İmtahanda 700 bal toplayan abituriyent: 'Məqsədimə çatdım
"Çox şadam ki, məqsədimə çataraq 700 balı topladım".
Bu sözləri "Report"a açıqlamasında IV ixtisas qrupu üzrə ali məktəblərə qəbul imtahanında ən yüksək nəticə göstərən Nigar Ağazadə deyib.
O, ilk imtahanda sualın birini yanlış cavablandırmasından çox məyus olduğunu bildirib: "Səhvə görə, birinci imtahandan sonra çox məyus olmuşdum. Kimisi yenidən imtahan verməyimi, kimisi də verməməyimi deyirdi. Amma düşündüm ki, əgər yenidən imtahan verməsəm peşman ola bilərəm, ona görə də ən yaxşısı şansımı növbəti dəfə sınamaqdır".
Beləliklə, N.Ağazadə növbəti imtahanda iştirak etməsi ilə bağlı qərar verdiyini bildirib.
Onun sözlərinə görə, imtahandan çıxandan sonra sualları yoxlatdırıb və hamısınin düz olduğu məlum olub: "Doğrusu, o qədər əmin idim ki, elə 700 balı da gözləyirdim. Çox şadam ki, məqsədimə çatdım. Məqsədim isə həkim olmaqdır. Artıq Türkiyədə bəzi universitetlərə müraciət etmişik. Əgər alınarsa, təhsilimi orada davam etdirmək istəyirəm, amma ölkəmizdə seçimim Azərbaycan Tibb Universitetidir".
Qeyd edək ki, 125 nömrəli tam orta məktəbin məzunu olan Nigar Ağazadə imtahanın I mərhələsində 300, ikinci mərhələdə 400 toplayaraq ölkə üzrə ən yüksək nəticəni göstərib.

Çempionlar Liqasında yeni mövsüm start götürür: Gecənin matçları
Oyuncaq setində Azərbaycan və Ermənistan bayrağı - Foto
Ərdoğan Prezident Sarayında ölkəmizin Türkiyədəki səfirini qəbul edib
Levon Köçəryan: "Paşinyan səhvlərinə bəraət qazanmaq üçün süni qorxular yaradır"
Peskov: Rusiya Ukraynada müharibəyə başlamayıb, əksinə, onu bitirməyə çalışır
Levon Köçəryan: Bu, Nikol Paşinyanın növbəti "patoloji yalanı"dır
Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO
Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər
Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ
Nəvai Moskvada törətdiyi qəzaya görə təzminat ödədi
"Nikosayağı" buna görə qol transplantasiyası etdirməyib
XİN Şimali Koreyanı təbrik etdi – FOTO
39 yaşlı qadın bıçaqlandı: qardaşı saxlanıldı
Ağır qəza nəticəsində 5 nəfər yanaraq öldü
Minlərlə rus 5 ölkəyə girəcək – Siyahıda Azərbaycan da var