"İqlim Diplomatiyası: COP29 Mirası" adlı növbəti tədbir İstanbulda "Camlı Köşk"də baş tutdu

"İqlim Diplomatiyası: COP29 Mirası" adlı növbəti beynəlxalq tədbir Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə, "Gənclərin Töhfəsi" İctimai Birliyinin təşkilatçılığı, Türkiyə Yeşilay Cəmiyyəti, Uluslararası Yeşilay Federasiyasının tərəfdaşlığı ilə İstanbulun "Camlı Köşk" məkanında həyata keçirildi.
Tədbirdə COP29-un yaratdığı beynəlxalq əməkdaşlıq imkanları, iqlim dəyişikliyinin qlobal təsirləri, qida təhlükəsizliyi və vətəndaş cəmiyyətinin bu prosesdə rolu geniş müzakirə olundu. Açılış və panel çıxışlarında Azərbaycan və Türkiyənin rəsmi şəxsləri, beynəlxalq təşkilat rəhbərləri və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak etdilər.
Açılış nitqi ilə çıxış edən "Gənclərin Töhfəsi" İctimai Birliyinin sədri Asim Vəliyev vurğuladı ki, "COP29-un mirası bizə göstərir ki, iqlim dəyişikliyi ilə mübarizə yalnız hökumətlərin deyil, vətəndaş cəmiyyətinin də üzərinə məsuliyyət qoyur. Gənclər olaraq bu mübarizədə ön sırada olmağa hazırıq."
Ardınca Türkiyə Yeşilay Cəmiyyəti sədr müavini, Uluslararası Yeşilay Federasiyası baş katibi Dr. Mehmet Güllüoğlu bildirdi ki, "İqlim dəyişikliyi ekoloji məsələ olmaqla yanaşı, sosial məsuliyyətdir. STK-ların əməkdaşlığı və beynəlxalq həmrəylik bu mübarizənin uğuru üçün vacibdir."
Azərbaycanın İstanbuldakı konsulu Kənan Abbasov qeyd etdi ki, "COP29 Azərbaycanın qlobal iqlim gündəmində rolunu gücləndirdi. Bu tədbir ölkələrimiz arasındakı dostluq və yaşıl əməkdaşlığı daha da möhkəmləndirir."
Qida Təhlükəsizliyi Hərəkatının sədri və layihə rəhbəri Məhsəti Hüseynova çıxışında vurğuladı ki, "İqlim dəyişikliyi birbaşa kənd təsərrüfatı və qida təhlükəsizliyinə də təsir göstərir. Maarifləndirmə və məsuliyyətli davranış hər birimizin üzərinə düşən vəzifədir."
Türkiyə Yeşilay Cəmiyyəti Beynəlxalq Əməkdaşlıq müdiri Sedef Erçetin qeyd etdi ki, "İqlim dəyişikliyi yalnız təbiətə deyil, insanların gündəlik həyatına da təsir edir. Sağlam və davamlı gələcək üçün birlikdə addımlamalıyıq."
Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının sədr müavini Pərviz Məmmədzadə çıxışında bildirdi ki, "Bu tədbirlər Azərbaycan və Türkiyə arasında vətəndaş cəmiyyəti əməkdaşlığını gücləndirir. Birgə fəaliyyətimiz gələcək nəsillər üçün dəyərli miras olacaq."
"BulTürk" Derneği rəhbəri Rafet Ulutürk vurğuladı ki, "İqlim diplomatiyasında uğur yalnız beynəlxalq əməkdaşlıqla mümkündür. STK-ların birliyi bu yolda əvəzsiz rol oynayır."
Gənclərin Töhfəsi İctimai Birliyinin idarə heyətinin üzvü, ekoloq Mirsirac Siraclı çıxış edərək bildirdi ki, "Gənclər iqlim diplomatiyasının əsas hərəkətverici gücüdür. COP29-un mirası bizə göstərir ki, ekoloji təşəbbüslərdə gənclərin iştirakı davamlı gələcək üçün vacibdir."
Tədbirdə COP29-a həsr olunmuş layihə çərçivəsində hazırlanmış video-süjet iştirakçılara təqdim olundu. Tədbirin sonunda bütün rəsmi qonaqlara təşəkkür plaketləri təqdim edildi. Həmçinin iştirakçılar üçün mövzuya dair maarifləndirici yarış təşkil olundu və qaliblər simvolik hədiyyələrlə təltif olundu.
Bu beynəlxalq platforma COP29-un mirasını davam etdirmək, region ölkələrinin gənclərini və vətəndaş cəmiyyətini iqlim mübarizəsində bir araya gətirmək baxımından mühüm əhəmiyyət kəsb etdi.
/ azxeber.com

