İranın təbliğat maşını terror aktını məişət hadisəsi kimi təqdim etmək istəyir

İranın təbliğat maşını terror aktını məişət hadisəsi kimi təqdim etmək istəyirTəəssüf ki, hələ də ölkə mediasında "İran" adlanan ölkənin kütləvi təbliğat vasitələrinə və onların müxtəlif domen adları altında Azərbaycandilli "törəmə" saytlarına istinadla feyk xəbərlər, təxribat xarakterli məlumatlar yayımlanır. Narahatlıq doğuran məqamlardan biri də belə xəbərləri tirajlayan media resurslarının arasında təcrübəli, peşəkar həmkarlarımızın rəhbərlik etdiyi, yaxud çalışdığı təsisatların yer almasıdır. Mənə görə, hətta son terror hadisəsi baş verməsəydi belə, İranla bağlı, xüsusilə də bu ölkənin Azərbaycana, Türkiyəyə və bütövlükdə regiona yönəlik siyasətini ifadə edən xəbərləri təhlil etmədən, araşdırmadan yaymaq, molla rejiminin təbliğat-təxribat resurslarına istinad etmək olmazdı.
İran tərəfinin yaydığı xəbərlər, yaxud hansısa digər kontentlər ciddi şəkildə təhlil edildikdən sonra, həm də yalnız analitik yazının tərkib hissəsi kimi istifadəyə yararlı ola bilər. Bunu başa düşmək bir o qədər çətindir?
İranın təbliğat maşını bir neçə gündür ki, terror aktını ən müxtəlif formalarda, çoxsaylı manipulyasiyalarla məişət hadisəsi kimi təqdim etmək istəyir. Peşəkar media molla rejiminin sosial platformalardakı cəsus şəbəkəsinin və onların informasiya manipulyasiyalarına aldanan bəzi şəxslərin yaydığı feyk xəbərlərin, təxribat xarakterli məlumatların qarşısını almaq əvəzinə, Tehranın təbliğat-təxribat kontentlərinə istinad edir. Ayıbdır, ayıb! Bunu bilərəkdən edirsinizsə, deməli Vətən xainisiniz! Yox, əgər bilərəkdən etmirsinizsə, niyyətiniz gündəmdə olan mövzu ilə bağlı daha çox xəbər yaymaqdırsa, o zaman bu qəbildən olan "xəbər"lərin mənbəyini ciddi şəkildə araşdırın, peşəkar analitiklərlə, ekspertlərlə məsləhətləşin və onlar sizə təmənnasız, tərəddüd etmədən yardım göstərəcəklər. 
Son olaraq, bir məqamı da qeyd etməyi vacib sayıram: "İran" adlanan ölkənin Azərbaycan Respublikasındakı səfirliyinin ölkəmizdəki media resursları ilə daim əlaqədə olmaq üçün yaratdığı vatsap qrupu var. Yanılmıramsa, "İran səfirliyinin dostları" adlanır. Terror aksiyasından sonra bəzi həmkarlarımız bu qrupu tərk edib, amma hələ də 60-dan çox media resursunun təmsilçisi "İran səfirliyinin dostu" olmaqda davam edirlər. Onlara qaniçən molla rejiminin hakimiyyəti qəsb etdiyi günün ildönümü ilə bağlı keçiriləcək tədbirə dəvətnamələr də göndərilib və məmnuniyyətlə qəbul ediblər. Doğrusu, ilk dəfədir ki, söz üçün aciz qalıram və nə yazacağımı bilmirəm. "İran" adlanan ölkənin Azərbaycandakı nümayəndəliyinin, yəni molla rejiminin təmsilçilərinin dostu olanlar heç bir halda Azərbaycanın dostu deyillər və ola da bilməzlər. Bu baxımdan, "cənab" və "cənabə"lər, mövqeyinizi müəyyənləşdirin və ya Azərbaycanın dostu olun, ya da İranın...
Düşünürəm ki, molla rejiminin Azərbaycan mediasındakı və sosial platformalardakı "azərbaycanlı" şəbəkəsi ilə bağlı ciddi araşdırma aparılmalıdır. Onların bir çoxu, molla rejiminin diplomatik təmsilçiliyinin dəvəti ilə bir, yaxud bir neçə dəfə "İran" adlanan ölkədə səfərdə olublar. Bəzilərinə müxtəlif hədiyyələr verilib, özlərinin, yaxınlarının müalicəsinə və digər problemlərinin həllinə yardım göstərilib. Molla rejiminin əlində bəzi media nümayəndələri ilə bağlı kompramatların olması və onların davamlı şantaja məruz qalmaları da mümkündür. 
İranın ideoloji zəhərini ölkə mediasının "qan damarlarından" çəkib çıxarmaq lazımdır.
Elçin Mirzəbəyli, 
Əməkdar jurnalist / azxeber.com

