İlham Əliyev Rəcəb Tayyib Ərdoğana məktub ünvanladı

İlham Əliyev Rəcəb Tayyib Ərdoğana məktub ünvanladıAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana məktub ünvanlayıb. 
President.az xəbər verir ki, məktubda deyilir:
"Türkiyədə 15 İyul hadisələrinin yeddinci ildönümündə dövlət çevrilişi cəhdinin qarşısının alınması yolunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsini dərin hörmət və ehtiramla yad edirik.
Türkiyə Respublikasına qarşı yönəlmiş bu xain plan ölkənizin tarixində çətin sınaq idi. Bu sınaqdan alnıaçıq və üzüağ çıxan Türkiyə xalqı bütün dünyaya iradəsinin sarsılmazlığını, mətinliyini, dövlətçiliyə və demokratiyaya sadiqliyini bir daha bariz şəkildə nümayiş etdirdi. Həmin ağır gündə çiyin-çiyinə vermiş Türkiyə xalqı və dövlətinin qətiyyəti sayəsində, şəhidlərimizin qanı və canı bahasına əldə edilmiş bu zəfər xalqınızın bənzəri olmayan mübarizlik və yenilməzlik ruhunu, Vətənə sevgisini təsdiq etdi. Həmrəyliyin və milli birliyin rəmzi olaraq təsis olunmuş "Demokratiya və Milli Birlik Günü" Türkiyə dövlətçiliyinin tarixində böyük şərəf günü olaraq qalacaqdır.
Heç şübhəsiz ki, əsl qəhrəmanlıq dastanının yazıldığı o gün qardaş Türkiyə xalqının Sizə olan hədsiz inam və etimadın aşkar təzahürü olaraq ətrafınızda sıx birləşməsi, Sizin çağırışınıza dərhal cavab verməsi xain niyyətlərin qarşısına aşılmaz sipər çəkərək ölkənizi böyük faciələrdən xilas etdi.
Azərbaycan xalqı və dövləti bu mücadilədə ilk anlardan qardaş Türkiyə dövlətinin və xalqının yanında olmuş, ölkənin Konstitusiya quruluşuna, legitim hakimiyyətinə qəsd edən Vətən xainlərini birmənalı şəkildə pisləmişdi. Biz bu hadisələrdən daha da güclənərək çıxmış Türkiyə xalqının zəfərini öz zəfərimiz, sevincini öz sevincimiz, hüznünü öz hüznümüz olaraq paylaşdıq və bir millət, iki dövlət olduğumuzu bir daha əyani şəkildə sübut etdik.
Əminəm ki, ən böyük sərvətimiz olan sarsılmaz Azərbaycan-Türkiyə qardaşlığını, birliyini və həmrəyliyini qoruyub saxlamaq və gələcək nəsillərə ərmağan etmək, strateji müttəfiqliyimizi hərtərəfli inkişaf etdirmək və möhkəmləndirmək naminə birgə səylərimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik.
Hörmətli cənab Prezident, Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, qardaş Türkiyə xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram". / azxeber.com

Siyasi       Tarix: 15 iyul 2023
f Paylaş

Oxşar xəbərlər

İlham Əliyevdən həmkarına təbrik

Prezident İlham Əliyev Braziliya Federativ Respublikasının Prezidenti Luiz İnasio Lula da Silvaya təbrik məktubu göndərib. xəbər verir ki, təbrik məktubunda deyilir:. "Braziliya Federativ Respublikasının Prezidenti vəzifəsin

Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan noyabrın 8-də Xankəndidə təltif edilmiş hərbi qulluqçularla görüşüblər

Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar

Azərbaycan Prezidenti İlham Əliyev Müdafiə Nazirliyinin bir sıra hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi barədə sərəncam imzalayıb. sərəncamın mətnini təqdim edir:. Azərbaycan Respublikası Konstitusiyasının 109-c

İlham Əliyev Şuşada açılışda iştirak etdi - FOTO 

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 7-də Şuşa Peşə Təhsili Mərkəzinin əsaslı təmirdən sonra açılışında iştirak edib. xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayev dövlət başçısına yaradılmış şərait barədə məluma

Ermənistan bu ölkədən külli miqdarda raket alır

Hindistan "Pinaka" raket artilleriyası proqramını genişmiqyaslı şəkildə genişləndirməyə doğru irəliləyir. Hazırda təxminən 400 raketin tədarük prosesi həyata keçirilir. -a istinadən xəbər verir ki, bu barədə "İndia

İlham Əliyev və Mehriban Əliyeva Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Zəngilan rayonunun Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər. Qeyd edək ki, Cahangirbəyli kənd

Ərdoğan sabah Qarabağa gəlir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sabah Azərbaycana səfər edəcək. Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanəddin Duran məluma

KTMT-də iştirak etməkdə maraqlı deyilik - Paşinyan

Ermənistan artıq KTMT-də iştirak etməkdə maraqlı deyil. axaraz-a istinadən xəbər verir ki, bunu Ermənistanın Baş nazir Nikol Paşinyan deyib. "İstəyirəm ki, bundan sonra Ermənistanın KTMT ilə bağlı maraqlarının tükəndiyin

Merz Trampla Ukraynadakı müharibəni müzakirə etdi

Almaniya kansleri Fridrix Merz ABŞ Prezidenti Donald Trampla telefon danışığı aparıb. KONKRET.azaxaraz-a istinadən xəbər verir ki, bu barədə "N-tv" məlumat yayıb. Məlumata görə, hər iki tərəf Ukraynaya qarşı müharibəni


yeni xeberler azerbaycan xeberleri son xeberler son xeberler az xəbərlər son xeberler bugun 2026 azerbaycan valyuta mezenesi