İsmayıllıda buz bağlayan yolda 7 avtomobil toqquşdu - Yaralılar var
İsmayıllı rayonunda zəncirvari avtomobil qəzası olub.
KONKRET.az-ın məlumatına görə bu gün axşam saatlarında Muğanlı-İsmayıllı yolunun Basqal qəsəbəsi ərazisindən keçən hissəsində yolun buz bağlaması səbəbindən 7 minik avtomobili – "Mercedes", "Opel", "Qazel", "Ford", "Toyota Prius", "Hyundai SantaFe" və "VAZ 2107" markalı minik avtomobilləri bir-birinə çırpılıb, bəzi nəqliyyat vasitələri yoldan çıxaraq çökək əraziyə aşıb.
Məlumata görə sürücülər Basqal ərazisində yolun buz bağlamasından xəbərsiz olduqları üçün qəflətən zəncirvari qəza baş verib. Qəza səbəbindən yolda nəqliyyatın hərəkəti təxminən bir saat ərzində dayanıb, uzun məsafədə tıxac yaranıb.Əraziyə gələn DYP əməkdaşları avtomobillərin hərəkətini bərpa edib.
Hadisə zamanı xəsarət alan şəxslər, 1968-ci il təvəllüdlü Şükürov Zabil Müqabil oğlu, 1988-ci il təvəllüdlü İsrafilov Mövlud Qiyas oğlu təcili tibbi yardım stansiyasının avtomobili ilə Şamaxı rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Faktla bağlı araşdırma aparılır.

Xalidə Gözəl vəfat etdi
İnfantino İlham Əliyevə təşəkkür etdi - FOTOLAR
Sumqayıtda zəncirvari qəza: 5 avtomobil toqquşdu
Deputat Arzuxan Əlizadənin oğlu barədə 4 aylıq həbs qərarı verildi
Zelenski: Ukrayna, ABŞ və Rusiya noyabrda üçtərəfli danışıqlar keçirəcək
Azərbaycanla bağlı sərt açıqlamalar verən Saral vəzifəsindən kənarlaşdırıldı
Ərdoğan Azərbaycanı təhdid edən müşavirini vəzifədən çıxardı? – Türkiyə mediasında yeni iddia
Bakıda avtomobil piyadanı vurub
Biləsuvarda ildırım elektrik xəttini vurdu: rayonun bir hissəsi işıqsız qaldı
Yumurta bazarında vəziyyət dəyişir: Qışda bizi nə gözləyir? - Foto
Azərbaycan-Hindistan münasibətlərində yeni səhifə açılır
"Xeyli vaxtdır görüşmürük, bir az darıxmışam
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır