İranın müvəqqəti prezidenti KİMDİR? - DOSYE

İranın müvəqqəti prezidenti KİMDİR? - DOSYEİranın birinci vitse-prezidenti Məhəmməd Moxber təyyarə qəzasında həlak olan prezident İbrahim Rəisinin səlahiyyətlərini müvəqqəti icra edəcək.
KONKRET.az xəbər verir ki, İran konstitusiyasına görə, o, 50 gün ərzində yeni prezident seçkiləri başa çatana qədər bu vəzifədə çalışacaq.
Məhəmməd Moxber 1955-ci ildə Dizful şəhərində anadan olub. Onun atası Şeyx Abbas bir müddət şəhər məscidində cümə imamı olub. Moxber Şahid Beşehti Universitetində beynəlxalq hüquq üzrə fəlsəfə doktoru və Dizful Universitetində idarəetmə üzrə fəlsəfə doktoru dərəcəsinə yüksəlib.
2010-cu ildə Avropa İttifaqı Məhəmməd Moxberə "nüvə silahları və ya ballistik raketlərlə bağlı fəaliyyətlərdə" iştirak etdiyinə görə sanksiyalar tətbiq edib. İki ildən sonra o, siyahıdan çıxarılıb.
COVID-19 epidemiyası zamanı cənab Moxber İranda koronavirus peyvəndi hazırlayan Setad Fondunun əsas bölmələrindən biri olan Barkat Bilik İnstitutuna rəhbərlik edib.
8 avqust 2021-ci ildə İbrahim Rəisinin prezident seçilməsindən sonra Məhəmməd Moxber İranın birinci vitse-prezidenti təyin edilib. O, keçmiş prezident Rəisi kimi, bütün hökumət işlərində son söz sahibi olan Ali Rəhbər Əli Xamneyiyə yaxın adam hesab olunur.
2022-ci ilin oktyabrında Məhəmməd Moxber hökumət nümayəndə heyətinin tərkibində II Xəzər İqtisadi Forumunda iştirak etmək üçün Moskvaya gəlib. "Reuters"in məlumatına görə, Tehran bundan sonra Rusiya silahlı qüvvələrinə yer-yer raketləri və əlavə pilotsuz təyyarələr verməyə razılaşıb. Lakin, bu məlumatın rəsmi təsdiqi yoxdur.
Mohammad Mokhber bir sıra elmi nəşrlərin, o cümlədən "Dünyanın ən yaxşı iqtisadçıları" (2012), "Beynəlxalq Cinayət Məhkəməsinin Nizamnaməsində cəzanın əsaslandırılması" (2013), "İqtisadi İnkişafa ədalətli yanaşma" (2014) kimi elmi əsərlərin müəllifidir.
Günel Mikayılova,
KONKRET.az

Siyasi       Tarix: 20 may 2024
f Paylaş

Oxşar xəbərlər

Finlandiya və Norveç Rusiyadan olan idmançılara qapıları bağladı – Müharibə bitənədək ölkəyə giriş qadağan edildi

Finlandiya və Norveç Ukraynaya qarşı müharibə başa çatana qədər Rusiyadan olan idmançıların ölkələrinə girişinə qadağa qoyub. xəbər verir ki, yeni qərara əsasən, rusiyalı idmançılar bu ölkələrin ərazisində keçirilən beynəlxal

Leyla Əliyeva COP31-də Xəzər dənizinə aid problemləri qabardıb

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Blu

Azərbaycan və Britaniya arasında razılaşma: Yeni iş yerləri yaradılacaq

Azərbaycan və Böyük Britaniya ticarət, investisiya, enerji və nəqliyyat sahələrində əməkdaşlığı genişləndirəcək, həmçinin Orta Dəhlizin inkişafını dəstəkləyəcəklər. xəbər verir ki, sözügedən məsələ Azərbaycan Respublikas

Özgür Özel yenidən Yeni Partiyanın sədri seçildi

Yeni Partiyanın Ankara İdman Salonunda keçirilən 1-ci Qurultayı ilk iş gününü başa vurub. TRT-yə istinadən xəbər verir ki, saat 15:30-da başlayan səsvermə prosesi saat 17:00-da yekunlaşıb. Seçkilərdə qeydiyyatdan keçmiş 120

Taliban Rusiyadan elə bir şey xahiş etdi ki…

Taliban Rusiyadan Əfqanistanda neft emalı zavodları tikməyi xahiş edir: əvəzində isə neft emalı ilə məşğul olmağı, yəni idarəçiliyi də ruslara təklif edir. . Əfqanıstan hakimiyyəti Rusiya şirkətlərinə digər faydalı qazınt

Azərbaycan sabitliyin ciddi amilidir - Şimali Makedoniyanın Prezidenti

Azərbaycan sabitliyin ciddi amilidir, 2028-ci ildə Avropa Siyasi Birliyinin (ASB) sammitinin ölkədə keçirilməsi isə Bakıya göstərilən etimadı, onun regional və beynəlxalq proseslərdəki rolunun tanındığını nümayiş etdirir

Euronews'da İlham Əliyevin Avropa Siyasi Birliyinin Sammitində iştirakına dair məqalə dərc olunub

Avropa İttifaqı (Aİ) ilə energetika əməkdaşlığının genişləndirilməsi, Böyük Britaniya ilə Strateji Tərəfdaşlıq, Ukrayna ilə münasibətlər və Ermənistanla dialoqun davam etdirilməsi Azərbaycanın Dublində keçirilən Avropa Siyas

Türkiyə və Qətər arasında "Qarşılıqlı Müdafiə Sazişi" imzalandı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qətər əmiri Şeyx Təmim bin Həməd Al Sani ilə görüşüb. xəbər verir ki, İstanbulda, Dolmabağça sarayında keçirilən görüşdə liderlər əvvəlcə təkbətək, daha sonra nümayəndə heyətlərini

Dövlət Komitəsi Göy məscidin mərasim zalına erməni şairin adının verilməsinə etiraz edib

İrəvanda yerləşən, Azərbaycan xalqının qədim tarixi-mədəni irsinin nümunələrindən biri olan Göy məscidin mərasim zalına erməni şairi Yeğişe Çarentsinin adının verilməsi tarixi-mədəni kimliyin təhrif olunmasına yönəlmiş növbət


azerbaycan xeberleri yeni xeberler son xeberler xeberler bugun bugunun xeberleri sosial yardim cebheden xeber