İran rialının ucuzlaşması Azərbaycana necə təsir edəcək? – Manat üçün təhlükə varmı?

İran rialının ucuzlaşması Azərbaycana necə təsir edəcək? – Manat üçün təhlükə varmı?İranda milli valyutanın – rialın ABŞ dolları qarşısında kəskin ucuzlaşması regionun iqtisadi gündəmində əsas mövzulardan birinə çevrilib. Valyuta böhranının dərinləşməsi təkcə İran iqtisadiyyatına deyil, qonşu ölkələrlə ticarət əlaqələrinə də təsir göstərir. Bu proses fonunda Azərbaycanın İranla ticarət dövriyyəsi, sərhədyanı bölgələrdə qiymətlərin dəyişməsi və manatın məzənnəsinə mümkün təsirlər barədə suallar yaranır.
Bəs rialın dəyər itirməsi Azərbaycan iqtisadiyyatı üçün real təhlükə yaradırmı?
Mövzu ilə bağlı KONKRET.az-a danışan iqtisadçı Razi Abbasbəyli bildirib ki, rialın kəskin ucuzlaşması Azərbaycan üçün həm müəyyən imkanlar, həm də dolayı risklər yaradır.
İran rialının ucuzlaşması Azərbaycana necə təsir edəcək? – Manat üçün təhlükə varmı?İqtisadçının sözlərinə görə, rialın dəyərdən düşməsinin Azərbaycan manatına birbaşa və ciddi mənfi təsir göstərməsi gözlənilmir.
"Rialın dəyər itirməsi İran mallarının Azərbaycan üçün daha ucuzlaşmasına səbəb olur. Bu baxımdan İran mənşəli ərzaq məhsulları, tikinti materialları, məişət malları və digər məhsulların Azərbaycana idxalı arta bilər. Keçmiş dövrlərə nəzər salsaq, görərik ki, rialın dəyər itirdiyi mərhələlərdə də İrandan Azərbaycana idxalın genişlənməsi üçün müəyyən imkanlar yaranıb", – deyə iqtisadçı vurğulayıb.
Lakin prosesin Azərbaycanın İrana ixracına əks istiqamətdə təsir göstərə biləcəyi bildirilir.
"İranın həm idxalçı şirkətlərinin, həm də əhalisinin alıcılıq qabiliyyətinin azalması Azərbaycan məhsullarına və ümumilikdə İranın idxal etdiyi mallara tələbi zəiflədə bilər. Belə olan halda iki ölkə arasındakı ticarət dövriyyəsində müəyyən dəyişikliklərin baş verməsi mümkündür. 2026-cı ilin ilk yarısında Azərbaycanla İran arasında ticarət dövriyyəsinin həcmi 312 milyon dollara çatıb. Rialın daha da dəyər itirməsi halında Azərbaycana idxal arta, ixrac isə müəyyən qədər azala bilər", – Razi Abbasbəyli qeyd edib.
İqtisadçının sözlərinə görə, İran rialının ucuzlaşmasının Azərbaycan manatına təsiri ilə bağlı ciddi narahatlıq üçün əsas yoxdur. Bunun başlıca səbəbləri manatın ABŞ dollarına bağlı məzənnə rejimi və ölkənin yüksək strateji valyuta ehtiyatlarıdır.
"Manatın məzənnəsi ABŞ dollarına sabitləşdirilmiş rejim əsasında formalaşır. Eyni zamanda Mərkəzi Bankın və Dövlət Neft Fondunun valyuta ehtiyatları kifayət qədər yüksək səviyyədədir. Hazırda Azərbaycanın strateji valyuta ehtiyatları 86 milyard dollardan çoxdur. Bu ehtiyatların mövcudluğu rialın ucuzlaşması fonunda manatın dəyər itirməsi və devalvasiya ilə bağlı narahatlıqları əhəmiyyətli dərəcədə azaldır", – deyə ekspert bildirib.
Bununla belə, Razi Abbasbəyli hesab edir ki, əsas risk birbaşa valyuta bazarında deyil, regional iqtisadi sabitlikdə özünü göstərə bilər.
"Dolayı risklər var. Əsas təhlükə regional iqtisadi sabitliklə bağlıdır. İranda inflyasiyanın yüksək olması, valyuta böhranının dərinləşməsi və rialın son illərin ən ciddi dəyər itkisi ilə üzləşməsi logistika və tranzit xətlərində gecikmələrə, müəyyən ləngimələrə və bəzi marşrutların fəaliyyətində problemlərə səbəb ola bilər", – deyə iqtisadçı əlavə edib.
Beləliklə, İran rialının ucuzlaşması yaxın perspektivdə Azərbaycan manatının məzənnəsi üçün birbaşa təhlükə yaratmasa da, iki ölkə arasındakı ticarət əlaqələrinə və regional iqtisadi proseslərə təsir göstərə bilər. İrandan Azərbaycana idxalın artması ehtimalı fonunda Azərbaycan məhsullarının İran bazarındakı rəqabət imkanlarının zəifləməsi, həmçinin sərhədyanı ticarət və logistika xətlərində mümkün dəyişikliklər diqqətdə saxlanılmalı əsas məsələlərdəndir.
Aynurə İsmayıl
KONKRET.az

