İlham Əliyev Paşinyanla görüşə bilər

İlham Əliyev Paşinyanla görüşə bilər61-ci Münhen Təhlükəsizlik Konfransı (MTK) fevralın 14-16-da Almaniyada keçiriləcək və 60-dan çox dövlət və hökumət başçısı iştirak edəcək.
KONKRET.az Unikal-a istinadla xəbər verir ki, bu barədə xarici KİV yazıb.
Məlumata görə, Münhen Təhlükəsizlik Konfransının prezidenti Kristof Heusgenin sədrlik edəcəyi konfransı Almaniya Prezidenti Frank-Valter Ştaynmayer açacaq.
Konfransda bir çox geosiyasi məsələlər arasında ilk növbədə Ukraynada müharibənin başa çatması müzakirə olunacaq. Bununla belə, konfrans təşkilatçıları qeyd edirlər ki, MTK 2025 dəyişikliyin əsas vaxtında baş tutacaq, yanvarda yeni ABŞ administrasiyası vəzifəyə gəlib, Brüsseldə Avropa qanunverici orqanının yeni dövrü başlayıb və konfransdan cəmi bir həftə sonra Almaniyada parlament seçkiləri keçiriləcək.
Qeyd olunub ki, Donald Tramp administrasiyası Münhen Təhlükəsizlik Konfransında Rusiyanın Ukraynaya qarşı müharibəsinə son qoymaq planını təqdim edəcək və bu planı Keyt Kelloq təqdim edəcək. Bununla belə, ABŞ-nin Ukrayna və Rusiya üzrə xüsusi nümayəndəsi Keyt Kelloq müsahibəsində 14-16 fevralda Münhen konfransında sülh planı təqdim edəcəyi ilə bağlı mətbuatda çıxan məlumatların həqiqətə uyğun olmadığını açıqlayıb.
Lakin konfrans öncəsi maraqlı xəbərlər yayılır. ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı apardığını açıqlayıb.
Gündəlik konfransın başlamasına bir gün qalmış dərc olunacaq. Lakin məlumdur ki, yeni vitse-prezident Ceyms Devid Vens ABŞ-dən konfransa qatılacaq.
ABŞ prezidentinin Ukrayna və Rusiya üzrə xüsusi nümayəndəsi Keyt Kelloq və Ukrayna prezidenti Volodimir Zelenskinin də iştirakı gözlənilir. Kanslerliyə namizədlər Münhen konfransında iştirak edəcəklər: hazırkı kansler Olaf Şolts, CDU-nun namizədi Fridrix Merz, Yaşılların namizədi Robert Habek və Azad Demokratlar Partiyasından Kristian Lindner.
Konfransda NATO-nun baş katibi Mark Rutte, Avropa Komissiyasının sədri Ursula fon der Leyen, Avropa Parlamentinin sədri Roberta Mezzola, Avropa Şurasının sədri Antonio Kosta, Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas, müdafiə məsələləri üzrə Avropa komissarı Andrius Kubilius və başqaları da iştirak edəcək.
Azərbaycan və Ermənistan liderləri konfransda iştirak edəcəklərini rəsmən açıqlamasalar da, bəzi məlumatlara görə, həm İlham Əliyev, həm də Nikol Paşinyan Münhendə olacaq.
Ölkəmizin lideri və Paşinyanın Münhen Təhlükəsizlik Konfransı platformasında zəngin görüş təcrübələri var. Almaniyanın bu şəhərində keçirilən konfranslarda hər iki liderin görüşləri silsiləsi 2020-ci ilin fevralında onların həm təkbətək görüşü, həm də münaqişə ilə bağlı ictimai müzakirə zamanı başlayıb. Onlar ABŞ-Rusiya Fondunun prezidenti və icraçı direktoru Selest Uolenderin moderatorluğu ilə "Dağlıq Qarabağ üzrə yenilik" adlı müzakirədə iştirak ediblər.
Həmin müzakirədən sonra Paşinyan Feysbuk səhifəsində "Münhen prinsipləri" adlı 6 bəndlik yazı dərc edib və sonrakı illərdə o prinsiplərdən geriyə heç nə qalmayıb. Üstəlik, həmin müzakirədən və Münhen prinsiplərindən bir neçə ay sonra Qarabağda müharibə başladı… 2022-ci ildə keçirilən konfransda da Paşinyan da iştirak edib. İlham Əliyev 2023-cü ildə ABŞ-nin keçmiş dövlət katibi Entoni Blinkenin təşəbbüsü ilə Münhen Təhlükəsizlik Konfransında Paşinyanla görüşüb.
Ötən il, 2024-cü ilin fevralında da hər iki lider Almaniya kansleri Olaf Şoltsun təşəbbüsü ilə Münhendə görüşüblər. Bu, artıq Brüssel danışıqlar formatının iflasa uğradığı və Qərbin danışıqlar platformasını bərpa etməyə çalışdığı mərhələ idi.
Azərbaycan və Ermənistan liderlərinin bu dəfə Almaniya tərəfinin təşəbbüsü və ya birbaşa formatda yenidən görüşəcəyi istisna edilmir.
Münhendən əvvəl Paşinyan ABŞ-də 4 günlük işgüzar səfərdə olub və o, hazırda Parisdədir. Paşinyan artıq Fransa prezidenti Emmanuel Makronla görüşüb və orada Süni İntellekt Fəaliyyət Sammitində iştirak edəcək.
Bundan əlavə, Paşinyan ABŞ və Fransaya səfərləri arasında İrəvan-Bakı münasibətlərinin hazırkı durumu ilə bağlı yazılar dərc edərək müxtəlif mesajlar verib. Onun bu mesajlarla Münhendə gözlənilən mümkün görüş üçün zəmin hazırlamağa çalışdığı istisna edilmir.

