İnvestisiya üçün hansı qızılı almaq lazımdır? Ekspert izah etdi
İran və ABŞ arasında yenidən artan gərginlik qlobal bazarlarda narahatlığı artırıb. Belə dövrlərdə investorların ənənəvi olaraq "təhlükəsiz liman" hesab edilən qızıla üz tutduğu bildirilir.
Bəs hazırkı vəziyyət qızılın qiymətinə ciddi təsir göstərə bilərmi? İnvestisiya məqsədilə qızıl almaq istəyənlər yeni, yoxsa ikinci əl qızıla üstünlük verməlidirlər?
Mövzu ilə bağlı KONKRET.az-a danışan iqtisadçı Razi Abbasbəyli bildirib ki, Azərbaycanda vəsaitini dəyərləndirmək istəyən şəxslərin seçim imkanları məhduddur:
"Azərbaycanda investisiya etmək istəyənlər ya pullarını banka yerləşdirərək faiz gəliri əldə edə, ya da qızıl ala bilərlər. Qızıl alınarkən üzərində brilyant, almaz, firuzə və digər qiymətli daşlar olmamasına diqqət edilməlidir. İnvestisiya məqsədilə ən uyğun seçim sadə, 585 əyarlı qızıldır. İkinci əl qızıl almaq da mümkündür."
İqtisadçının sözlərinə görə, qızılın yaxın dövrdə ucuzlaşacağı gözlənilmir. Bununla yanaşı, qısa müddətdə ciddi qiymət artımı da proqnozlaşdırılmır.
R.Abbasbəyli hesab edir ki, İran-ABŞ münasibətlərində yaşanan gərginlik qızıl bazarına həlledici təsir göstərmir:
"Təcrübəmə əsaslanaraq deyə bilərəm ki, ABŞ ilə İran arasında gərginliyin qızıl bazarına ciddi təsiri yoxdur. Qızıl almaq istəyənlər bunu artıq ediblər və saxlayırlar. İndi elə bir vəziyyət yaranmayacaq ki, hamı kütləvi şəkildə qızıla keçsin."
İqtisadçı əlavə edib ki, son aylarda qızılın qiymətində müşahidə olunan artım daha çox psixoloji amillərlə bağlıdır:
"Qızılın qiymətindəki dəyişikliklər əsasən 7-8 ay əvvəl baş verdi və bu, daha çox psixoloji xarakter daşıyırdı. Dünyanın əksər ölkələri artıq qızıl ehtiyatlarını formalaşdırıblar. Hazırda nə London, nə də Nyu-York birjalarında qızılın qiymətində kəskin bahalaşma və ya ucuzlaşmanı şərtləndirəcək real gözləntilər görünmür."
Razi Abbasbəyli, həmçinin, İran-ABŞ münasibətlərinə dair şəxsi qiymətləndirməsini də bölüşərək bildirib ki, tərəflər arasında baş verən proseslərin arxasında iqtisadi maraqlar dayanır. Onun fikrincə, bu cür gərginliklər qlobal enerji bazarında qısamüddətli qiymət dəyişikliklərinə səbəb olsa da, uzunmüddətli hərbi qarşıdurma ehtimalı yüksək deyil.
Müşviq Tofiqoğu
KONKRET.az
Turlar.az [newsid: 0-123300]

Azərbaycanda meymunçiçəyinə yoluxma var? – Rəsmi
Bakıda dəhşətli hadisə:Yeniyetmə ürəyindən VURULDU
Naxçıvanda zəncirvari qəza - Azyaşlı öldü, xəsarət alanlar var
İmran Əliyevə 12 il iş istənildi
Vüsalın qətlini gözləri ilə görüb - "Bıçağı üstünə sürtərək yanımdan keçdi..."
Yaponiyanın böyük imperiya arzusu: Qərbi təqlid etdi, Asiyaya hökmranlıq etdi
Türkiyə ilə viza rejimi tətbiq edilir? - SƏBƏBLƏR
Türk millətçiliyini zəhərləməyə çalışanlar... - Baxçalı
Kapital Bank enerji effektivliyi üzrə layihəni maliyyələşdirdi: günəş panelləri qurulur
Leyla Əliyeva Arkadağ şəhərində Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub
Bakcell-in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb
Aşqabadda Türkmənistan Dövlət Simfonik Orkestrinin konserti olub
Azərbaycanla Ukrayna müxtəlif sahələrdə əməkdaşlığı müzakirə edib
Leyla Əliyeva Arkadağ şəhərində əfsanəvi 'Galkynyş' milli atüstü oyunlar qrupunun çıxışını izləyib
Azərbaycanda balıq bahalaşdı - Qiymətlər