Sosial       Tarix: 24 avqust 2026
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Bu həftə bürcləri nələr gözləyir? - Sevgi, pul…

19–25 oktyabr tarixlərini əhatə edən yeni həftə bürclər üçün fərqli hadisələrlə yadda qala bilər. Astroloji yozumlara görə, bəzi bürcləri sevgi həyatında xoş sürprizlər, digərlərini isə iş və maliyyə sahəsində mühüm qərarla

DİQQƏT: Bankdan kredit ala bilmirsinizsə, səbəb bu ola bilər

Azərbaycanda rəsmi iş yeri və stabil gəliri olan şəxslərin belə banklardan kredit ala bilməməsi vətəndaşlar arasında tez-tez narazılıq doğuran məsələlərdəndir. Bir çox hallarda insanlar maaş kartı ilə işlədiklərini və daim

Bakının bu rayonunda 2 gün su olmayacaq - Xəbərdarlıq

Oktyabrın 19-dan 21-dək Nizami rayonunun bəzi ərazilərində suyun verilməsində fasilə yaranacaq. xəbər verir ki, bu barədə İri Şəhərlərin Su Təchizatı Xidməti məlumat yayıb. Bildirilib ki, fasilə su və tullantı sularının axıdılmas

Banklar köhnə dollarları niyə qəbul etmir? – İqtisadçı səbəbi açıqladı

ABŞ dolları Azərbaycanda ən çox istifadə edilən xarici valyutalardan biridir. Son vaxtlar isə bəzi bankların köhnə seriyadan olan və ya cüzi zədələnmiş dollar əskinaslarını qəbul etməməsi vətəndaşların narazılığına yol açıb

Goranboyda 17 yaşlı oğlanı maşın vurdu

Goranboyda 17 yaşlı yeniyetməni maşın vurub. Hadisə rayon ərazisində baş verib. Belə ki, 2009-cu il təvəllüdlü E. Mehtiyevi "VAZ 2107" markalı maşın vurub. Yeniyetmə yaxınlıqdakı xəstəxanalardan birinə yerləşdirilib

Yeni prokuror tanınmış hakimin oğludur

Xəbər verdiyimiz kimi, Baş prokuror Kamran Əliyevin Əmri ilə Pərviz İbayev Binəqədi rayon prokuroru vəzifəsinə təyin edilib. -un "Unikal"a istinadən məlumatına görə, Pərviz İbayev Məhkəmə-Hüquq Şurasının keçmi

Azərbaycanda balıq bahalaşdı - Qiymətlər

Ölkədə geniş həcmdə yetişdirilən çəki balığının nohurlarda yetişdirildiyi təsərrüfatlardan kütləvi satışına başlanılıb. Bundan əlavə, sentyabr ayından etibarən rəsmi balıq ovu mövsümünün açılması bazarlarda canlanmaya səbə

Azərbaycanda quş əti və yumurta istehsalı artıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın quşçuluq müəssisələrində diri çəkidə 73,6 min ton quş əti və 911 milyon ədəd yumurta istehsal olunub. xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin məlumatında deyilir. 

"Şəkinin memarlığı və mətbəxi turistlərin diqqətini cəlb edir" - Murad Ağabəyli

"Şəkinin memarlığı və mətbəxi turistlərin ən çox maraq göstərdiyi istiqamətlərdəndir". xəbər verir ki, bu sözləri Dövlət Turizm Agentliyinin (DTA) tabeliyində olan Qoruqları İdarəetmə Mərkəzinin İdarə Heyətini


son xeberler azerbaycan xeberleri yeni xeberler cəbhədən görüntüleri en son xəbərlər bugün bu gunun xeberleri haqqinda melumat sonxabar az