İslamiada: Azərbaycanın qadın həndbol yığması finala yüksəldi
Həndbolçu qadınlardan ibarət Azərbaycan milli komandası Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında finala yüksəlib.
KONKRET.az xəbər verir ki, Selçuklu Beynəlxalq İdman və Konqres Mərkəzində təşkil olunmuş yarımfinal görüşündə rəqib Özbəkistan millisi olub.
Matçın ilk yarısı Azərbaycan millisinin üstünlüyü ilə tamamlanıb – 19:13. Fasilədən sonra da üstünlüyünü əldən verməyən Slavişa Ristiçeviçin baş məşqçi olduğu kollektiv sonda meydanı böyük hesablı qələbə ilə tərk edib – 40:27.
İkinci hissədə Özbəkistan yığmasının həndbolçusu Zahro Allahyarova komanda yoldaşı ilə toqquşma nəticəsində üz nahiyəsindən ağır zədə alıb. Həkimlər ilkin tibbi müayinə göstərdikdən sonra onu meydandan xərəklə çıxararaq, təcili yardım maşını ilə xəstəxanaya aparıblar.
Qeyd edək ki, Azərbaycan millisi finalda Türkiyə ilə qarşılaşacaq. Təşkilatçı ölkə yığması yarımfinalda Kameruna qalib gəlib – 34:23. Final avqustun 14-də olacaq."Report"
Kurslar.az kurslar [newsid: 0-123300]

Azərbaycanla Hindistan arasında fikir müxtəlifliyi var idi
Cəlilabadda açıq sahədə baş vermiş yanğın söndürülüb
Zaqatalaya güclü leysan və dolu yağıb
Gəncədə 5 aylıq uşaq xəstəxanada öldü
Buraxılış və qəbul imtahanları fənlərinin proqramları təsdiqləndi
Biləcəridə yeni 2 otaqlı st. mənzillər satışda – 50,16 kv.m-dən başlayan təkliflər
MHP sədri: Azərbaycan-Türkiyə münasibətləri bərabərhüquqlu tərəfdaşlıq əsasında inkişaf edəcək
Moldova XİN azərbaycanlıların olduğu gəmiyə endirilən zərbəni pisləyib
Azərbaycan və Pakistan arasında ədliyyə sahəsində əməkdaşlıq müzakirə olunub
Hindistanın xarici işlər naziri Atəşgah məbədini ziyarət edib
Qeyri-neft-qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib
Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasına sədrlik Azərbaycana həvalə olunub
Azərbaycanda turistlər ən çox bu bölgələrə üz tuturlar
Qazancına görə bütün futbolçuları geridə qoydu
"Bavariya" Vensan Kompaninin səhhəti ilə bağlı açıqlama verdi