Siyasi       Tarix: 31 yanvar 2023
f Paylaş

Oxşar xəbərlər

Ermənistan bu ölkədən külli miqdarda raket alır

Hindistan "Pinaka" raket artilleriyası proqramını genişmiqyaslı şəkildə genişləndirməyə doğru irəliləyir. Hazırda təxminən 400 raketin tədarük prosesi həyata keçirilir. -a istinadən xəbər verir ki, bu barədə "İndia

Euronews' Azərbaycanda Zəfər Gününün qeyd olunmasını nümayiş etdirib

Avropanın "Euronews" televiziya kanalı 44 günlük Vətən Müharibəsində Azərbaycanın qələbəsinin altıncı ildönümünə və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bayram tədbirlərində iştirakına həsr olunmuş materia

İlham Əliyev Şuşada açılışda iştirak etdi - FOTO 

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 7-də Şuşa Peşə Təhsili Mərkəzinin əsaslı təmirdən sonra açılışında iştirak edib. xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayev dövlət başçısına yaradılmış şərait barədə məluma

Ərdoğan: Birdir bizim hər halımız; sevincimiz, kədərimiz; bayraqlarda hilalımız

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "X"dəki hesabında Azərbaycana səfəri, Prezident İlham Əliyevlə görüşü barədə videoçarx paylaşıb. xəbər verir ki, Ərdoğan paylaşımına "Birdir bizim hər halımız; sevincimiz

Vardanyanın arvadı Bakıya gəlmək istəyir

Bakıda həbsdə olan erməni separatçı Ruben Vardanyanın həyat yoldaşı Veronika Zonabend beynəlxalq qadınlardan ibarət humanitar nümayəndə heyətinin Azərbaycana səfəri ilə bağlı açıqlama yayıb. -a istinadən xəbərinə görə,

"Azərbaycan öz zəfərini həm də quruculuq sahəsində davam etdirir

Prezident İlham Əliyevin Zəfər Günü münasibətilə Xankəndidə, Zəfər tağının önündən xalqa müraciəti Azərbaycanın bugünkü gücünü və gələcək hədəflərini ifadə edən mühüm siyasi mesajlarla yadda qaldı. Dövlət başçısının müraciətind

Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib

Xankəndidə noyabrın 8-də Azərbaycan Prezidenti İlham Əliyevin və xanımı Mehriban Əliyevanın adından Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və xanımı Əminə Ərdoğanın şərəfinə rəsmi ziyafət verilib. xəbər verir ki, ziyafətd

Rusiya bu ölkəyə qarşı da hərəkətə keçir - NATO müharibəyə qoşulur?

Finlyandiya Quru Qoşunlarının komandanı general-leytenant Passi Vəliməki "Bloomberg" agentliyinə açıqlamasında ölkəsinin Rusiya ilə sərhəddə tank əleyhinə xəndəklər və maneələrdən ibarət müdafiə xətti inşa etməy

Bolşeviklərin vədləri və reallıq: İnqilab xalqı necə məhv etdi

1917-ci ilin Fevral inqilabı zamanı bolşeviklər partiyasının sıralarında cəmi 24 min nəfər var idi. Lakin cəmi altı ay sonra, həmin ilin oktyabrında onların sayı təxminən 350 min nəfərə çatmışdı. Bu, Rusiya imperiyasını


yeni xeberler son xeberler azerbaycan xeberleri valyuta məzənnələri son xeberler bugun 2026 azerbaycan maraqlı xəbərlər cəbhədən son məlumat