İlk yarış günündə idmançılarımızdan 3 medal - FOTOLAR

İlk yarış günündə idmançılarımızdan 3 medal - FOTOLARÜmummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr edilən avarçəkmə üzrə "Prezident Kuboku-2025" beynəlxalq reqatasının açılış mərasimi və ilk yarışlar keçirilib.
KONKRET.az xəbər verir ki, Suqovuşanda əvvəlcə rəsmi açılış mərasimi baş tutub. Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Rəsmi şəxslərin çıxışları zamanı Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının (AKAF) baş katibi Fərhad Əliyev xarici ölkələr tərəfindən turnirə marağın hər il artdığını və bunun sevindirici hal olduğunu qeyd edib, idmançılara uğurlar arzulayıb.
Avropa Kanoe Assosiasiyasının (ECA) prezidenti Jan Zunqrana avarçəkmənin Azərbaycanda son illərdə olduqca inkişaf etdiyini vurğulayıb. Füzulidə və Suqovuşanda yarışların yüksək səviyyədə təşkilatçılığından danışıb. O, qonaqpərvərliyə, səmimi qarşılanmaya görə Azərbaycan xalqına və federasiyaya təşəkkürünü bildirib.
Gənclər və idman naziri Fərid Qayıbov Suqovuşanda artıq 5-ci dəfədir beynəlxalq avarçəkmə yarışlarının keçirildiyini xatırladıb. Nazir Qarabağda bu cür turnirlərin təşkil olunmasının təqdirəlayiq olduğunu söyləyib. Fərid Qayıbov çıxışın sonunda "Prezident Kuboku-2025" beynəlxalq reqatasını rəsmən açıq elan edib.
Rəsmi hissə başa çatdıqdan sonra Suqovuşan su anbarında idmançıların iştirakçı ölkələrin bayraqları ilə dairəvi keçidi baş tutub.  Ardınca 200 metr məsafədə kayak və kanoe üzrə yarışlar start götürüb. İlk gündə Azərbaycan idmançıları 3 medal qazanıb. Amil Ramazanov bir nəfərlik kayak qayığında 2007-2008-ci il təvəllüdlü idmançılar arasında bürünc medala sahib olub.  Eyni növdə və məsafədə 2009-2010-cu il təvəllüdlü idmançıların mübarizəsində Əlimurad Hacızadə, 2011-2012-ci il təvəllüdlü avarçəkənlərin yarışında isə Mustafa Vəlizadə üçüncü yer tutub.
Yarışlar 1-2 may tarixlərində Mingəçevir "Kür" Olimpiya Tədris-İdman Mərkəzində davam edəcək.
Mayın 2-də Mingəçevirdə reqatanın bağlanış mərasimi olacaq. "Kür" Olimpiya Tədris-İdman Mərkəzinin qarşısında saat 20:00-da start götürəcək bağlanış mərasimində əvvəlcə qalib komandalara kuboklar təqdim ediləcək. Ardınca bədii hissədə müxtəlif şou-proqramlar, tanınmış rəqs qruplarının çıxışı və son illərin populyar müğənnisi Mərdan Kazımovun canlı ifaları tamaşaçılara əsl bayram ab-havası yaşadacaq. "Prezident Kuboku-2025"ə möhtəşəm atəşfəşanlıqla yekun vurulacaq.
İlk yarış günündə idmançılarımızdan 3 medal - FOTOLARİlk yarış günündə idmançılarımızdan 3 medal - FOTOLARİlk yarış günündə idmançılarımızdan 3 medal - FOTOLARİlk yarış günündə idmançılarımızdan 3 medal - FOTOLARİlk yarış günündə idmançılarımızdan 3 medal - FOTOLARİlk yarış günündə idmançılarımızdan 3 medal - FOTOLARİlk yarış günündə idmançılarımızdan 3 medal - FOTOLARİlk yarış günündə idmançılarımızdan 3 medal - FOTOLARİlk yarış günündə idmançılarımızdan 3 medal - FOTOLARİlk yarış günündə idmançılarımızdan 3 medal - FOTOLARİlk yarış günündə idmançılarımızdan 3 medal - FOTOLARİlk yarış günündə idmançılarımızdan 3 medal - FOTOLAR

