İrəvanda əsir saxlanılan Aqşin ailəsinə zəng vurdu: "Narahat olma, ana"
Ermənistanda əsir saxlanılan Azərbaycan Ordusunun əsgəri Bəbirov Aqşin Qabil oğlu ailəsi ilə əlaqə saxlayıb.
azxeber.com xəbər verir ki, bu barədə Modern.az-a əsir hərbçinin anası Dürdanə Bəbirova məlumat verib.
Onun sözlərinə görə, videozəng Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə baş tutub.
"Oğlum dedi ki, narahat olma, ana. Anaya başqa nə deyə bilər ki? Mən danışanda onun vəziyyəti yaxşı idi. Yarası yox idi, bir burnunun üstündə balaca yara var. Məni görəndə kövrəldi, amma ağlamadı. Çünki bildim ki, qıraqda izləyənlər var. Neçə müddət idi ki, övladımı görmürdüm. Şükür elədim ki, balam sağdır. Hardasa beş dəqiqə danışdım. Başqa söhbət edə bilmədi. Mənə dedi ki, narahat olma, hər şey yaxşı olacaq. Mən də dedim ki, dövlətimiz sizi orada qoymayacaq, çalışırlar", - deyə Dürdanə Bəbirova bildirib.
Xatırladaq ki, Azərbaycan Ordusunun əsgərləri - 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu aprelin 9-da Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhəd ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən itkin düşüblər. Onların yolu azaraq Ermənistan ərazisinə keçdiyi məlum olub. Hər iki əsgər Ermənistanda əsir götürülüb və onlara qarşı saxta ittihamlarla cinayət işi açılıb.
Əsirlikdə saxlanılan Aqşin Bəbirovun görüntülərini təqdim edirik:




Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Prezident Fəxri Kazımovu vəzifəsindən azad etdi
Çempionlar Liqasında yeni mövsüm start götürür: Gecənin matçları
Oyuncaq setində Azərbaycan və Ermənistan bayrağı - Foto
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə
Şəkər xəstəsidir, çəkini saxlaya bilmir - Sibel Canın kökəlməsinin səbəbi
Ərdoğan Prezident Sarayında ölkəmizin Türkiyədəki səfirini qəbul edib
Levon Köçəryan: "Paşinyan səhvlərinə bəraət qazanmaq üçün süni qorxular yaradır"
Azərbaycanın aparıcı maliyyə və texnologiya liderlərindən "MoveUP" təşəbbüsü
Peskov: Rusiya Ukraynada müharibəyə başlamayıb, əksinə, onu bitirməyə çalışır
Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir
İpoteka Fondunun yeni sədri Osman Xaliyev kimdir? – DOSYE
"Azeri Light"ın qiyməti 104 dollara düşdü
"Fənərbağça" uduzdu, azarkeşi ürəktutmadan öldü
Levon Köçəryan: Bu, Nikol Paşinyanın növbəti "patoloji yalanı"dır