İntim videosu yayılan siyasətçilər: Onların hər biri istefa verməyə məcbur olub - TAM SİYAHI

İntim videosu yayılan siyasətçilər: Onların hər biri istefa verməyə məcbur olub - TAM SİYAHITəkcə Azərbaycanda dünyanın bütün ölkələrində siyasətçilərin, məmurların ən çox çəkindiyi seks, intim videolarının yayılmasıdır. 
Bu tip videolar təkcə ölkəmizdə deyil, dünyada da geniş yayılmış tendensiyadır.  
azxeber.com dünyada intim videoları yayılan və istefa verən məşhur siyasətçilərin bir qismini təqdim edir.
Türkiyədə bu hallara az rast gəlinməyib. MHP üzvləri Bülent Didinmez, Metin Çobanoğlu, Recai Yıldırım və İhsan Barutçudan sonra daha 6 idarəçi 20 may 2011-ci ildə onlara aid olduğu iddia edilən intim video kasetləri səbəbilə istefa verib.
Türkiyəli hüquqşünas, siyasətçi, Cümhuriyyət Xalq Partiyasının (CHP) keçmiş sədri Deniz Baykal porno videosunun yayılmasına görə istefa verən siyasətçilər sırasındadır.
1995-1996-cı illərdə Baş nazirin müavini vəzifəsində çalışmış D. Baykalın 2010-cu ildə yayılan kaset videosu ölkədə xeyli müzakirələrə səbəb olmuşdu. Ankara millət vəkili Nesrin Baytokla birlikdə olduğu iddiası ilə yayılan kaset Baykalın siyasi karyerasına son qoymuşdu.
Türkiyəli daha bir siyasətçi Kamer Genc DYP millət vəkili olduğu zaman Ankarada oğlunun evindən rəqqasənin çıxması zamanı jurnalistlər tərəfindən görüntülənib. İşıqlar yanan zaman nə edəcəyini bilməyən gənc qadın maşına minərək oradan qaçıb.
Bir müddət sonra evdən çıxan Kamer Genc jurnalistlərlər qarşılaşıb. Daha sonra açıqlama verən K. Genc oğlunun çiçəkləri sulamağa getdiyini bildirib.
Bundan başqa, Türkiyənin keçmiş daxili işlər naziri olan Həsən Fehmi Güneş 1979-cu ildə müğənni Aynur Aydanın evinə girərkən kameralara tuş gəlib. Evli olan Hasan Fehmi o dövrdə bu səbəbdən nazirlikdən istefa vermişdi.
ABŞ-ın keçmiş prezidenti Bill Klinton ofisdə Monika Lewunsky ilə eşq macərası yaşamışdı. O, əvvəlcə iddiaları rədd etsə də, sonradan bunu etiraf etmişdi.
İndi bəhs edəcəyimiz isə, bəlkə də ən qəribəsidir. Belə ki, İngiltərənin Baş naziri Devid Kameronun sağ əli kimi tanınan Mühafizəkarlar Partiyasından millət vəkili olan Mayk Uezerlinin həyat yoldaşının fahişə olduğu və 150 kişi ilə yatdığı ortaya çıxmışdı.
Hindistanın 86 yaşlı keçmiş qubernatoru Naraim Dutt Tiwarinin üç qadınla yataqda çəkildiyi videosu ortaya çıxmışdı. Qubernator bu görüntülərdən sonra istefa verdi.
2019-cu ildə İranda iki siyasətçinin sosial şəbəkədə sızdırılan porno videoları ölkə gündəmini zəbt etmişdi.
Belə ki, ilk video 4 avqust tarixində internetdə yayımlanıb. Gizli kamera ilə çəkilən görüntülərdə sabiq Kohgiluye və Buyer Əhməd meri Əli Məhəmməd Əhmədinin bir qadınla cinsi münasibətdə olduğu görülüb. Yerli mediada yayılan xəbərlərdə Əhmədi Kanadada İran rejiminə qarşı bir televiziya proqramına qatılmadığı üçün seks kaseti internetə sızdırılıb.
9 avqust tarixində Sadra qəsəbəsinin bələdiyyə sədri olan Abbas Məlikzadənin erotik görüntüləri yayımlanıb. Əhmədidən fərqli olaraq bu video Məlikzadə tərəfindən qeydə alınıb.
Baş verənlərlə bağlı açıqlama verən iranlı jurnalist belə bir açıqlama verib: "Bir çox iranlı rəsminin iki həyat yaşadığını bilirik. Bu sirr deyil, lakin videolar bunu sübut edir".
Məşhur siyasətçi Bin Laden üçün də bu cür, amma bir az fərqli bir plan qurulmuşdu. Belə ki, Əl-Qaidə yaraqlıları ilə bir tonqal ətrafında oturarkən görüntülənəcəkdi. Gizli çəkiliş zamanı Əl-Qaidə lideri içki içərkən gənclərə necə cinsi əlaqədə olduğu haqqında danışacaq idi.
Lakin sonra əməliyyatın başçısı Şefi Ceyms Pavitt və onun müavini Hugh Turner bu planı inkar edərək imtina ediblər.
Bunlar dünya tarixində baş vermis bu cür hallarım bir qismidir.
Azərbaycanda isə son vaxtlar bu hal bəzi məşhur siyasətçinin başın gəlib.
Belə ki, Milli Məclisin üç çağırışında deputat olmuş, YAP Veteranlar Şurasının üzvü Hüseynbala Mirələmovun iştirakı ilə yayılmış bir video səbəbilə H. Mirələmov vəzifəsindən istefaya göndərildi.
76 yaşlı Hüseynbala Mirələmovun özü mətbuata açıqlamasında həmin videonun sifariş olduğunu, onun ictimai fəaliyyətinə və şəxsi nüfuzuna qara yaxmağa çalışan qüvvələr tərəfindən yayıldığını bildirmişdi. Son olaraq isə ölkəmizdə FHN-in əməkdaşlarının videosu yayılıb. 
Aydın Nuri 

