İşçilərə şad xəbər: Çalışdığınız şirkətdə pay sahibi ola biləcəksiniz

İşçilərə şad xəbər: Çalışdığınız şirkətdə pay sahibi ola biləcəksinizAzərbaycanda işçilərin çalışdıqları şirkətlərdə pay və ya səhm sahibi olmasına imkan yaradan yeni müqavilə növünün tətbiqi nəzərdə tutulur.
azxeber.com xəbər verir ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində müzakirə olunan Əmək Məcəlləsinə dəyişiklik layihəsinə əsasən, Məcəlləyə "İşçilərin pay (səhm) iştirakı planı haqqında müqavilə" anlayışı əlavə ediləcək.
Yeni mexanizmə görə, şirkətlər əməkdaşlarına və rəhbər şəxslərinə müəssisənin paylarını güzəştli şərtlərlə və ya ödənişsiz təqdim edə, həmçinin gələcəkdə həmin payları əldə etmək hüququ verə biləcəklər.
Layihədə qeyd olunur ki, işçinin pay sahibi olması müəyyən müddət şirkətdə çalışması və ya qarşıya qoyulan hədəflərə nail olması kimi şərtlərlə əlaqələndirilə bilər. Əmək münasibətlərinə xitam verilməsi zamanı isə tərəflər arasında bağlanmış müqavilədən asılı olaraq müxtəlif hüquqi nəticələr yarana bilər.
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin İdarə Heyətinin sədri Fərid Osmanov bildirib ki, bu mexanizm startapların ixtisaslı mütəxəssisləri cəlb etməsi və onları şirkətdə saxlaması üçün mühüm vasitə olacaq. Onun sözlərinə görə, beləliklə əməkdaşlar yalnız maaş alan işçi deyil, həm də şirkətin gələcək uğurunda maraqlı tərəfdaşa çevriləcəklər.
Qeyd edək ki, pay və ya səhm proqramı çərçivəsində əldə olunan səhmlər əməkhaqqı hesab edilməyəcək və maaşın əvəzi kimi ödənilməyəcək.

Sosial       Tarix: 17 iyun 2026
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Pensiyaya çıxdıqdan sonra işləyənlərlə bağlı qərar – 6 il sonra

Azərbaycanda pensiya yaşına çatdıqdan sonra işləməyə davam edən şəxslərin pensiyalarının yenidən hesablanması ilə bağlı yayılan xəbərlər maraqla qarşılanıb. Əmək fəaliyyətini davam etdirən pensiyaçılar işlədikləri müddətd

"Bu cür ciddiyyətdən uzaq çıxışlar türk siyasətçisinə yaraşmır" - Erbakana sərt cavab

Dialoq və İnkişaf Naminə İctimai Birliyinin sədri Çingiz Bayramov Türkiyənin "Yeniden Refah" partiyasının sədri Fatih Erbakanın Azərbaycan haqda əssasız fikirlərinə cavab verib. xəbər verir ki, Çingiz Bayramov cavabınd

Əhaliyə xəbərdarlıq: Bu gündən başlayır, 2 gün davam edəcək

Bakıda və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, avtomatik stansiyalardan əldə edilən məlumata görə, hazırda havada tozun miqdar

Yol polisi küləkli hava şəraiti ilə bağlı sürücülərə müraciət edib

Baş Dövlət Yol Polisi İdarəsi küləkli hava şəraiti ilə bağlı sürücülərə müraciət edib. Bu barədə -a İdarədən məlumat verilib. Qeyd edilib ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, oktyabrın 19-da Bakı v

Qızıl almağa tələsməyin – Diqqətçəkən proqnoz

Qlobal iqtisadiyyatda baş verən dəyişikliklər, ABŞ dollarının məzənnəsi və geosiyasi proseslər qızıl bazarına təsir göstərən əsas amillər olaraq qalır. Son aylarda investorlar arasında qiymətli metalın yenidən bahalaşacağ

"Ədalətsizliyə göz yuman sistem uzunmüddətli sabitlik yarada bilməz" – Deputat

"Azərbaycan həm haqqını müdafiə edən, həm də dialoqa açıq olan ölkə kimi regionda sülh və əməkdaşlığın təminatçısı rolunu davam etdirir". Bu sözləri -a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev bildirib

Yeni prokuror tanınmış hakimin oğludur

Xəbər verdiyimiz kimi, Baş prokuror Kamran Əliyevin Əmri ilə Pərviz İbayev Binəqədi rayon prokuroru vəzifəsinə təyin edilib. -un "Unikal"a istinadən məlumatına görə, Pərviz İbayev Məhkəmə-Hüquq Şurasının keçmi

Cəbrayıl Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin yeni inzibati binası istifadəyə verildi

Bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən (ADSEA) məlumat verilib. xəbər verir ki, inzibati binanın açılışında ADSEA-nın sədri Zaur Mikayılov və Agentliyin rəhbər heyəti iştirak ediblər. İki mərtəbədən ibarə

"Şəkinin memarlığı və mətbəxi turistlərin diqqətini cəlb edir" - Murad Ağabəyli

"Şəkinin memarlığı və mətbəxi turistlərin ən çox maraq göstərdiyi istiqamətlərdəndir". xəbər verir ki, bu sözləri Dövlət Turizm Agentliyinin (DTA) tabeliyində olan Qoruqları İdarəetmə Mərkəzinin İdarə Heyətini


yeni xeberler son xeberler azerbaycan xeberleri xəbər.az sonxabar hava xeberler bugun 2026