"İran Azərbaycan dövləti üçün təhlükəyə çevrilib" - MÜSAHİBƏ

İsrailin Təl-Əviv Universitetinin professoru, israilli politoloq Hay Eytan Cohen Yanarocak Azərbaycanın İrandakı səfirliyinə hücumun detalları və İsrailin mövqeyi ilə bağlı KONKRET.az-a müsahibə verib.
– Eytan bəy, Azərbaycanın İrandakı səfirliyinə hücum nədən xəbər verir?
– İkinci Qarabağ müharibəsindən sonra Ermənistan artıq Azərbaycanın milli təhlükəsizliyinə təhdid olmaqdan çıxdı. Azərbaycan Ermənistana qarşı çox böyük üstünlük eldə etdi. Bu üstünlükdən isə şübhəsiz ki, ən çox İran narahatdır. Bu səbəbdən də İran açıq bir şəkildə Ermənistana dəstək verir. İranın bu istiqamətdə Ermənistana açıq dəstəyi də, əlbəttə ki, Azərbaycanla İsraili daha da yaxınlaşdırır. Ötən günlərdə Azərbaycanın İsraildə səfirlik açması da bu mühüm siyasi manevrin ən böyük göstəricisidir. Azərbaycanın İrandakı səfirliyinə edilən hücum rəsmi Bakının iradəsinə və suverenliyinə qarşı düşmənlik mövqeyidir. İran bu hücumla Azərbaycanın İsraillə yaxınlaşmaması üçün bu şəkildə mesaj verir. Halbuki Azərbaycan suveren bir dövlət olaraq rəsmi Tehranın bu həmləsinə sinə gərəcək gücə malikdir.
– İranın hadisəyə obyektiv yanaşmaması özünün də bu hücumda maraqlı olduğundan xəbər verirmi?
– Azərbaycanın Tehrandakı səfirliyinin təhlükəsizlik kameralarındakı görüntülərə baxanda görürük ki, səfirliyi mühafizə etməkdə vəzifəli olan İran polisi hücum edən şəxsin qarşısını almaq üçün heç bir tədbir görmür. Hücum baş verən zaman həmin polis öz kabinetindən çölə belə çıxmır və azərbaycanlı mühafizəçinin səfirliyin içində terrorçunu təkbaşına zərərsizləşdirməsinə dəqiqələrlə göz yumur. İran təhülkəsizlik orqanlarının əməkdaşlarının hadisə yerinə bir müddət sonra gəlməsi də belə bir təəssürat yaradır ki, İran bu hücum zamanı baş verən hər şeydən xəbərdardır və buna məhəl qoymayıb. Məncə, İran bu hadisədə günahsız deyil. Çünki hər bir dövlət öz ərazisindəki səfirliklərin və səfirlik işçilərinin təhlükəsizliyinə cavabdehdir.
– İran daxili gərginliyi xaricə yönəltmək üçün Azərbaycanı xarici düşmən seçib, qəsdən gərginliyi artıra bilər?
– Azərbaycan İranı qorxudan bütün mühüm dövlətlərlə müttəfiqdir. Amerika, İsrail və təbii ki, Türkiyə. Bu ölkələr Azərbaycanın güclü olmasını istəyir. Bu ittifaq İranın regionda təsirini azaltmaq, eyni zamanda ümumi maraqlar baxımından vacibdir. İranın Şimal-Qərbində yaşayan azərbaycanlıların sayını nəzərə alsaq, Tehran üçün Azərbaycan hər keçən gün güclənən və böyüyən potensial bir təhdid halına gəlib. Ona görə də Azərbaycanla yaşanan hər bir çəkişmə İrandakı molla rejiminin xarici düşmən obrazı yaradaraq bölünmüş, qütbləşmiş İran xalqını bir bayraq altında toplamaq cəhdindən başqa bir şey deyil.
– Rəsmi Tehranın bununla həm də terror dövləti olduğunu deyə bilərik?
– İran bu gün dünyada terroru himayə edən ən böyük dövlətdir. Söhbət Livan, İraq, Suriya və Yəməndə dünya sülhü üçün təhlükə yaradan hər cür terror birləşmələrini qidalandıran bir rejimdən gedir. Bu rejim öz sərhədləri ilə yanaşı, öz xalqına da düşməndir. Qadın hüquqlarını tapdalayan, öz hava məkanında mülki təyyarəni vuraraq yüzlərlə insanın ölümünə səbəb olan, öz xalqına zülm edən, onları nümunə üçün küçələrdə edam edən əliqanlı bir rejimdir İrandakı molla rejimi. Çünki söhbət keçmişdə səfirliklərə basqın etməklə, diplomatları əsir almaqla məşhur olan ölkədən gedir. Bütün bunları nəzərə alsaq, belə bir rejimdən normal bir dövlət kimi davranmasını gözləmək olmaz. İran xalqı bu gün terrorçu molla rejiminin əsiridir. Ümid edirəm ki, İran xalqı bir gün düşdüyü bu terror əsarətindən xilas olub, layiq olduğu yerdə qərarlaşacaq.
– İsrail Azərbaycanla antiterror təcrübələrini bölüşə bilər?
– Təbii ki, İsrail bununla bağlı hər hansı bir addım bilər. Məsələn, Tehrandakı səfirliyə basqın zamanı Azərbaycanın silahlı mühafizəçilərinin qapıda keşik çəkməməsi məni inanılmaz dərəcədə təəccübləndirdi. İsrail öz səfirliklərinin mühafizəsini həm həmin ölkənin mühafizəçilərinə, həm də özünün həmin ölkədəki mühafizəçilərinə əmanət edir. Tehranda baş verən bu hadisə, hətta ötən il Azərbaycanın Londondakı səfirliyinə hücum zamanı etirazçıların az qala səfirlik binasına daxil olmaq təhlükəsi Azərbaycanın da İsrail kimi öz səfirliklərini müdafiə etməsini zəruri edir.
Mərahim Nəsib,
KONKRET.az

