"İrana rəhbərlik edən molla-fars faşist rejimi dağıdılmalıdır" – Deputat

"Bunlar İranın bizə qarşı olan düşmən münasibətində ilk hal deyil. Azərbaycan müstəqillik qazandığı ilk gündən etibarən İran İslam Respublikası Azərbaycana qarşı həmişə barışmaz mövqedə olub. Üzdə dost, qardaş deməyinə baxmayaraq, həmişə Azərbaycana qarşı xoşagəlməz, bəd əməllərlə məşğul olub". 
Bu sözləri azxeber.com-a açıqlamasında Milli Məclisin deputatı Elman Məmmədov deyib. O, qeyd edib ki, 44 günlük müharibə başladığı gündən İran açıq-aşkar bizə qarşı düşmən mövqeyini sərgilədi:
"Hələ 1992-ci ilin mayını – Şuşanın işğalını yadımıza salaq, mən hesab edirəm ki, həmin ərəfədə İran artıq öz "töhfəsini" vermişdi. Yəni, İranın o vaxt həyata keçirdiyi xoşagəlməz hallar unudulmaz tarixdir. Ondan sonra da torpaqlarımızın işğal altında olduğu dövrdə İranın bizim ərazilərimizdə olan yeraltı-yerüstü sərvətlərimizin talaması, Ermənistanla əməkdaşlıq, dostluq etməsi göründü. Xüsusən, 44 günlük Vətən müharibəsinin başladığı gündən bu günə qədər İran açıq-aşkar bizə qarşı düşmən mövqeyini sərgilədi. Müharibə dövründə onun ərazisindən  Ermənistana silahların daşınması, onların yanacaq təminatı, başqa təminatlarının həyata keçirilməsini İran etdi. Bunları saymaqla bitməz". 
Deputat qeyd edib ki, Müharibə başa çatanda sonra isə İran artıq bir növ üzünün maskasını cırdı, açıq düşmənçiliyə keçdi: "Bəyan etdi ki, Ermənistanın təhlükəsizliyi İranın təhlükəsizliyi deməkdir, Ermənistanın təhlükəsizliyi onları qırmızı xəttidir və s. Sərhədlərimizdə bir neçə dəfə hərbi təlimlərin keçirilməsi, onların rəsmiləri tərəfindən Azərbaycanın təhdid və təhqir olunması kimi məsələlər çoxsaylıdır. Biz istəməzdik belə olsun, bizim 40 milyondan artıq soydaşımız İranda yaşayır. Biz istəyərdik ki, qonşuluq münasibətlərimiz yaxşı olsun, ancaq İran bunu istəmir. İran bizim düşmənimizlə dostluq edir. Bizə qarşı soyqırımı törədən, bizim ərazilərimizi işğal edən, bütün islam müqəddəsliklərini dağıdan bir dövlətlə dostluq edir. Belə olan halda biz də işimizi ehtiyatlı tutmalıyıq. Bizə qarşı münasibətindən nəticə çıxarıb ehtiyatımızı əldə verməməliyik". 
E.Məmmədov deyib ki, İrana rəhbərlik edən molla-fars faşist rejimi dağıdılmalıdır:
"Mən hesab edirəm ki, İran kimi bir dövlət bu gün rəhbərlik edən molla-fars faşist rejimi dağıdılmalıdır. İranda yaşayan çoxsaylı müxtəlif xalqlar, 40 milyondan çox azərbaycanlılarımız ayağa qalxıb, etiraz səsi qaldırıb uzun illərdir ki, onları əsarətdə saxlayan molla-fars rejiminin axırına çıxmaq üçün tədbirlər görməlidir. Nə qədər ki, İranda molla-fars rejimi, farsizmi hakimiyyətdədir, İranın bizə qarşı münasibəti həmişə belə olacaq".
Aydın Nuri

Siyasi       Tarix: 01 fevral 2023
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Ermənistan bu ölkədən külli miqdarda raket alır

Hindistan "Pinaka" raket artilleriyası proqramını genişmiqyaslı şəkildə genişləndirməyə doğru irəliləyir. Hazırda təxminən 400 raketin tədarük prosesi həyata keçirilir. -a istinadən xəbər verir ki, bu barədə "İndia

Euronews' Azərbaycanda Zəfər Gününün qeyd olunmasını nümayiş etdirib

Avropanın "Euronews" televiziya kanalı 44 günlük Vətən Müharibəsində Azərbaycanın qələbəsinin altıncı ildönümünə və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bayram tədbirlərində iştirakına həsr olunmuş materia

İlham Əliyev Şuşada açılışda iştirak etdi - FOTO 

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 7-də Şuşa Peşə Təhsili Mərkəzinin əsaslı təmirdən sonra açılışında iştirak edib. xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayev dövlət başçısına yaradılmış şərait barədə məluma

Ərdoğan: Birdir bizim hər halımız; sevincimiz, kədərimiz; bayraqlarda hilalımız

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "X"dəki hesabında Azərbaycana səfəri, Prezident İlham Əliyevlə görüşü barədə videoçarx paylaşıb. xəbər verir ki, Ərdoğan paylaşımına "Birdir bizim hər halımız; sevincimiz

Vardanyanın arvadı Bakıya gəlmək istəyir

Bakıda həbsdə olan erməni separatçı Ruben Vardanyanın həyat yoldaşı Veronika Zonabend beynəlxalq qadınlardan ibarət humanitar nümayəndə heyətinin Azərbaycana səfəri ilə bağlı açıqlama yayıb. -a istinadən xəbərinə görə,

"Azərbaycan öz zəfərini həm də quruculuq sahəsində davam etdirir

Prezident İlham Əliyevin Zəfər Günü münasibətilə Xankəndidə, Zəfər tağının önündən xalqa müraciəti Azərbaycanın bugünkü gücünü və gələcək hədəflərini ifadə edən mühüm siyasi mesajlarla yadda qaldı. Dövlət başçısının müraciətind

Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib

Xankəndidə noyabrın 8-də Azərbaycan Prezidenti İlham Əliyevin və xanımı Mehriban Əliyevanın adından Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və xanımı Əminə Ərdoğanın şərəfinə rəsmi ziyafət verilib. xəbər verir ki, ziyafətd

Rusiya bu ölkəyə qarşı da hərəkətə keçir - NATO müharibəyə qoşulur?

Finlyandiya Quru Qoşunlarının komandanı general-leytenant Passi Vəliməki "Bloomberg" agentliyinə açıqlamasında ölkəsinin Rusiya ilə sərhəddə tank əleyhinə xəndəklər və maneələrdən ibarət müdafiə xətti inşa etməy

Bolşeviklərin vədləri və reallıq: İnqilab xalqı necə məhv etdi

1917-ci ilin Fevral inqilabı zamanı bolşeviklər partiyasının sıralarında cəmi 24 min nəfər var idi. Lakin cəmi altı ay sonra, həmin ilin oktyabrında onların sayı təxminən 350 min nəfərə çatmışdı. Bu, Rusiya imperiyasını


yeni xeberler son xeberler azerbaycan xeberleri valyuta məzənnələri son xeberler bugun 2026 azerbaycan maraqlı xəbərlər cəbhədən son məlumat