İrandan ABŞ-yə sərt xəbərdarlıq: Misli görünməmiş cavab olacaq
"ABŞ Hörmüz boğazındakı dəniz blokadasını davam etdirəcəyi təqdirdə, İran praktik və misli görünməmiş hərbi tədbirlər tətbiq etməyə hazırdır".
KONKRET.az xəbər verir ki, bunu "Press TV"yə müsahibəsində İranın yüksəkvəzifəli mənbəsi bildirib.
Onun sözlərinə görə, İran silahlı qüvvələri səbrin həddi olduğunu və Vaşinqtonun mövcud addımları davam edərsə, sərt cavabın zəruri olduğunu hesab edir.
"Guya blokada adı altında davam edən dəniz quldurluğu və banditizm hərbi cavabla qarşılaşacaq", – deyə mənbə qeyd edib.
O vurğulayıb ki, Tehranın indiyədək nümayiş etdirdiyi təmkin diplomatiyaya şans vermək və ABŞ-nin münaqişəni yekunlaşdırmaq üçün İranın şərtlərini qəbul etməsinə imkan yaratmaq məqsədi daşıyırdı.
"Təzyiq davam edəcəyi və İranın şərtlərindən imtina olunacağı təqdirdə, düşmən başqa tip cavabla qarşılaşacaq", – deyə mənbə bildirib.
O əlavə edib ki, blokadanın daha da gücləndirilməsi nəticədə ABŞ-yə İrandan daha çox zərər verə bilər./Oxu.az

Bu, Makronun mövqeyini zəiflətdi – Politiko
Xəzərin Azərbaycana mənsub hissəsində qaçaqmal aşkar olunub
Yavər Şıxəliyev vəfat etdi
Sabah' FK – 'Borussiya Dortmund' oyunu ilə əlaqədar ödənişsiz avtobuslar fəaliyyət göstərəcək
"Hər həftə bir ev alırdım
Nəsrin Cavadzadə Türkiyədə onu təhqir edənləri məhkəməyə verdi
Kapital Bank enerji effektivliyi üzrə layihəni maliyyələşdirdi: günəş panelləri qurulur
Bakcell-in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb
Aşqabadda Türkmənistan Dövlət Simfonik Orkestrinin konserti olub
Leyla Əliyeva Arkadağ şəhərində Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub
Azərbaycanla Ukrayna müxtəlif sahələrdə əməkdaşlığı müzakirə edib
Leyla Əliyeva Arkadağ şəhərində əfsanəvi 'Galkynyş' milli atüstü oyunlar qrupunun çıxışını izləyib
İdeal dövləti necə qurmaq olar?
Azərbaycanın axtarışa verdiyi Fateh Türkiyədən qaçdı
SON DƏQİQƏ! İstanbuldakı leysan Azərbaycana gəlir? – MÜHÜM AÇIQLAMA