İran Rusiya-Türkiyə-Suriya üçtərəfli formatına daxil edildi – Lavrovdan AÇIQLAMA
"İranın Rusiya-Türkiyə-Suriya üçtərəfli formatına daxil edilməsi ilə bağlı prinsipial razılıq əldə olunub".
KONKRET.azxarici mediaya istinadən xəbər verir ki. Bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib. Rusiyanın Türkiyənin Suriya ilə münasibətləri inkişaf etdirmək marağına dəstək verdiyini deyən Lavrov bu mövzuda araşdırmaların aparılacağını vurğulayıb: "Biz Türkiyə prezidentinin (Rəcəb Tayyib Ərdoğanın) Suriya prezidenti (Bəşər Əsəd) ilə münasibətlərin normallaşdırılmasında maraqlı olmasını həqiqətən dəstəkləyirik və sözügedən məsələyə töhfə verməyə hazırıq", – deyə Lavrov bildirib.
Rusiya, Türkiyə və İranın Suriya böhranının həlli ilə məşğul olan "Astana üçlüyü"nün bir hissəsi olduğunu xatırladan Lavrov, Moskva və Tehranın Türkiyəylə münasibətləri normallaşdırması ilə bağlı gələcək təmaslarda istəkli olmasını tamamilə məntiqli hesab edib. O bildirib ki, konkret formatın necə olacağını, bunun hərbi rəsmilər, yoxsa diplomatlar səviyyəsində həyata keçiriləcəyini dəqiq söyləmək çətindir. Ancaq bu istiqamətdə iş aparılır.
Müşviq Tofiqoğlu,
KONKRET.az
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə paylaşım olunub
"Sabah" doğma meydanda xal itirdi
"Zəfər turu": "İmişli" "Sumqayıt"a, "Sabah" "Şamaxı"ya qarşı
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
Tramp Pekinin köməyi ilə iki müharibəni bitirməyə çalışır
"KamAz" dəmir maneələrə çırpıldı - Sürücü öldü
Benzin qiyməti kəskin ucuzlaşdı
Bank of Baku ekoloji təşəbbüsləri dəstəkləyir - ağacəkmə aksiyasında iştirak etdi
Boşananda kredit borcu kimə qalır? - ARAŞDIRMA
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Azərbaycan və Türkiyə prezidentlərinin görüşü Gürcüstan mediasının diqqət mərkəzindədir
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
Bank əməkdaşı futbol oynayarkən qəfil öldü
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir
İşləmək üçün Rusiyaya gedən Azərbaycan vətəndaşı qəfil vəfat etdi