İlham Əliyev və Mehriban Əliyeva Şamaxıda körpələr-evi uşaq bağçasının açılışında - FOTO + YENİLƏNİB

İlham Əliyev və Mehriban Əliyeva Şamaxıda körpələr-evi uşaq bağçasının açılışında - FOTO + YENİLƏNİBİlham Əliyev və Mehriban Əliyeva Şamaxıda körpələr-evi uşaq bağçasının açılışında - FOTO + YENİLƏNİB
Heydər Əliyev Fondu tərəfindən Şamaxı şəhərində inşa edilən 2 nömrəli körpələr-evi uşaq bağçasının və rayonun Meysəri kəndində əsaslı təmir olunan körpələr evi-uşaq bağçasının mayın 25-də açılışları olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva açılışlarda iştirak ediblər.
Dövlətimizin həyata keçirdiyi sosial-iqtisadi siyasətdə uşaqların təlim-tərbiyəsinin təşkili, onların sağlamlığının qorunması diqqət mərkəzində saxlanılır. Bu sahədə həyata keçirilən layihələrə Heydər Əliyev Fondu mühüm töhfələr verir. Fondun ölkəmizdəki məktəbəqədər tərbiyə müəssisələrinin yenidən qurulması, yeni, müasir uşaq müəssisələrinin inşası sahəsindəki fəaliyyəti müstəsna əhəmiyyətə malikdir. Uşaqların təlim-tərbiyəsinin Heydər Əliyev Fondunun fəaliyyətinin əsas istiqamətlərindən birini təşkil etdiyini "Məktəbəqədər təhsil müəssisələrinin inkişafı" proqramı bir daha təsdiqləyir.
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərlik etdiyi Fondun təhsillə bağlı fəaliyyət dairəsində məktəbəqədər təhsil müəssisələrinin yenidən qurulmasına, bu sahədə ciddi keyfiyyət dəyişikliyinə nail olunmasına geniş yer ayrılıb və bu sahədə çox mühüm nəticələr əldə edilib. Şamaxı rayonunun ehtiyacları nəzərə alınaraq Heydər Əliyev Fondunun təşəbbüsü ilə bu rayonda inşa olunan 2 uşaq bağçası Fondun həyata keçirdiyi bu cür layihələrin ardıcıl xarakter aldığını bir daha aydın göstərir.
Şamaxıdakı 2 nömrəli körpələr-evi uşaq bağçası ilə tanışlıq zamanı dövlətimizin başçısına və birinci xanıma məlumat verildi ki, 110 yerlik bu müəssisədə uşaqların təlim-tərbiyəsi ilə məşğul olmaq üçün hərtərəfli şərait yaradılıb. Bir sözlə, binada uşaqların gələcəyin sağlam vətəndaşı kimi yetişmələri üçün hərtərəfli şərait qurulub. Qruplar yaradılarkən müasir təlim-tərbiyə qaydaları rəhbər tutulub. Uşaqların istirahəti və əyləncəsi üçün geniş imkanlar açılıb. Təhsil ocağındakı bütün otaqlar lazımı avadanlıqla təchiz edilib. Burada balacaların ilk yaşlarından intellektual, fiziki və əqli inkişafı, onların istedad və qabiliyyətlərinin üzə çıxması, sağlamlıqlarının qorunması, insanlarla ünsiyyətin qurulması diqqət mərkəzində saxlanacaq.
Bütövlükdə Heydər Əliyev Fondunun təşəbbüsü ilə gənc məcburi köçkün ailələri üçün 16 mənzilli 1 yaşayış binası, rayonun Məlikçobanlı, Birinci Çaylı, Quşçu, Avaxıl, Dədəgünəş və Meysəri kəndlərində, ümumilikdə, 1212 yerlik orta məktəb binaları, Şamaxı şəhəri, Şəhriyar qəsəbəsi, Quşçu kəndlərində, ümumilikdə, 290 yerlik körpələr evi-uşaq bağçaları, Həmyəli, Birinci Çaylı, Quşçu, Mərzəndiyə, Avaxıl, Məlhəm və Meysəri kəndlərində tibb məntəqələri inşa edilib, Qaleybuğurd və Saqiyan kəndlərində 320 yerlik orta məktəblər, 210 yerlik Şamaxı Texniki Humanitar və Təbiət Fənləri Təmayüllü Liseyi və rayon Mədəniyyət Mərkəzi əsaslı təmir olunub.
