İordaniyalı futbolçu "Qəbələ"nin düşərgəsini tərk etdi
Mövsümün ikinci yarısına Türkiyənin Antalya bölgəsində hazırlaşan "Qəbələ"nin futbolçusu Omar Hani İordaniya millisinə çağırılıb.
KONKRET.az xəbər verir ki, 23 yaşlı yarımmüdafiəçi yığmanın toplanışına qatılmaq üçün Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərinə yollanıb.
İordaniya klublarında çıxış edən futbolçular yanvarın 21-dən toplanışda olsalar da, legioner həyatı yaşayan oyunçular komandaya sonradan qoşulub.
Asiya Kubokunun fevralda baş tutacaq seçmə oyunlarına hazırlıq xarakteri daşıyan toplanış yanvarın 28-dəki yoldaşlıq görüşü ilə yekunlaşacaq. İordaniya millisi həmin gün Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu-Dabidə Yeni Zelandiya ilə üz-üzə gələcək.
Bu matçdan sonra geri qayıdacaq Hani yanvarın 29-da "Qəbələ"nin düşərgəsinə qatılacaq.

Hikmət Hacıyevdən Turala diplomatiya və media dərsi - Hacıbəy Heydərli yazır
Salyandakı qəzada ölənlərin FOTOLARI
"Bu səfərlərin çox böyük siyasi mənası var
Rusiyanın Zaporojye AES-lə bağlı planları belə pozuldu
ABŞ İrana qarşı zərbə dalğasının başa çatdığını açıqladı
Gürcüstanda 3,3 maqnitudalı zəlzələ oldu
Bir və "UnionPay" tərəfdaşlığı ilə Azərbaycanda beynəlxalq ödəniş imkanları genişlənir
Bakıda oteldən 10 min manatlıq oğurluq edən şəxs saxlanıldı
"Euronews" İlham Əliyevin Almaniyaya səfərindən yazdı
Neft bahalaşacaq
ÇL: "Sabah" "KuPS"a qarşı
Keçmiş müdafiə naziri Fedorovun prezidentlik iddiaları - ŞOK DETALLAR bilindi
Trampdan İrandan olan hücumla bağlı sərt açıqlama
Nigar Fərhad haradadır?