İnsan niyə daim daha artığını axtarır? – Psixoloqdan açıqlama

İnsan niyə daim daha artığını axtarır? – Psixoloqdan açıqlamaİnsanların həyat boyu daim nəyinsə axtarışında olması diqqət çəkən psixoloji və sosial davranışlardan biri hesab olunur. Daha yaxşı iş, daha yüksək gəlir, daha rahat həyat, daha uğurlu gələcək və ya ideal partnyor arzusu bir çox insanı davamlı olaraq yeni hədəflərə yönəldir. Maraqlıdır ki, insanlar bəzən uzun müddət arzuladıqları məqsədə çatdıqdan sonra belə bununla kifayətlənmir, daha yaxşısını əldə etmək üçün yeni axtarışlara başlayırlar. Bu isə "niyə insan heç vaxt tam doyum hissi yaşamır?" sualını yenidən gündəmə gətirir. 
Bəs insanı daim daha artığını istəməyə və bitməyən axtarış hissi ilə yaşamağa sövq edən əsas səbəblər nələrdir?
Klinik psixoloq, psixoterapevt Rövşən Nəcəfov azxeber.com-a açıqlamasında deyib ki, insan əşyalara, uğura, pula və hətta insanlara onların daşıya bilməyəcəyi mənalar yükləyir:
İnsan niyə daim daha artığını axtarır? – Psixoloqdan açıqlama"İnsan çox vaxt həqiqətdə ehtiyacı olanı yox, başqalarında gördüyünü arzulayır. O, inanır ki, həmin insanın sahib olduğu əşya, status, uğur və ya münasibət ona da keçsə, nəhayət özünü tamamlanmış və xoşbəxt hiss edəcək. Amma əldə etdikdən sonra anlayır ki, axtardığı hiss həmin nəsnənin içində deyilmiş. Çünki problem nəsnənin yoxluğunda yox, ona yüklənən mənadadır. İnsan əşyalara, uğura, pula və hətta insanlara onların daşıya bilməyəcəyi mənalar yükləyir. "Bunu əldə etsəm, xoşbəxt olacağam", "Bu insan mənim bütün boşluqlarımı dolduracaq", "Ən yaxşısını tapsam, daha heç nə istəməyəcəyəm" kimi düşüncələr psixoloji illüziyalardır. Reallıq isə fərqlidir. Heç bir obyekt və ya insan daxili boşluğu tam doldura bilmir. Çünki boşluğun mənbəyi xaricdə deyil".
O qeyd edib ki, mütləq mənada "ən yaxşı" anlayışı yoxdur:
""Ən yaxşısını tapmaq" düşüncəsi də zehinin yaratdığı tələlərdən biridir. Əslində mütləq mənada "ən yaxşı" yoxdur. Hər zaman müqayisə ediləcək daha yaxşı və ya daha pis alternativ mövcuddur. İnsan müqayisə etdikcə məmnunluğunu yox, narazılığını böyüdür. Çünki müqayisənin sonu yoxdur. Bu, reallığın yox, düşüncənin istehsal etdiyi bir oyundur. Məqsədlərə çatmaq isə arzudan çox resurslardan asılıdır- bilik, bacarıq, imkan, zaman və psixoloji hazırlıqdan. İstəklərin reallıqla uzlaşmadığı yerdə məyusluq yaranır".
Psixoloq deyib ki, münasibətlərdə də eyni qanun işləyir:
"Münasibətlərdə də eyni qanun işləyir. İnsan çox vaxt partnyor yox, beynində yaratdığı ideal obrazı axtarır. Sonra isə qarşısındakı insanı həmin obraza uyğunlaşdırmağa çalışır. Sağlam münasibətin təməli ideal partnyor deyil, psixoloji uyğunluqdur. Uyğunluq dəyərlərin, ünsiyyət tərzinin, emosional yetkinliyin və problemləri birlikdə həll edə bilmə bacarığının uyğunlaşmasıdır. Gözləntilər də reallıqla tənzimlənməlidir. Qarşı tərəfin bilikləri, bacarıqları, şəxsiyyəti və imkanları nəzərə alınmadan qurulan gözləntilər qaçılmaz şəkildə xəyal qırıqlığı yaradır. İnsanlara yox, onlar haqqında qurduğumuz illüziyalara bağlanırıq. Sonra isə reallıq həmin illüziyaları dağıdanda bunu sevginin və ya münasibətin sonu hesab edirik".
""Cəmiyyət isə "ideal partnyor", "ideal həyat" və "ideal uğur" anlayışlarını daim təbliğ edir. Bu sosial sifariş insanın seçimlərini öz daxili ehtiyaclarından uzaqlaşdırır. Nəticədə insan yaşamaq əvəzinə müqayisə edir, sevmək əvəzinə ideal axtarır, sahib olduqlarını qiymətləndirmək əvəzinə çatışmayanlara fokuslanır. İnsan əslində xoşbəxtliyi yox, ona vəd edilmiş xoşbəxtlik təsvirini təqib edir. Daxildə həll olunmayan boşluq isə xaricdə tapılan heç bir şeylə tam dolmur. Ona görə də axtarış bitmir",-deyə psixoloq bildirib.
Şahanə Ziyad