Siyasi       Tarix: 11 fevral 2025
f Paylaş

Oxşar xəbərlər

Rusiyalı səfir sui-qəsdin qurbanı olub? - Rəsmi açıqlama

Rusiyanın ABŞ-dəki səfiri Aleksandr Darçiyev Moskvada xroniki xəstəlikdən vəfat edib. xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova açıqlama yayıb. "Aleksandr Nikitiç Darçiyevin vəfat

İlham Əliyev: İqlim dəyişikliyi mövzusunda hər liderin öz ölkəsində məsuliyyət sahibi olmasını tövsiyə edərdim

Türkiyəli jurnalist, bloqer və təhlükəsizlik analitiki Həmid İxtiyar Antalyada keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasının (COP31) Liderlər Sammiti çərçivəsind

Finlandiya və Norveç Rusiyadan olan idmançılara qapıları bağladı – Müharibə bitənədək ölkəyə giriş qadağan edildi

Finlandiya və Norveç Ukraynaya qarşı müharibə başa çatana qədər Rusiyadan olan idmançıların ölkələrinə girişinə qadağa qoyub. xəbər verir ki, yeni qərara əsasən, rusiyalı idmançılar bu ölkələrin ərazisində keçirilən beynəlxal

Azərbaycan XİN BƏƏ-yə başsağlığı verdi

Azərbaycan Xarici İşlər Nazirliyi Birləşmiş Ərəb Əmirliklərində 14 nəfərin ölümü, onlarla insanın yaralanması ilə nəticələnən ağır yol qəzası ilə bağlı başsağlığı verib. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin "X"

Ağ Evin yanında banket zalı tikilir – Tarixi binanın yanında tikilən obyekt amerikalıların etirazına səbəb oldu

Bu fotonu görəndə, açığı, dəhşətə gəldim. Belə bir tikintiyə necə icazə vermək olar. Mən peşəkar inşaatçıyam, memar deyiləm. Amma bu nəhəng tikilinin Ağ Evi necə kölgədə qoyduğunu görmək üçün memar olmağa ehtiyac yoxdur

XİN: Azərbaycan Avropa Siyasi Birliyinin qəbul etdiyi üç sənədə qoşulmayıb

Azərbaycan Avropa Siyasi Birliyinin qəbul etdiyi üç sənədə qoşulmayıb. Bunu Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi Ayxan Hacızadə medianın sualına cavab olaraq bildirib. O qeyd edib ki, noyabrın 12-d

Azərbaycan Prezidenti İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Endi Börnhem ilə görüşüb. xəbər verir ki, əvvəlcə "Azərbaycan Respublikas

Azərbaycanla Argentina arasında hüquqi əməkdaşlıq müzakirə olundu

Baş prokuror Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyətinin Argentinanın Buenos-Ayres şəhərinə işgüzar səfəri çərçivəsində noyabrın 13-də ölkənin Federal Baş prokuroru Eduardo Kasal və Buenos-Ayres Muxtar Şəhərini

Prezidentin Endi Börnhemlə də görüşü gözlənilir - Yenilənəcək

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə toplantısında iştirak etmək üçün İrlandiyanın paytaxtı Dublinə səfər edib. -ın məlumatına görə, yaxın saatlarda Preziden


yeni xeberler azerbaycan xeberleri son xeberler xeberler azerbaycan cəbhədən xəbərlər cəbhədən son məlumat cəbhədən yeni xəbərlər