İşdən çıxarılan məşqçinin yerinə baş katib əmisioğlunu gətirir?
Xəbər verdiyimiz kimi, ötən gün Azərbaycan cüdo yığmasının böyük məşqçisi Mehman Əzizov işdən azad edilmişdi.
KONKRET.az xəbər veri ki, artıq onun yerinə təyinat da reallaşıb.
Hələ tam rəsmiləşməsə də, bu posta federasiyanın baş katibi Rəşad Rəsullunun əmisioğlu, gənclərdən ibarət yığmada köməkçi məşqçi işləyən Abdulhaq Rəsullunun təyin olunduğu bildirilir. Bu təyinatın isə yaxın günlərdə açıqlanacağı deyilir.
Məsələ ilə bağlı Azərbaycan Cüdo Federasiyasına sorğu göndərsək də, cavab ala bilmədik. Federasiyanın mətbuat xidmətindən bildirildi ki, hər şey rəsmi şəkildə açıqlanacaq.
Qeyd edək ki, Mehman Əzizov ötən gün səbəb bildirilmədən işindən azad olunub. O, cüdo yığması ilə müqavilə imzalayarkən sözləşmədə federasiya tərəfindən istənilən vaxt işdən çıxarıla biləcəyi bəndi yer alıb. Qafqazinfo

Turlar.az [newsid: 0-123300]

Binəqədidə müşavirə keçirildi - FOTOLAR
Şirkətdə pis xəbərlər niyə rəhbərdən gizlədilir?
Bank Respublika-dan sərfəli nağd kredit imkanı - "Payız fürsəti
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Azərbaycan BMT-də mina təhlükəsi və qanunsuz silah dövriyyəsi məsələsini qaldırıb
BMT-də Azərbaycanın minalarla çirkləndirilmiş əraziləri barədə məlumat verilib
UEFA-dan Fəridə Lütfəliyevaya təyinat
Azər Türk Bankın şəhid əməkdaşının xatirəsi anılıb - FOTOLAR
Vaqif Sadıqov etimadnaməsini İsveçrə prezidentinə təqdim edib
Banklarda əmanəti olanların nəzərinə: Hansı banklar bağlanacaq? – "Böhran başlayıb"
Bakıda yaşayış binasında uçqun
Albaniya parlamentində əlbəyaxa dava - Deputatlar bir-birinə hücum etdi
Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
Cavid Ağaməliyev həbs edildi
"Real Madrid" Arda Gülerlə bağlı qərarını verdi