İdman       Tarix: 30 aprel 2025
f Paylaş

Oxşar xəbərlər

Ronaldo millidən uzaqlaşdırılıb

Kriştiano Ronaldo Portuqaliya millisinin oyunlarından müvəqqəti kənarlaşdırılıb. xəbər verir ki, bu barədə "Mirror" nəşri məlumat yayıb. Buna hücumçunun baş məşqçi Jorje Jezuşla yaşadığı münaqişə fonunda komandanı

Qəzet oxumayan Kral: Əfsanəyə çevrilən ömür

"Mən futbol oynamaq üçün doğulmuşam. Necə ki Bethoven möhtəşəm musiqi bəstələmək, Mikelancelo isə rəsm çəkmək üçün dünyaya gəlib". Pele. 1940-cı il oktyabrın 23-də Braziliyanın Tres-Korasoyns şəhərində Edson Aranti

"Qalatasaray" Fransadan qalib qayıdır

Bu gün UEFA Çempionlar Liqasında II tura yekun vurulur. xəbər verir ki, sonuncu oyun günündə 9 qarşılaşma baş tutur. Türkiyə təmsilçisi "Qalatasaray" səfərdə "Lill"lə qarşılaşıb. Oyun İstanbul klubunu

Millimizə məğlubiyyətdən sonra istefaya göndərildi

Litva millisinin baş məşqçisi Edqaras Yankauskas vəzifəsindən ayrılıb. -a istinadla xəbər verir ki, bu barədə Litva Futbol Federasiyası (LFF) məlumat yayıb. Yankauskasın istefaya göndərilməsi haqda qərar onun iştirakı il

"Real Madrid"in ulduzu bu komandaya gedir

"Real Madrid"in əfsanəvi müdafiəçisi Dani Karvaxal karyerasında gözlənilməz addım ataraq İspaniyanın digər təmsilçisi "Xetafe" ilə müqavilə bağlayacaq. KONKRET.azxəbər verir ki, bu barədə məşhur insayde

Xankəndi Ultramarafonuna yekun vuruldu

II Beynəlxalq Xankəndi Ultramarafonunun dördüncü – son mərhələsi başa çatıb. Report-a istinadla xəbər verir ki, marafonun 4-cü mərhələsi Ağdam şəhərindən bu gün səhər start götürüb, iştirakçılar 29,2 km məsafə qət ediblər

Millətlər Liqası: Bu gün daha 10 oyun var

Bu gün UEFA Millətlər Liqasında qrup mərhələsinin növbəti oyunları keçiriləcək. xəbər verir ki, oyun günündə 10 matç baş tutacaq. UEFA Millətlər Liqası. 6 oktyabr. A Liqası, II qrup. 22:45. Xorvatiya – İspaniya;. 22:45. İngiltər

Cüdoçumuz dünya üçüncüsü oldu

Azərbaycan cüdoçusu Ömər Rəcəbli Bakıda keçirilən dünya çempionatında üçüncülük görüşünə çıxıb. xəbər verir ki, o, bürünc medal uğrunda qazaxıstanlı Abilayxan Zubanazar ilə qarşılaşıb. İdmançımız görüşdə ipponla qalib gələrə

Bugünkü oyunları yayımlayacaq kanallar

UEFA Avropa Liqasının və Konfrans Liqasının Liqa mərhələlərində bu gün keçiriləcək bəzi oyunlara Azərbaycan və Türkiyə telekanalları vasitəsi ilə canlı yayımla baxmaq mümkün olacaq. KONKRET.azxəbər verir ki, qarşılaşmala


azerbaycan xeberleri son xeberler yeni xeberler xəbər az apa.az xeberler metbuat axsam.az xeberler