"İnter" Çempionlar Liqasındakı rəqibini UEFA-ya şikayət edəcək
İtaliyanın "İnter" klubu Çempionlar Liqasının 1/8 final mərhələsindəki rəqibi Portuqaliya "Portu"sunu UEFA-ya şikayət edəcək.
KONKRET.az xəbər verir ki, bu barədə Milan təmsilçisinin baş direktoru Cüzeppe Marotta açıqlama verib.
O, 1000 azarkeşin səfərdəki qarşılaşmaya buraxılmadığı üçün Avropa futbol qurumuna müraciət edəcəklərini bildirib.
Marotta bunun onlar üçün gözlənilməz olduğunu vurğulayıb: "Mən çöldə qalan ailələri, İtaliyadan gələn ağlayan uşaqları gördüm. Bu, gözəl axşamın acı səhifəsidir. Yerli hakimiyyət orqanları ilə görüşmüşdük və onlar bizi əmin etdilər ki, hətta qonaq sektorunda izdiham olsa belə, fanatlar içəri buraxılacaq. Lakin belə olmadı".
Qeyd edək ki, Portuqaliyadakı görüş qolsuz bərabərliklə yekunlaşıb. İlk matçda rəqibini 1:0 hesabı ilə üstələyən "İnter" 1/4 finala yüksəlib.

Binəqədidə müşavirə keçirildi - FOTOLAR
Şirkətdə pis xəbərlər niyə rəhbərdən gizlədilir?
Bank Respublika-dan sərfəli nağd kredit imkanı - "Payız fürsəti
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Azərbaycan BMT-də mina təhlükəsi və qanunsuz silah dövriyyəsi məsələsini qaldırıb
BMT-də Azərbaycanın minalarla çirkləndirilmiş əraziləri barədə məlumat verilib
UEFA-dan Fəridə Lütfəliyevaya təyinat
Azər Türk Bankın şəhid əməkdaşının xatirəsi anılıb - FOTOLAR
Vaqif Sadıqov etimadnaməsini İsveçrə prezidentinə təqdim edib
Banklarda əmanəti olanların nəzərinə: Hansı banklar bağlanacaq? – "Böhran başlayıb"
Bakıda yaşayış binasında uçqun
Albaniya parlamentində əlbəyaxa dava - Deputatlar bir-birinə hücum etdi
Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
Cavid Ağaməliyev həbs edildi
"Real Madrid" Arda Gülerlə bağlı qərarını verdi