Sosial       Tarix: 12 avqust 2025
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Ülvi Cəfərova ağır itki - Foto

Əməkdar incəsənət xadimi, professor Əliqismət Lalayev və "Şeron" qrupunun bədii rəhbəri, tanınmış müğənni, aktyor və prodüser Ülvi Cəfərova ağır itki üz verib. Əliqismət Lalayevin bacısı, Ülvi Cəfərovun isə anas

Bazarlarda mövsümi meyvələr bahalaşıb? - SON QİYMƏTLƏR

Yay fəslinin son günlərini yaşayırıq. Qarpız-yemiş mövsümünün də axır günləri olsa da, digər mövsümi meyvələr bazarlara çıxır. Xəzər TV-yə istinadla xəbər verir ki, bazarda mövsümü yeni başlayan meyvələrdən biri olan üzümü

Şimali Kiprdə batan gəmi ilə bağlı 3 Azərbaycan vətəndaşı saxlanılıb

Şimali Kiprin Girne sahillərində 8 nəfərin ölümü ilə nəticələnən gəmi qəzası ilə bağlı başladılan istintaq çərçivəsində saxlanılanlar arasında üç Azərbaycan vətəndaşı da var. "Report"a istinadən xəbər verir ki

Bakıda qardaş kürəyindən bıçaqlandı - Bacı şübhəli bilinir

Bakının Suraxanı rayonunda qardaşla bacı arasında bıçaqlanma hadisəsi baş verib. 1990-cı il təvəllüdlü Qurbanov Rəfael Səfərəli oğlu bacısı Qurbanova Sura Səfəralı qızını bıçaqlayıb. Daha sonra S.Qurbanova da qardaşını kürəyində

Qeyri-qida malları ilə bağlı YENİ QAYDA 

Azərbaycana idxal edilən qeyri-qida istehlak mallarının təhlükəsizlik tələblərinə uyğunluğuna nəzarət gücləndirilib. Trend-ə istinadla xəbər verir ki, bununla bağlı dəyişikliklərin əks oldunduğu, iyulun 13-də qəbul edilə

Azərbaycan neftinin qiyməti 4,46% bahalaşdı

Azərbaycan neftinin qiyməti 102 dollara yaxınlaşıb. xəbər verir ki, dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin qiyməti yüksəlib. Azərbaycan neftinin bir barelinin qiyməti 4,35 ABŞ dolları və ya 4,4

Mehman Hacıyev dünyasını dəyişdi

Gəncə futbolunda ağır itki baş verib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, veteran oyunçu Mehman Hacıyev 52 yaşında dünyasını dəyişib. "Kəpəz" klubunun yetirməsi olan futbolçu komandının heyyətind

iPhone-18-in Azərbaycandakı satış qiyməti bəlli oldu

Apl şirkətinin yeni nəsil iPhone-18 modellərinin Azərbaycanda satışa çıxarılacağı qiymətlər bəlli olub. -a istinadən xəbər verir ki, iPhone-18 Pro Max modelinin qiyməti belə olacaq:. 256 GB – 6 499 AZN. 512 GB – 6 99 AZN

Qızıl almaq istəyənlərin nəzərinə

Sentyabrın 7-də Azərbaycanda qızılın qiyməti açıqlanıb. xəbər verir ki, 1 qram 99 əyarlı qızıl 244,52 manat, 750 əyarlı İtalyan qızılı 183,58 manat, 585 əyarlı Türk qızılı 143,19 manat, 582 əyarlı Rus qızılı isə 142,45 manatdır


son xeberler azerbaycan xeberleri yeni xeberler cebheden xeberler kriminal xeber xeber