Üç övladı olanların nəzərinə: 420 manat ala bilərsiniz
Üç və daha çox övladı olan ailələrin çoxuşaqlı ailə kimi tanınması nəzərdə tutulur. Bununla bağlı təklif irəli sürən Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, dəyişiklik qəbul edilərsə, həmin ailələr üçün əlavə sosial dəstək mexanizmlərinin tətbiqi mümkün olacaq.
Artıq sözügedən təklif Milli Məclisə təqdim olunub. Mövcud meyarın dəyişdirilməsi hansı imkanlara şərait yaradacaq?
azxeber.com xəbər verir ki, Globalinfo.az-a danışan iqtisadçı Asif İbrahimov bu təklif ölkənin demoqrafik siyasətinə yenidən baxılması baxımından mühüm addımdır deyib.
"Hazırda 5-dən çox övladı olan qadınlara hər uşağa görə aylıq 140 manat müavinət ödənilir. Bu hüquq altıncı uşağın 1 yaşı tamam olduqdan sonra yaranır və 18 yaşı tamam olan ayın sonunadək davam edir. Yəni mövcud sistemdə dövlət dəstəyindən yararlanmaq üçün ailənin ən azı 6 uşağının olması tələb olunur. Təklif olunan dəyişiklik isə bu yanaşmanı əhəmiyyətli dərəcədə dəyişə bilər. 3 və daha çox övladı olan ailələrin çoxuşaqlı ailə kimi tanınması, hər birinə görə sosial ödəniş imkanının yaradılması, həmçinin uşaqların sayından asılı olaraq pensiya yaşının 3, 4 və 5 il azaldılması nəzərdə tutulur", - deyə o qeyd edib.
İqtisadçı bildirib ki, burada əsas məsələ üçüncü uşağın ailə üçün yaratdığı əlavə iqtisadi yükün dövlət tərəfindən nə dərəcədə kompensasiya olunmasıdır:
"Üçüncü uşaq ailənin yalnız ərzaq və geyim xərclərini artırmır. Mənzil, təhsil, səhiyyə, nəqliyyat və uşaq baxımı ilə bağlı əlavə xərclər yaranır, eyni zamanda valideynlərin əmək bazarında iştirak imkanlarına da təsir göstərə bilir. Ona görə də məqsəd doğum səviyyəsinin artırılmasıdırsa, yalnız aylıq müavinətlə kifayətlənmək olmaz. Kompleks ailə siyasəti formalaşdırılmalıdır. Buraya uşağa görə ödənişlə yanaşı vergi güzəştləri, mənzil dəstəyi, məktəbəqədər təhsil imkanlarının genişləndirilməsi, çoxuşaqlı ailələr üçün nəqliyyat və kommunal güzəştlər kimi mexanizmlər də daxil edilməlidir.
Digər tərəfdən, belə bir siyasətin dövlət büdcəsinə yaradacağı maliyyə yükü də nəzərə alınmalıdır. Bu baxımdan mərhələli keçid iqtisadi cəhətdən daha əsaslandırılmış yanaşmadır. Lakin mərhələlilik sosial dəstəyin qeyri-müəyyən müddətə təxirə salınmasına çevrilməməlidir. Dövlət əvvəlcədən konkret yol xəritəsi müəyyən etməlidir. Məsələn, birinci mərhələdə 5 və daha çox, ikinci mərhələdə 4 və daha çox, üçüncü mərhələdə isə 3 və daha çox uşaqlı ailələrin sistemə daxil edilməsi nəzərdə tutula bilər. Hər mərhələnin müddəti və maliyyə təminatı əvvəlcədən açıqlanmalıdır".
Ekspert qeyd edib ki, ən mühüm məsələ müavinətin məbləğidir:
"Hazırda 5-dən çox uşağı olan qadınlara hər uşağa görə 140 manat ödənilir. 2018-ci ildə bu məbləğ 33 manat olduğu halda, 2025-ci ildə 140 manata yüksəlib. Lakin inflyasiya və ailələrin real xərcləri nəzərə alınmadan yalnız nominal artım əsasında sosial siyasətin effektivliyini qiymətləndirmək düzgün deyil.
3 uşaqlı ailələrin çoxuşaqlı ailə kimi tanınması yalnız müavinət məsələsi kimi müzakirə edilməməlidir. Çoxuşaqlı ailələrə dövlət dəstəyi ilə bağlı vahid yanaşma formalaşdırılmalı, ailələrin uşaqların sayından asılı olaraq əldə etdiyi sosial, vergi, mənzil, təhsil və pensiya hüquqları sistemli şəkildə birləşdirilməlidir".
Kurslar.az kurslar [newsid: 0-123300]

Təzyiqi salmağın inanılmaz yolu - Alimlərdən diqqətçəkən açıqlama
Xankəndi Ultramarafonuna yekun vuruldu
Azərbaycanlı musiqiçi faciəvi şəkildə öldü
Kamboca baş naziri Azərbaycana gəldi
Deputatlardan ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasına müraciət
Masazırda motosikletlə avtomobil toqquşdu - Ölənlər var - Foto
Trampdan Azərbaycan açıqlaması
52 yaşlı piyadanı maşın vurub öldürdü
Qazaxda avtomobil piyadanı vurub, 3 nəfər xəsarət alıb
Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər
Gəncədə oğlunu öldürməkdə şübhəli bilinən ata saxlanılıb, daha bir nəfərin yaralandığı məlum olub
Azərbaycanlı reperlə oxuduğu duetə görə saxlanıldı
Bred Pittin yeni sevgilisi - Foto
Evini 3,2 milyona satır - Fotolar
Azərbaycanda müğənni əməliyyatdan sonra öldü - Fotolar