İran millisi dünya çempionatından kənarlaşdırılsın - FİFA-ya MÜRACİƏT
Qadınların hüquqlarını müdafiə edən "Open Stadiums" təşkilatı İran millisinin 2022-ci il dünya çempionatında iştirakının qarşısının alınması tələbi ilə Beynəlxalq Futbol Federasiyasına (FİFA) müraciət edib.
KONKRET.az xəbər verir ki, təşkilatın nümayəndələri FİFA rəhbəri Canni İnfantinoya məktub yazaraq , orada İran hakimiyyətinin futbola baxmaq istəyən qadınlara münasibətindən şikayətləniblər.
"İran Futbol Federasiyası təkcə rejimin cinayətlərində ortaq deyil. Bu, İranda və komandamızın oynadığı dünyanın hər yerində qadın azarkeşlərin təhlükəsizliyinə birbaşa təhdiddir. Futbol hamımız üçün təhlükəsiz məkan olmalıdır. Buna görə də biz FİFA-dan öz nizamnaməsinin 3-cü və 4-cü maddələri əsasında İranı dərhal Qətərdə keçiriləcək 2022-ci il dünya çempionatından kənarlaşdırmasını xahiş edirik", – hüquq müdafiəçiləri məktubda bildiriblər.
Qeyd edək ki, Qətərdəki dünya çempionatı 2022-ci il noyabrın 20-dən dekabrın 18-dək keçiriləcək. İran millisi İngiltərə , ABŞ və Uels ilə qrupda mübarizə aparacaq. İyulun 15-də İdman Arbitraj Məhkəməsi (CAS) Rusiya Futbol İttifaqının (RFU) və Rusiya klublarının beynəlxalq turnirlərdən kənarlaşdırılması ilə bağlı müraciətlərini rədd edib.
Kurslar.az kurslar [newsid: 0-123300]

Azərbaycanla Hindistan arasında fikir müxtəlifliyi var idi
Cəlilabadda açıq sahədə baş vermiş yanğın söndürülüb
Zaqatalaya güclü leysan və dolu yağıb
Gəncədə 5 aylıq uşaq xəstəxanada öldü
Buraxılış və qəbul imtahanları fənlərinin proqramları təsdiqləndi
Biləcəridə yeni 2 otaqlı st. mənzillər satışda – 50,16 kv.m-dən başlayan təkliflər
MHP sədri: Azərbaycan-Türkiyə münasibətləri bərabərhüquqlu tərəfdaşlıq əsasında inkişaf edəcək
Moldova XİN azərbaycanlıların olduğu gəmiyə endirilən zərbəni pisləyib
Azərbaycan və Pakistan arasında ədliyyə sahəsində əməkdaşlıq müzakirə olunub
Hindistanın xarici işlər naziri Atəşgah məbədini ziyarət edib
Qeyri-neft-qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib
Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasına sədrlik Azərbaycana həvalə olunub
Azərbaycanda turistlər ən çox bu bölgələrə üz tuturlar
Qazancına görə bütün futbolçuları geridə qoydu
"Bavariya" Vensan Kompaninin səhhəti ilə bağlı açıqlama verdi