Sosial       Tarix: 27 iyul 2026
f Paylaş

Oxşar xəbərlər

Ən yüksək faiz verən banklar bəlli oldu – SİYAHI

Azərbaycanın bank sektorunda 1 illik manat əmanətləri üzrə təklif olunan illik faiz dərəcələri açıqlanıb. KONKRET.azyenisabah-a istinadən xəbər verir ki, faizlərin müddətin sonunda götürülməsi şərti ilə en yüksək illik fai

Bakıda kollecdə kütləvi dava: Tələbə komaya düşdü

Azərbaycan Dövlət Pedaqoji Kollecində dava olub. Hadisə kollecin həyətində baş verib. Təhsil müəssisəsinin tələbəsi Mirkamil Mirislamov (soyad şərtidir - red.) qrup yoldaşı Elvinlə zarafat edib. Zarafat Elvinin xoşuna gəlməyi

"Bu cür ciddiyyətdən uzaq çıxışlar türk siyasətçisinə yaraşmır" - Erbakana sərt cavab

Dialoq və İnkişaf Naminə İctimai Birliyinin sədri Çingiz Bayramov Türkiyənin "Yeniden Refah" partiyasının sədri Fatih Erbakanın Azərbaycan haqda əssasız fikirlərinə cavab verib. xəbər verir ki, Çingiz Bayramov cavabınd

Naxçıvanda zəncirvari yol qəzası olub, xəsarət alanlar var

Naxçıvanda zəncirvari yol qəzası olub. Hadisə şəhərin Topçubaşov küçəsində qeydə alınıb. Belə ki, "Hyundai", "Audi" və iki "Kia" markalı avtomobilin toqquşması nəticəsində 5 nəfər; 2001-ci i

Teleqramda bu da mümkün olacaq

Teleqram fərdi tövsiyələri özündə əks etdirən xəbər lenti əlavə edə bilər. Messencerin macOS üçün nəzərdə tutulmuş beta versiyasının kodunda bu yeni funksionallıqla bağlı izlərə rast gəlinib. Lent iki bölməyə ayrılacaq: "Əlav

Azərbaycanda balıq bahalaşdı - Qiymətlər

Ölkədə geniş həcmdə yetişdirilən çəki balığının nohurlarda yetişdirildiyi təsərrüfatlardan kütləvi satışına başlanılıb. Bundan əlavə, sentyabr ayından etibarən rəsmi balıq ovu mövsümünün açılması bazarlarda canlanmaya səbə

Qızıl almağa tələsməyin – Diqqətçəkən proqnoz

Qlobal iqtisadiyyatda baş verən dəyişikliklər, ABŞ dollarının məzənnəsi və geosiyasi proseslər qızıl bazarına təsir göstərən əsas amillər olaraq qalır. Son aylarda investorlar arasında qiymətli metalın yenidən bahalaşacağ

Bakıda 21 yaşlı kişi bıçaqlandı

Bakıda 21 yaşlı kişi bıçaqlanıb. Hadisə paytaxtın Nizami rayonunda baş verib. Bakı şəhər sakini, 2005-ci il təvəllüdlü Amil Qoşqar oğlu Eyvazov bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Hadisənin hansı şəraitdə ba

Yeni prokuror tanınmış hakimin oğludur

Xəbər verdiyimiz kimi, Baş prokuror Kamran Əliyevin Əmri ilə Pərviz İbayev Binəqədi rayon prokuroru vəzifəsinə təyin edilib. -un "Unikal"a istinadən məlumatına görə, Pərviz İbayev Məhkəmə-Hüquq Şurasının keçmi


yeni xeberler son xeberler azerbaycan xeberleri son xeber az futbol xeberleri kriminal xeberler xeber