"İran və Hindistan Ermənistana hərbi dəstək verməyə hazırdır" - Xaçatryan
"9 noyabr 2020-ci il tarixli bəyanatın imzalandığı vəziyyət dəyişdi. İndi İran Ermənistan ətrafında gedən proseslərdə silahla iştirak etməyə hazırdır, Hindistan Ermənistana hərbi dəstək verməyə hazır olduğunu birbaşa bəyan edir".
KONKRET.az xəbər verir ki, bu barədə "Vahid Ermənistan" partiyasının üzvü Vardan Xaçatryan Ermənistan mediasına müsahibəsində bildirib.
"Azərbaycan Türkiyənin dəstəyi ilə hərbi yolla Zəngəzur yolunu açmağa hazırlaşırdı, lakin Türkiyə bunu riskə atmadı, çünki İran misli görünməmiş addımlar ataraq Qafanda baş konsul təyin etdi və bu, Bakının niyyətinə mane oldu" – deyə erməni siyasətçi sərsəmləyib.
Xaçatryan hesab edir ki, Ermənistan nəhayət ki, keyfiyyətli diplomatik oyun oynamalıdır.
"Hindistanın bəyanatlarına əsaslanaraq, arzu edənlər Ermənistana hücumu diqqətlə hesablamalıdırlar. Bu, ciddi arqumentdir. İran həmçinin Zəngəzur dəhlizinin açılmasının yolverilməzliyindən danışır", – deyə Xaçatryan əlavə edib.
Günel Mikayılova,
KONKRET.az

Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə paylaşım olunub
"Sabah" doğma meydanda xal itirdi
"Zəfər turu": "İmişli" "Sumqayıt"a, "Sabah" "Şamaxı"ya qarşı
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
Tramp Pekinin köməyi ilə iki müharibəni bitirməyə çalışır
"KamAz" dəmir maneələrə çırpıldı - Sürücü öldü
Benzin qiyməti kəskin ucuzlaşdı
Bank of Baku ekoloji təşəbbüsləri dəstəkləyir - ağacəkmə aksiyasında iştirak etdi
Boşananda kredit borcu kimə qalır? - ARAŞDIRMA
Azərbaycan və Türkiyə prezidentlərinin görüşü Gürcüstan mediasının diqqət mərkəzindədir
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
Bank əməkdaşı futbol oynayarkən qəfil öldü
İşləmək üçün Rusiyaya gedən Azərbaycan vətəndaşı qəfil vəfat etdi