Siyasi       Tarix: 29 yanvar 2023
f Paylaş

Oxşar xəbərlər

Trampın planları alt-üst ola bilər – Seçkilərdən sonra nə dəyişəcək?

"Donald Trampın partiyasının aralıq seçkilərdə məğlub olması ABŞ-nin İrana qarşı siyasətində siyasi parçalanmanı dərinləşdirə və qərar qəbuletmə imkanlarını zəiflədə bilər. Bununla belə, bu, Vaşinqtonun İran siyasətind

İlham Əliyev və Mehriban Əliyeva Zəngilanda

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Cəbrayıl rayonunun Soltanlı kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər. xəbər verir ki, Cəbrayıl, Qubadlı v

DİN: 6 ildir Zəfərin Qüruru ilə yaşayırıq

Daxili İşlər Nazirliyi Zəfər Günü ilə bağlı təbrik paylaşıb. -un verdiyi xəbərə əsasən, təbrikdə deyilir:. "6 il əvvəl işğaldan azad olunmuş torpaqlarda tarixin ən şərəfli səhifəsi yazıldı. 44 günlük Zəfər yürüşünd

Merz Trampla Ukraynadakı müharibəni müzakirə etdi

Almaniya kansleri Fridrix Merz ABŞ Prezidenti Donald Trampla telefon danışığı aparıb. KONKRET.azaxaraz-a istinadən xəbər verir ki, bu barədə "N-tv" məlumat yayıb. Məlumata görə, hər iki tərəf Ukraynaya qarşı müharibəni

Xamenei ABŞ-la bağlı bu göstərişi verdi - Pezeşkian

Biz İran xalqına xidmət etməyə borcluyuq. Ali dini rəhbərimiz (Müctəba Xamenei – red) ABŞ-la "nə müharibə, nə də sülh" vəziyyətinə son qoyulması ilə bağlı göstəriş verib. xəbər verir ki, bunu İran Prezidenti Məsu

Səfir: Qazaxıstan və Azərbaycan transxəzər infrastrukturunun inkişafını davam etdirəcək

Azərbaycan və Qazaxıstan arasında əməkdaşlığın inkişafı məsələləri Qazaxıstanın Bakıdakı səfirliyində keçirilən dəyirmi masada müzakirə edilib. səfirliyin məlumatına istinadən xəbər verir ki, tədbirdə diplomatlar, Azərbayca

XİN: 8 Noyabr xalqın milli birliyinin, sarsılmaz iradəsinin, əzminin və Vətənə bağlılığının rəmzidir

8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixinin ən şanlı səhifələrindən birini təşkil edir. Bu əlamətdar gün 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Qələbənin, xalqımızın mill

Avropada həyəcan təbili: Trampın Rusiya ilə "böyük sövdələşməsi" nəyi dəyişəcək?

Avropa ölkələri ABŞ prezidenti Donald Trampın Rusiya ilə yalnız Ukraynadakı müharibənin dayandırılmasını deyil, bütövlükdə Avropanın təhlükəsizlik sisteminin yenidən qurulmasını nəzərdə tutan "Böyük sövdələşmə"

Azərbaycan mədəniyyət ictimaiyyəti Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Azərbaycan mədəniyyət ictimaiyyəti Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib. xəbər verir ki, təbrikdə deyilir:. "Möhtərəm cənab Prezident, 8 noyabr - Zəfər Günü Azərbaycan torpaqlarının işğaldan aza


yeni xeberler azerbaycan xeberleri son xeberler son xəbərlər bugün 2026 cəbhədən yeni xəbərlər şou biznes xəbərləri en yeni xeberler