İlon Mask insandakı telepatiya qüvvəsini sınamaq üçün könüllü axtarır

İlon Mask insandakı telepatiya qüvvəsini sınamaq üçün könüllü axtarırİlon Mask insandakı telepatiya qüvvəsini sınamaq üçün könüllü axtarır
"Neuralink" şirkəti insana düşüncənin köməyi ilə qadcetləri idarə etməyə imkan verəcək "Telepathy" implantı ilə eksperiment üçün daha bir könüllü axtarır.
Oxu.Az-ın məlumatına görə, bu barədə amerikalı milyarder İlon Mask özünün "X" hesabında bildirib.
"Neuralink" ikinci iştirakçı üçün ərizələri qəbul edir. Bu, bizim kibernetik beyin implantı "Telepathy"dir. Onun sayəsində, sadəcə, düşünməklə telefonunu və kompüteri idarə etmək mümkün olacaq", - deyə şirkətin rəhbəri qeyd edib.
Xatırladaq ki, Mask yanvar ayında ilk pasiyentə "Neuralink" implantı qoyulduğunu və onun özünü yaxşı hiss etdiyini açıqlamışdı. Könüllü, 29 yaşlı Nolan Arbo təxminən səkkiz il əvvəl qəza nəticəsində iflic olub; o, çiyinlərindən aşağını hiss etmir. İmplant qoyulduqdan bir müddət sonra Nolan notbukunun ekranında şahmat taxtasındakı kursoru düşüncə gücü ilə hərəkət etdirməyi, fiqurları yenidən düzməyi öyrəndi. Arbonun sözlərinə görə, o, kompüter oyunları da oynayır.
Qeyd edək ki, "Neuralink" neyrotexnologiya şirkəti görmə məhdudiyyətli insanlar üçün implant hazırlayır. "Blindsight" adlanacaq bu çip "Telepathy"dən sonrakı növbəti məhsulu olacaq.

Maraqlı       Tarix: 18 may 2024
f Paylaş

Oxşar xəbərlər

Bazarda mövsümi məhsullar ucuzlaşdı: Səbəbini ekspert ŞƏRH etdi - FOTO

Bazarda mövsümi məhsullar ucuzlaşdı: Səbəbini ekspert ŞƏRH etdi - FOTO. Mövsümi meyvələrin ucuzlaşması ilə bağlı məlumatlar var. Xüsusən də alça və çiyələyin qiymətində azalma müşahidə olunur. Məhsullara hər yerdə, üstəli

"İdeal" valideyn olmaq üçün nə etməli? - ARAŞDIRMA

"İdeal" valideyn olmaq üçün nə etməli? - ARAŞDIRMA. "İdeal" valideyn olmaq istəyi emosional tükənməyə və uşağın davranışı üzərində nəzarətin daha da itirilməsinə səbəb olur. Bu barədə "MedicalXpress"

Avropada minlərlə insanın ölüm səbəbi ilə bağlı maraqlı HESABAT

Avropada minlərlə insanın ölüm səbəbi ilə bağlı maraqlı HESABAT. Avropada hər gün 10 min insanın ürək-damar xəstəliklərindən ölümünün əsas səbəbi həddindən artıq duz istehlakıdır. Bu barədə Ümumdünya Səhiyyə Təşkilatını

Rusiyada Leninin abidəsində zaman kapsulu tapıldı - FOTO

Rusiyada Leninin abidəsində zaman kapsulu tapıldı - FOTO. Rusiyanın Saxalin vilayətinin Xolmoqor şəhər dairəsində, Leninin abidəsinin təmiri və bərpası işləri zamanı 1970-ci ildə gələcək nəsillərə mesaj kimi qoyulmuş zama

Fiziki fəaliyyətin xərçəng riskini necə azaltdığı məlum olub

Fiziki fəaliyyətin xərçəng riskini necə azaltdığı məlum olub. "Fiziki fəaliyyət hüceyrə funksiyasını yaxşılaşdırır və orqanizmdə xərçənglə bağlı xroniki iltihabı aradan qaldırır". Bu barədə xərçəngin reabilitasiyas

Yer kürəsini istiləşmədən qoruyacaq material hazırlanıb

Yer kürəsini istiləşmədən qoruyacaq material hazırlanıb. Tədqiqatçılar karbon qazı və digər istixana qazlarını udan yeni növ məsaməli material hazırlayıblar. Bu barədə "Science Alert" nəşrində dərc olunan məqaləd

"ChatGPT-5"in yeni imkanları həyatımızı necə dəyişəcək?

"ChatGPT-5"in yeni imkanları həyatımızı necə dəyişəcək?. Aprelin sonunda "OpenAI" qabaqcıl süni intellekt prosessoru "Nvidia DGX H200"ü əldə edib. Bu, dünyanın ən güclü süni intellekt çipidi

Alimlərdən ömrün uzunluğu ilə bağlı sevindirici proqnoz

Alimlərdən ömrün uzunluğu ilə bağlı sevindirici proqnoz. Alimlər əsrin ortalarına qədər gözlənilən ömür uzunluğunun nə qədər artacağını müəyyən ediblər. Beynəlxalq alimlər qrupu 2050-ci ilə qədər qlobal ömür uzunluğu il

Günəşdə nəhəng ləkə peyda oldu - FOTO

Günəşdə nəhəng ləkə peyda oldu - FOTO. Günəşdə nəhəng ləkə peyda olub. Bu barədə alimlər xəbərdarlıq ediblər. Bildirilib ki, "AR3664" adlandırılan günəş ləkəsi hazırda o qədər böyüyüb ki, Yerdən 15 dəfə genişdir


yeni xeberler son xeberler azerbaycan xeberleri en son xeber azerbaycanda son xeberler sonxabar az xeberler az