İşğaldan azad olunan ərazilərdə 1300 nəfər daimi işlə təmin olunub

İşğaldan azad olunan ərazilərdə 1300 nəfər daimi işlə təmin olunubBöyük Qayıdış proqramının vaxtında və keyfiyyətli icra olunması qarşıda duran əsas prioritet məsələlərdən biridir. Azərbaycan Ordusu Qarabağ torpağını işğaldan azad edəndən sonra işğaldan azad edilən bölgədə böyükmiqyaslı işlər görülür. Həmin ərazilərin minalardan təmizlənməsi, infrastrukturun yaradılması və məskunlaşma imkanlarının yaradılması ilə paralel azad olunmuş bölgəyə köçən sakinlərin məşğulluğu üzərində də iş aparılır. Böyük Qayıdış proqramı çərçivəsində öz ata-baba yurduna köçən 2 mindən çox iqtisadi fəal və əməkqabiliyyətli vətəndaşlarla aktiv iş aparılıb. Təbii ki, köçənlərin sayı daha çoxdur. Lakin onların içində əməkqabiliyyəti olmayanlar və uşaq yaşında olanlar da var.
AZƏRTAC xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev işğaldan azad olunan ərazilərdə məşğulluğun həlli ilə əlaqədar görülən işlərdən bəhs edərkən deyib.
Nazir daha sonra bildirib: "Əmək qabiliyyəti olanlarla əlaqədar fəal iş aparılır və onlardan 1300 nəfəri daimi işlə təmin olunub. Böyük Qayıdış çərçivəsində bütün alətlərdən istifadə edilir. Həm vakansiyalar üzrə işə düzəltmək, həm özünüməşğulluq proqramı çərçivəsində onların mikrobizneslərinin, ailə təsərrüfatlarının yaradılmasına yardım etmək, həm kvota ilə işə düzəltmək, həm əməkhaqqının maliyyələşməsi proqramları çərçivəsində, eyni zamanda da peşə hazırlığı çərçivəsində onlara dəstək verməyə çalışırıq. Hər il əməkqabiliyyətli şəxslərin peşə hazırlığı tədrisinə cəlb olunması qarşıda duran əsas hədəflərdəndir. Ötən il öz yaşayış yerinə dönən təqribən 600 nəfər üçün peşə hazırlığı üzrə müvafiq təlim və treninqlər keçirilib. Bu il həmin rəqəm 3 minə çatdırılacaq.
2023-cü ildə ilk dəfə olaraq Füzuli və Laçında əmək yarmarkaları keçirildi, stimullaşdırıcı paketlər təsdiq edildi. İşğaldan azad olunan bölgələrdə işləyən şəxslərin əməkhaqqına əlavə olaraq 20 faiz əlavə ödənilir, 600 manat məbləğində birdəfəlik müavinət ödənilir, işəgötürənlərə ödənilən sosial sığorta haqları subsidiyalaşdırılır. Bölgəyə köçən sakinlər üçün həm vergi, həm sosial sığorta, həm də əməkhaqqı güzəştləri var. Eyni zamanda dövlətin təqdim etdiyi müxtəlif imkanlar çərçivəsində onların məşğulluğu həyata keçiriləcək. Hər kəsə aydındır ki, dayanıqlı məskunlaşma üçün məşğulluq məsələsinin həlli çox vacibdir". / azxeber.com

Sosial       Tarix: 28 yanvar 2024
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

iPhone-18-in Azərbaycandakı satış qiyməti bəlli oldu

Apl şirkətinin yeni nəsil iPhone-18 modellərinin Azərbaycanda satışa çıxarılacağı qiymətlər bəlli olub. -a istinadən xəbər verir ki, iPhone-18 Pro Max modelinin qiyməti belə olacaq:. 256 GB – 6 499 AZN. 512 GB – 6 99 AZN

Dünya bazarında neft bahalaşdı

Dünya bazarında neftin qiymətində artım qeydə alınıb. xəbər verir ki, ICE London birjasında "Brent" markalı neftin bir barelinin qiyməti 68 sent bahalaşaraq 95,33 dollara yüksəlib. NYMEX birjasında isə "Light"

Bazarlarda mövsümi meyvələr bahalaşıb? - SON QİYMƏTLƏR

Yay fəslinin son günlərini yaşayırıq. Qarpız-yemiş mövsümünün də axır günləri olsa da, digər mövsümi meyvələr bazarlara çıxır. Xəzər TV-yə istinadla xəbər verir ki, bazarda mövsümü yeni başlayan meyvələrdən biri olan üzümü

Bu gün Azərbaycandan Ermənistana dizel yanacağı göndərildi 

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib. xəbər verir ki, bu gün 5 vaqondan ibarət, çəkisi 355 ton olan buğda, 3 vaqondan ibarət, çəkisi 180 ton olan gübrə və 2 vaqondan ibarət

Bəzi rayonlarda yağış yağır - FAKTİKİ HAVA

Sentyabrın 7-si saat 10:00-a olan faktiki hava açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin 6-sı axşamdan bəzi rayonlard

Sentyabrın 15-i ilə bağlı iki qurumdan birgə açıqlama

Yeni tədris ili ərəfəsində məktəb ətrafında təhlükəsizlik tədbirləri gücləndirilir. xəbər verir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) birgə məlumat yayıb. Məlumat

Qeyri-rəsmi yaşadığı kişi tərəfindən vəhşicəsinə döyüldü

Bakının Xətai rayonunda 30 yaşlı kişi qeyri-rəsmi münasibətdə olduğu qadına xəsarət yetirib. " "a istinadla xəbər verir ki, hadisə onların birgə yaşadıqları evdə baş verib. Ağcabədi rayon sakini, 1996-cı il təvəllüdl

Aysel keçmiş həyat yoldaşına dəstək oldu - FOTO

Xəbər verdiyimiz kimi, Xalq artisti Murad Adıgözəlzadə xərçəng xəstəliyindən əziyyət çəkir. xəbər verir ki, bununla bağlı Prezidentin köməkçisi Anar Ələkbərov instaqram səhifəsində paylaşım edib. M.Adıgözəlzadənin keçmi

Daha çox maaş almaq istəyirsinizsə... – Bu bacarıq gəlirinizi artıra bilər

Xarici dil bilmək artıq yalnız əlavə bacarıq deyil, bir çoxsahədə işə qəbul zamanı namizəddən tələb olunan əsas meyarlardan birinəçevrilib. Xüsusilə ingilis və rus dillərini bilmək müxtəlifvakansiyalarda üstünlük kimi göstərilir


azerbaycan xeberleri yeni xeberler son xeberler son.xeber sonxeberler valyuta mezennesi cəbhədən görüntüleri