İlkin Quliyevin sədrliyi ilə AHK Maliyyə Xidmətləri İşçi Qrupunun iclası keçirilib
AccessBank-ın Baş ofisində Alman-Azərbaycan Xarici Ticarət Palatasının (AHK Azərbaycan) Maliyyə Xidmətləri İşçi Qrupunun növbəti iclası keçirilib.
azxeber.com xəbər verir ki, iclas ilk dəfə olaraq AccessBank-ın İdarə Heyətinin üzvü, Korporativ, KOB və Pərakəndə Bankçılıq üzrə İcraçı Direktor İlkin Quliyevin sədrliyi ilə keçirilib.
Görüşdə AccessBank-ın İdarə Heyətinin sədri Davit Tsiklauri, Kiçik, orta və korporativ müştərilər üzrə direktoru Cavid Əliyev, AHK Azərbaycanın İdarə Heyətinin sədri Tobias Baumann, Sahibkarlığın İnkişafı Fondunun (SİF) İdarə Heyətinin sədri Osman Xaliyev iştirak etdilər.
İşçi Qrupunun görüşünə qonaq qismində qatılan Sahibkarlığın İnkişafı Fondunun fəaliyyət istiqamətləri və güzəştli maliyyə mexanizmləri, elecə də, SİF ilə əməkdaşlıq çərçivəsində AHK Azərbaycan üzvləri üçün mövcud bank xidmətləri və məhsulları müzakirə olundu.
SİF İdarə Heyətinin sədri Osman Xaliyev çıxışında "İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarlara dəstək" mexanizmi barədə ətraflı məlumat verdi, bu ərazilərdə investisiya layihəsi həyata keçirmək istəyən sahibkarların bank və bank olmayan kredit təşkilatlarından əldə etdikləri kreditlərin 90%-dək hissəsinə dövlət zəmanəti verildiyini, o cümlədən, həmin kreditlərin 10% bəndinin subsdiyalaşdırıldığını vurğuladı.
AccessBank-ın kiçik, orta və korporativ müştərilər üzrə direktoru Cavid Əliyev SİF ilə əməkdaşlıq çərçivəsində AHK Azərbaycan üzvləri üçün mövcud bank xidmətləri və məhsulları barədə məlumat verdi.
Görüş interaktiv sual-cavab sessiyasi ilə tamamlandı.
Maliyyə Xidmətləri İşçi Qrupu AHK Azərbaycanın AccessBank ilə əməkdaşlıq çərçivəsində 10 dekabr 2019-cu il tarixində yaradılıb. İşçi Qrupunun fəaliyyətinin əsas məqsədləri maliyyə bazarında mövcud problemlərin araşdırılması daxil olmaqla, strateji və operativ planlaşdırma, qanunvericilikdəki dəyişikliklər, biznesin idarəedilməsi sahəsində bilik və təcrübə mübadiləsi, maliyyə və nəzarət sahəsinin əsas mövzularına həsr edilmiş təddbirlərin keçirilməsi və müvafiq dövlət qurumları ilə dialoqun gücləndirilməsidir.





Dünyanı nə gözləyir? – ABŞ və İranla bağlı mühüm AÇIQLAMA
Tural Əlizadəyə vəzifə verildi
Sahibə Qafarova Türkmənistanda işgüzar səfərdədir
Bu ərazilərdə qaz olmayacaq - Xəbərdarlıq
Paşinyandan müxalifətə sərt hədə: 'Azərbaycanla sülhə mane olursunuz
Nənəmin təndiri'ndə yanğın oldu
Kvrivişvili: Azərbaycanla əməkdaşlığın genişləndirilməsini müzakirə etdik
Bu cərimələr 150 faiz artırılır
Artıq ödənilmiş vergilərin geri qaytarılması sadələşdirildi
Azərbaycanla ABŞ arasında TRIPP layihəsi müzakirə edilib
AVRO-2028: Rusiya millisi iştirak etməyəcək
Nazirdən maaşlarla bağlı MÜHÜM AÇIQLAMA
Suares illər sonra sirri açdı: Messi ilə Neymarı fikrindən daşındırmağa çalışıblar
Mbappedən Arda ilə bağlı paylaşım
Paşinyan parlamentdə özündən çıxdı: "Sizi siyasi bomjlara çevirəcəyik!"