İran heyvanlar üçün kartofu Azərbaycana göndərir?

İran heyvanlar üçün kartofu Azərbaycana göndərir?2023-cü ilin yanvar-noyabr aylarında Azərbaycanda 49 min 476 hektar sahədə kartof əkilib, 995 min 916 ton kartof tədarük olunub. Bu göstərici 2022-ci ilin eyni dövrü ilə həm əkin sahəsində, həm də məhsul yığımında azalma deməkdir.
KONKRET.sz xəbər verir ki, bunu iqtisadçı Razi Abasbəyli deyib.
İqtisadçı bildirib ki, Azərbaycanın kartofa olan illik daxili tələbatı 1 milyon tona yaxındır:
"Məntiqlə yerli tədarük hesabına daxili bazarın tələbatını tam ödəmək olar. Lakin məhsulun bioloji olaraq saxlanması çətindir və saxlanma soyuducuları da yetərli sayda deyil. Ona görə də ölkəmizdə tədarük edilən kartof əsasən xaricə ixrac edilir. 2023-cü ildə Azərbaycandan təxminən 625 min 75 ton kartof (38,42% artım) ixrac edilib. Yəni ölkə daxilində tədarük edilən kartofun 62 faizi Rusiya bazarları başda olmaqla xaricə satılıb.
Yenə də 2023-cü ilin statistikasına görə, həmin il xaricdən Azərbaycana 226 min 906 ton kartof idxal edilib.
Rəqəmlərdə uyğunsuzluq var. Ya daxildə tədarük edilən kartofun həcmi reallığı ifadə etmir, ya da ixrac və idxal edilən kartofla bağlı statistika".
Ekspert İrandan gətirilən 47 tondan çox kartofun yararsız çıxmasına da münasibət bildirib və bunun ciddi rəqəm olmasına diqqət çəkib:
"47 min ton kifayət qədər ciddi bir rəqəmdir. Yəni həqiqətən son günlər yol kənarlarında kisə ilə kiloqramı 40 qəpiyə təklif edilən kartoflar qida üçün yararsızdır? Bu haqda bir fikrim yoxdur. Lakin rəsmi açıqlamada deyilir ki, İrandan gətirilən 47 min tondan çox kartofda "kartof gövdə nematodu" aşkarlanıb.
Deməli, Azərbaycanın kartof idxalatında əsas yerlərdən birini tutan İrandan ölkəmizə mətbəxdə istifadəyə yararsız kartofların külli miqdarda daxil olması hər zaman mümkündür.
Onu da qeyd edim ki, İran dünyada nişasta istehsal edən əsas ölkələrdən biridir. Eyni zamanda heyvan yemlərinin hazırlanması üçün də böyük ərazilərdə kartof əkilir.
İqtisadi sanksiyalar səbəbindən İran adətən sənayedə istifadə edilən nişastanı dünya bazarlarına çıxara bilmir. Bu zaman xarici bazarlara texniki məqsədlər üçün yetişdirilən kartof ixracatı artır. Azərbaycan da İrandan kartof ixrac edən əsas ölkələrdən biridir". / konkret.az

Sosial       Tarix: 11 fevral 2025
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Gələn il pensiyalar belə artırılacaq 

"Gələn ilin pensiya artımları 2026-cı ildə orta aylıq əməkhaqqının artım faizinə uyğun olaraq müəyyənləşəcək. Yəni, bu il nə qədər orta aylıq əməkhaqqı artımı baş verəcəksə, o qədər də pensiyalarda artımları müşahid

Dəm qazı can aldı

Gəncə şəhərində iki nəfər dəm qazından boğulub. Hadisə noyabrın 11-də qeydə alınıb. 1972-ci il təvəllüdlü İsgəndər Hacıyev və dostu 1987-ci il təvəllüdlü Tural Məmmədov kirayədə yaşadıqları H.Əliyev prospektində yerləşə

Nigar Kərimova direktor təyin olundu

Nigar Kərimova Genetik Ehtiyatlar İnstitutuna icraçı direktor təyin olunub. Bu barədə elm və təhsil naziri Emin Əmrullayev müvafiq əmr imzalayıb. Qeyd edilib ki, digər əmrlə ona institutun baş direktoru vəzifəsinin səlahiyyətlərin

7 uşaq atası söyüşə görə CƏRİMƏLƏNDİ

Qobustanda ictimai məkanda nalayiq ifadələr işlədən şəxs məsuliyyətə cəlb olunub. Hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb. 45 yaşlı Malik Süleymanov (şərti adla) telefonla danışarkən uca səslə nalayiq ifadələ

Bakı-Astara magistralında qəza: Avtomobil piyadanı vurdu

Bakı-Astara magistral yolunda avtomobil piyadanı vurub. Hadisə magistral yolun Biləsuvar rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, minik maşını 1990-cı il təvəllüdlü Aynur Zəbiyevanı vurub. Zərərçəkən ağı

Deputatdan "Şərurlu İsfəndiyar"ın tələbələrlə görüşünə İRAD: "Uğurları onu nümunə etmir

"Şərurlu İsfəndiyar" kimi tanınan tikinti maqnatı, "Şərur" MTK-nın rəhbəri İsfəndiyar Axundovun Azərbaycan Memarlıq və İnşaat Universitetinin tələbələri ilə görüşməsi ictimaiyyət tərəfindən müxtəlif reaksiyalarl

Gəncədə evdə iki nəfərin meyiti aşkarlanıb

Gəncədə evdə iki nəfərin meyiti aşkarlanıb. "Report"-a istinadən xəbər verir ki, hadisə şəhərin Dəmir Yolu Vağzalı yaxınlığında olan binalardan birində qeydə alınıb. Meyitlər Məhkəmə Tibbi Ekspertiza və Patoloj

Mercedes-Benz Almaniyadakı zavodlarına investisiyaları dayandırır – Müəssisələrin bağlanması gündəmdədir

Almaniyanın avtomobil sənayesi dərin böhranla üzləşib. Ştutqartda yerləşən avtomobil istehsalçısı Mercedes-Benz ölkədəki zavodlarına bütün yeni investisiyaları müvəqqəti dayandırmaq qərarına gəlib. xəbər verir ki, şirkə

Öz xəyallarında yaratdıqları Atatürk obrazı ilə... - Ərdoğan

Mustafa Kamal Atatürkün mirasından sui-istifadə edənlər onilliklər ərzində bu millətə yuxarıdan aşağı baxdılar. Qazinin fikirlərini öz siyasi məqsədlərinə uyğunlaşdırmaq üçün təhrif edərək, bu millətə ən böyük ziyanı vurdular


yeni xeberler son xeberler azerbaycan xeberleri havanın temperaturu cəbhədən görüntüleri hava haqqinda kriminal xeber