəfdaşlıq Azərbaycanın iqtisadi potensialını genişləndirəcək
Qızıl almaq istəyənlər bu fürsəti qaçırmasın
Bu şəxslərə müjdə: Güzəştli kreditlər veriləcək
Türkiyə siyasətində səs-küylü hadisə: Deputatın toxunulmazlığının ləğvi tələb olunur
Orxana narkotik tərkibli dərman satan aptek müdiri tutuldu
Bu ölkə Azərbaycan yanacağına güzəşt tətbiq edəcək
Azərbaycanda iki azyaşlı uşaq anası abort zamanı öldü
Tanınmış həkim həbs olundu