Sosial       Tarix: 16 avqust 2022
f Paylaş

Oxşar xəbərlər

Daha bir azərbaycanlı Ukraynada həlak oldu

Ukraynada davam edən hərbi əməliyyatlarda daha bir azərbaycanlı həlak olub. xəbər verir ki, 1982-ci il təvəllüdlü Abdullayev Vüsal Bəşir oğlu şiddətli döyüşlər zamanı həyatını itirib. Mərhumun nəşi bu gün Azərbaycana gətirilib

Prezidentlər Şuşada inşa edilmiş birinci yaşayış kompleksində - Fotolar

Azərbaycan Prezidenti İlham Əliyev və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Şuşa şəhərində inşa edilmiş birinci yaşayış kompleksində olublar. xəbər verir ki, Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsus

Bu gün Aşuradır

Bu gün Azərbaycanda Aşuradır. xəbər verir ki, Aşura günü iyunun 25-nə təsadüf edir. QMİ-nin Qazılar Şurası dindarlara xatırladıb ki, Məhərrəm və Səfər aylarında 60 gün ərzində keçirilən təziyə mərasimləri, xüsusilə Tasu

Köhnə dolları olanların diqqətinə: Banklar niyə imtina edir?

ABŞ dolları Azərbaycanda ən çox istifadə edilən xarici valyutalardan biridir. Son vaxtlar isə bəzi bankların köhnə seriyadan olan və ya cüzi zədələnmiş dollar əskinaslarını qəbul etməməsi vətəndaşların narazılığına yol açıb

Sumqayıtda 57 yaşlı kişi bədbəxt hadisə nəticəsində öldü

Sumqayıtda 57yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb. Hadisə şəhərin 9-cu mikrorayon ərazisində qeydə alınıb. Belə ki, Sumqayıt şəhər sakini, 1969-cu il təvəllüdlü Baytev Mehman Həsən oğlu yıxılıb və müxtəlif dərəcəl

Stressin yaratdığı problem: Diş qıcama nələrə yol aça bilər?

Yuxu zamanı fərq edilmədən baş verən diş sıxma və diş qıcama vərdişi təkcə dişlərə deyil, çənə oynaqlarına və ümumi həyat keyfiyyətinə də mənfi təsir göstərə bilər. -a istinadən xəbər verir ki, mütəxəssislər bildirirlər ki

Həkim dərman qəbulu üçün ideal saatları açıqladı

Dərmanların effektivliyi onların qəbul edildiyi günün vaxtından asılı olaraq dəyişə bilər. Bunun əsas səbəbi orqanizmdəki biokimyəvi prosesləri idarə edən sutkalıq ritmlərdir. Kimya elmləri namizədi, dosent Aleksey Pano

Bakıda üç avtomobil toqquşdu, xəsarət alan var

Bakının Xətai rayonunda üç avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib. Qəza Babək prospektində qeydə alınıb. Belə ki, BMW, BYD və "Khazar" markalı minik avtomobilləri toqquşub. Zərbənin təsirində

Brent neftinin qiyməti 73,75 dollara düşdü

Dünya bazarında neft qiymətləri ucuzlaşmaqda davam edir. xəbər verir ki, Londonun ICE birjasında keçirilən ticarət əməliyyatları zamanı Brent markalı neftin 2026-cı ilin iyul fyuçersləri 2,01 faiz ucuzlaşıb. Hazırda bir bare


yeni xeberler azerbaycan xeberleri son xeberler xəbərlər cəbhədən son məlumatlar dunyada son xeberler valyuta mezenesi