Açılışı olan tədris-tərbiyə ocaqlarından biri də Şamaxının Meysəri kəndindəki körpələr evi-uşaq bağçasıdır. 1926-cı ildən fəaliyyətə başlamış Meysəri kənd 120 şagird yerlik tam orta məktəbinin köhnə binası istismar üçün yararsız olduğuna görə 2018-ci ildə Heydər Əliyev Fondunun təşəbbüsü ilə kəndin giriş hissəsində 132 şagird yerlik yeni məktəb inşa edildikdən sonra Fond tərəfindən məktəbin köhnə binası körpələr evi-uşaq bağçasına uyğunlaşdırılmış layihə üzrə əsaslı təmir edilib. Körpələr evi-uşaq bağçasında 2019-cu ildə başlanılan təmir işləri 2020-ci ilin aprel ayında yekunlaşdırılıb.
Qırx yerlik körpələr evi-uşaq bağçasında yataq və oyun otaqları, idman və musiqi zalları və digər zəruri otaqlar mövcuddur. Bağçanın həyətyanı ərazisində yenidənqurma və yaşıllaşdırma işləri aparılıb, uşaq əyləncə qurğuları, müasir işıqlandırma sistemləri quraşdırılıb. Kənd yerlərində belə bağçaların və digər sosial, mədəni, təhsil obyektlərinin istifadəyə verilməsi ölkəmizdə şəhərlə kənd arasında fərqin getdikcə aradan qaldırılması üçün atılan mühüm addımlardandır. Bu cür layihələr göstərir ki, Azərbaycanda həyata keçirilən sosial layihələrin miqyası və coğrafiyası getdikcə daha da genişlənir.
17:01
Heydər Əliyev Fondunun təşəbbüsü ilə Şamaxı şəhərində inşa edilən 2 nömrəli körpələr-evi uşaq bağçasının mayın 25-də açılışı olub.
AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva açılışda iştirak ediblər.
110 yerlik bu müəssisədə uşaqların təlim-tərbiyəsi ilə məşğul olmaq üçün hərtərəfli şərait yaradılıb, bütün otaqlar lazımi avadanlıqla təchiz edilib.
Burada balacaların ilk yaşlarından intellektual, fiziki və əqli inkişafı, onların istedad və qabiliyyətlərinin üzə çıxması, sağlamlıqlarının qorunması diqqət mərkəzində saxlanacaq.
Dövlətimizin başçısının Şamaxıya səfəri zamanı Meysəri kəndində də yeni uşaq bağçası istifadəyə verilib. Kənd yerlərində belə bağçaların inşası ölkəmizdə şəhərlə kənd arasında fərqin getdikcə aradan qaldırılması üçün atılan mühüm addımlardandır.
İlham Əliyev və Mehriban Əliyeva Şamaxıda körpələr-evi uşaq bağçasının açılışında - FOTO + YENİLƏNİBİlham Əliyev və Mehriban Əliyeva Şamaxıda körpələr-evi uşaq bağçasının açılışında - FOTO + YENİLƏNİBİlham Əliyev və Mehriban Əliyeva Şamaxıda körpələr-evi uşaq bağçasının açılışında - FOTO + YENİLƏNİBİlham Əliyev və Mehriban Əliyeva Şamaxıda körpələr-evi uşaq bağçasının açılışında - FOTO + YENİLƏNİBİlham Əliyev və Mehriban Əliyeva Şamaxıda körpələr-evi uşaq bağçasının açılışında - FOTO + YENİLƏNİBİlham Əliyev və Mehriban Əliyeva Şamaxıda körpələr-evi uşaq bağçasının açılışında - FOTO + YENİLƏNİBİlham Əliyev və Mehriban Əliyeva Şamaxıda körpələr-evi uşaq bağçasının açılışında - FOTO + YENİLƏNİBİlham Əliyev və Mehriban Əliyeva Şamaxıda körpələr-evi uşaq bağçasının açılışında - FOTO + YENİLƏNİBİlham Əliyev və Mehriban Əliyeva Şamaxıda körpələr-evi uşaq bağçasının açılışında - FOTO + YENİLƏNİBİlham Əliyev və Mehriban Əliyeva Şamaxıda körpələr-evi uşaq bağçasının açılışında - FOTO + YENİLƏNİBİlham Əliyev və Mehriban Əliyeva Şamaxıda körpələr-evi uşaq bağçasının açılışında - FOTO + YENİLƏNİBİlham Əliyev və Mehriban Əliyeva Şamaxıda körpələr-evi uşaq bağçasının açılışında - FOTO + YENİLƏNİBİlham Əliyev və Mehriban Əliyeva Şamaxıda körpələr-evi uşaq bağçasının açılışında - FOTO + YENİLƏNİBİlham Əliyev və Mehriban Əliyeva Şamaxıda körpələr-evi uşaq bağçasının açılışında - FOTO + YENİLƏNİB

