İsmayıllıda sürücü və sərnişinin öldüyü qəzanın səbəbi məlum olub
İyulun 4-də saat 16 radələrində Muğanlı–İsmayıllı avtomobil yolunun İsmayıllı rayonu ərazisindən keçən 32-ci kilometrliyində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Baş Dövlət Yol Polisi İdarəsindən KONKRET.az-a verilən xəbərə görə, Zaqatala rayon sakini, 1974-cü il təvəllüdlü İlqar Süleymanovun idarə etdiyi "Mercedes-Benz" markalı avtomobil Şamaxı rayonu istiqamətində hərəkətdə olarkən körpünün orta hissəsində yerləşən beton maneəyə çırpılıb.
Nəticədə sürücü İlqar Süleymanov və avtomobildə olan sərnişin, 1959-cu il təvəllüdlü Elmira Duxiyeva hadisə yerində həyatlarını itiriblər.
İlkin araşdırmalar zamanı əldə olunan məlumatlara əsasən, hadisənin sürücünün diqqətinin mobil telefona yönəlməsi nəticəsində baş verdiyi ehtimal edilir. Faktla bağlı araşdırma aparılır.
Baş Dövlət Yol Polisi İdarəsi bir daha sürücülərin diqqətinə çatdırır ki, nəqliyyat vasitəsini idarə edərkən mobil telefondan istifadə diqqətin yayınmasına, yol şəraitinin düzgün qiymətləndirilməməsinə və ağır yol-nəqliyyat hadisələrinin baş verməsinə səbəb olan ən ciddi risk amillərindən biridir: "Sükan arxasında telefona baxdığınız cəmi bir neçə saniyə geri dönüşü olmayan faciəyə səbəb ola bilər. Heç bir zəng, mesaj və ya bildiriş insan həyatından daha dəyərli deyil. Sükan arxasında diqqətiniz yalnız yolda olsun".
Xidmetler [newsid: 0-123300]

Bu, Makronun mövqeyini zəiflətdi – Politiko
Xəzərin Azərbaycana mənsub hissəsində qaçaqmal aşkar olunub
Yavər Şıxəliyev vəfat etdi
Sabah' FK – 'Borussiya Dortmund' oyunu ilə əlaqədar ödənişsiz avtobuslar fəaliyyət göstərəcək
"Hər həftə bir ev alırdım
Nəsrin Cavadzadə Türkiyədə onu təhqir edənləri məhkəməyə verdi
Kapital Bank enerji effektivliyi üzrə layihəni maliyyələşdirdi: günəş panelləri qurulur
Bakcell-in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb
Aşqabadda Türkmənistan Dövlət Simfonik Orkestrinin konserti olub
Leyla Əliyeva Arkadağ şəhərində Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub
Azərbaycanla Ukrayna müxtəlif sahələrdə əməkdaşlığı müzakirə edib
Leyla Əliyeva Arkadağ şəhərində əfsanəvi 'Galkynyş' milli atüstü oyunlar qrupunun çıxışını izləyib
İdeal dövləti necə qurmaq olar?
SON DƏQİQƏ! İstanbuldakı leysan Azərbaycana gəlir? – MÜHÜM AÇIQLAMA