İnfarktın bilmədiyimiz əlamətləri

İnfarktın bilmədiyimiz əlamətləriİnfarktın bilmədiyimiz əlamətləri
"İnfarkt döş qəfəsində şiddətli ağrı və hava çatışmazlığı hissi ilə xarakterizə olunur, lakin bəzən xəstəlik özünü fərqli şəkildə göstərə və ya özünü digər bir xəstəlik kimi büruzə verə bilir".
Bunu Rusiyalı həkim nevroloq, tibb elmləri namizədi Yekaterina Demyanovskaya deyib.
"Böyüklər arasında ölüm səbəblərinin 46,3%-i qan dövranı sistemi xəstəlikləridir. Bunun 6,5%-ni kəskin miokard infarktı təşkil edir. Bu zaman ürək əzələsi artıq qan qəbul etmir və qismən ölür", - deyə o qeyd edib.
Adətən infarkt açıq-aşkar simptomlarla müşayiət olunur: döş sümüyünün arxasında və ürək bölgəsində şiddəti keçməyən basıcı ağrı və ya yanğı, soyuq tər, narahatlıq və hava çatışmazlığı hissi. Bəzən döş qəfəsinin arxa hissəsində olan ağrı sol qol, çiyin, kürək və ya boyuna yayılır. Bununla belə, atipik simptomlar da olur.
"Məsələn, çox güclü qarın ağrısı başlayır və ya sanki diş ağrısı zamanı olduğu kimi alt çənə sızlayır. Yaxud başqa əlamətlər olmadan nəfəs darlığı yarana bilər", - deyə mütəxəssis əlavə edib.
Həmçinin miokard infarktı özünü digər xəstəliklər kimi büruzə verə bilər. Məsələn, abdominal forma qarın ağrısı, ürəkbulanma və qusma əlamətləri ilə özünü göstərir. Onu kəskin zəhərlənmə, xolesistitin və ya mədə xorası xəstəliyinin ağırlaşması ilə səhv salmaq olar. İnfarkt, hətta insult əlamətləri ilə özünü büruzə verə bilər: bu zaman insanın nitqi anlaşılmaz olur, hərəkətlərin koordinasiyası ilə bağlı problemlər yaranır, lakin ürək bölgəsində ağrı olmur.
Ekspertin sözlərinə görə, infarktın ən təhlükəli gedişatı az simptomlu və ya simptomsuz olmasıdır. Buna diabet və ya ürəyin işemik xəstəliyi olan insanlarda rast gəlinir. Onun yeganə əlaməti ürək döyüntüsü və ya ürəyin fəaliyyətində nasazlıq hissidir. Belə hallarda insan uzun müddət xəstəlikdən xəbərsiz olur ki, bu da sonradan ağır nəticələrə gətirib çıxarır.
Mənbə: Life.ru / oxu.az

Maraqlı       Tarix: 26 sentyabr 2023
f Paylaş

Oxşar xəbərlər

Mədəkiçiltmə erasının sonu gəlir: Cərrahi müdaxilə olmadan arıqlamağın yolu tapıldı

Mədəkiçiltmə erasının sonu gəlir: Cərrahi müdaxilə olmadan arıqlamağın yolu tapıldı. Elm adamları mədəyə cərrahi müdaxilə olmadan piylənmə ilə mübarizə aparmağın üsulunu tapıblar. Yeni metod mədənin yuxarı hissəsinin selikl

Su sızması ustası hansı xidmətləri göstərir?

Su sızması ustası borularda, kranlarda və su bağlantılarında yaranan sızmaları tapır və təmir edir. Su sızması kiçik görünsə də, davam etdikdə divar və döşəmədə nəmlik yarada bilər. Buna görə problemin mənbəyini tapmaq v

Britaniyada timsahı "döyən" qadın qəhrəmanlar siyahısına daxil edildi: Mükafat aldı - FOTO

Britaniyada timsahı "döyən" qadın qəhrəmanlar siyahısına daxil edildi: Mükafat aldı - FOTO. Böyük Britaniyada timsaha zərbə vuran qadının adı Britaniyanın ilk mülki qəhrəmanlarının kral siyahısına daxil edilib

ABŞ-də rüsvayçılıqla üzləşən ermənipərəst senator bütün günahı arvadının üzərinə atdı - FOTO

ABŞ-də rüsvayçılıqla üzləşən ermənipərəst senator bütün günahı arvadının üzərinə atdı - FOTO. ABŞ-də rüşvətdə ittiham olunan Nyu-Cersi ştatının ermənipərəst senatoru Bob Menendesin vəkili bütün günahları onun arvadının üzərin

Rusiyada Leninin abidəsində zaman kapsulu tapıldı - FOTO

Rusiyada Leninin abidəsində zaman kapsulu tapıldı - FOTO. Rusiyanın Saxalin vilayətinin Xolmoqor şəhər dairəsində, Leninin abidəsinin təmiri və bərpası işləri zamanı 1970-ci ildə gələcək nəsillərə mesaj kimi qoyulmuş zama

İki sifariş edin, bir çatdırılma haqqı ödəyin!

Wolt-un İkili Sifariş yeniliyini sizə təqdim edirik! Artıq sifariş etmək daha asan və daha sərfəlidir. İkili Sifariş ilə iki fərqli məkandan lazım olan hər şeyi bir saat və ya daha az müddətdə qapınıza çatdırırıq. Axşam yeməy

Ayağına mismar batan rusiyalı məktəblidə yaddaşsızlıq yarandı və saçları ağardı - FOTO

Ayağına mismar batan rusiyalı məktəblidə yaddaşsızlıq yarandı və saçları ağardı - FOTO. Rusiyada ayağına mismar batan uşaq faciə yaşayıb - onda yaddaşsızlıq yaranıb və saçları ağarmağa başlayıb. Dəhşətli hadisə orenburql

Ən güclü maqnit qasırğasının nə qədər davam edəcəyi açıqlandı

Ən güclü maqnit qasırğasının nə qədər davam edəcəyi açıqlandı. Mayın 10-da başlayan güclü maqnit qasırğasının gözlənilən müddəti ən azı iki gün olacaq. Bu barədə Rusiya Elmlər Akademniyasının Günəş-Yer Fizikası İnstitutunu

İlon Mask insandakı telepatiya qüvvəsini sınamaq üçün könüllü axtarır

İlon Mask insandakı telepatiya qüvvəsini sınamaq üçün könüllü axtarır. "Neuralink" şirkəti insana düşüncənin köməyi ilə qadcetləri idarə etməyə imkan verəcək "Telepathy" implantı ilə eksperiment üçün dah


azerbaycan xeberleri yeni xeberler son xeberler sou xeberler bugun apa.az xeberler cəbhədən yeni xəbərlər cebheden xeber