Siyasi       Tarix: 25 may 2020
f Paylaş

Oxşar xəbərlər

Ermənistan-Türkiyə sərhədi açılır? – Politoloqdan AÇIQLAMA

Ermənistanın Baş naziri Nikol Paşinyan Ermənistan-Azərbaycandəmir yolu əlaqəsinin yaradılması və Ermənistan-Türkiyə sərhədinin yaxınperspektivdə açıla biləcəyini bildirib. . Paşinyan bu barədə İrəvanda keçirilən "Ermənista

İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 3-də Beynəlxalq Cüdo Federasiyasının prezidenti Ladislau-Marius Vizeri qəbul edib. Dövlətimizin başçısı Azərbaycanda cüdonun inkişafına, həmçinin Bakıda bu idma

Bu faciə ilə üzləşmiş ailələrə hərtərəfli dəstək göstəriləcək – Prezident

Taleyi naməlum şəxslərin aqibətinə aydınlıq gətirmək məqsədilə Azərbaycan bundan sonra da bütün imkanlarını səfərbər etməyə davam edəcək. xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev "İtkin düşmüş şəxslə

"Əminəm ki, hər bir vətənpərvər azərbaycanlı öz dövləti ilə fəxr edir

Yeni Azərbaycan Partiyasının VII Qurultayının keçirilməsi ölkəmizin ictimai-siyasi həyatında mühüm hadisələrdən biri kimi yadda qaldı. Qurultayın Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunduğu yeni reallıqla

Prezidentin təltif etdiyi Jalə Əliyevanın DOSYESİ

Prezident İlham Əliyev Milli Məclisin deputatı Jalə Fazil qızı Əliyevanın "Şöhrət" ordeni ilə təltif edilməsi barədə sərəncam imzalayıb. xəbər verir ki, Jalə Fazil qızı Əliyeva 1966-cı il oktyabrın 5-də Bakı şəhərind

AKP-dən Azərbaycanla bağlı son dəqiqə açıqlaması: "İmkan verməyəcəyik"

"Türkiyə Ankara ilə Bakı arasına heç bir ölkənin və siyasi dairənin girməsinə imkan verməyəcək". KONKRET. -a istinadən xəbər verir ki, bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədr müavini və sözçüs

İlham Əliyev Əhməd Yusifovu qələbə münasibətilə təbrik edib

Prezident İlham Əliyev cüdo üzrə dünya çempionatında qızıl medal qazanan Əhməd Yusifovu təbrik edib. xəbər verir ki, dövlət başçısı idmançı ilə görüşü zamanı onun qələbəsinin Azərbaycan xalqını sevindirdiyini bildirib. "Bütü

Vətənə sədaqətli xidmət nümunəsi

3 oktyabr 1993-cü il Azərbaycan tarixində mühüm siyasi hadisə kimi yadda qalıb. Həmin gün keçirilən prezident seçkilərində xalqın böyük etimadını qazanan Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçilib. Ulu Öndəri

AK Parti sözçüsü: Türkiyə və Azərbaycanın arasına girməyə çalışan ölkələr var

Türkiyə və Azərbaycanın arasına girməyə çalışan ölkələr var. "Haber Global"a istinadən xəbər verir ki, bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) sözçüsü Ömer Çelik deyib. O bildirib ki, Türkiy


son xeberler azerbaycan xeberleri yeni xeberler hava durumu cəbhədən ən son xəbərlər zelzele az xeber