İtaliya azad olunmuş ərazilərdə yenidənqurma işlərinə cəlb edilən ilk ölkələrdəndir
İtaliya yenidənqurma işlərinə cəlb edilən ilk ölkələrdəndir. İlk ölkə Türkiyə, ikincisi isə İtaliyadır.
Azxeber.com AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Prezident İlham Əliyev "La Repubblica" qəzetinə müsahibəsində azad edilmiş ərazilərdə İtaliya şirkətlərinin fəaliyyətindən danışarkən bildirib.
Bunun təsadüfi olmadığını qeyd edən Prezident deyib: "Bu, bizim seçimimiz idi. Mən demişdim ki, biz Böyük Qayıdışla bağlı yenidənqurma layihələrinə yalnız dost ölkələrdən olan şirkətləri dəvət edəcəyik. Bir neçə italyan şirkəti artıq müxtəlif layihələrdə, o cümlədən Zəfər muzeylərinin, Memorial muzeylərin və İşğal muzeylərinin yaradılmasında iştirak edir. Artıq bir italyan şirkəti bir bölgənin enerji təminatı məsələsi ilə bağlı bizimlə müqavilə imzalayıb. Bundan əlavə, digər italyan şirkəti kənd təsərrüfatı məhsullarının istehsalına sərmayə yatırmağa başlayıb".
Dövlətimizin başçısı vurğulayıb ki, italyan şirkətlərinin Azərbaycanda fəaliyyəti alqışlanılır və yenidənqurma işlərində daha çox italyan şirkətləri iştirak edəcək.

Keçmiş nazirə ağır itki
Bakıda məktəb və bağçaların istilik təminatı ilə bağlı vacib açıqlama
Bakıda 11-ci sinif şagirdi müdirin seyfindən pul oğurladı
Nərimanovda kafedə baş verən insidentlə bağlı daha 3 nəfər saxlanılıb
İranda işçiləri daşıyan avtobus aşdı - Ölənlər və yaralananlar var
Füzulidəki qəzada yaralanan qadın Bakıya gətirildi
Bakıda 34 yaşlı qadının bıçaqlanmasının təfərrüatı məlum oldu
Gələn il pensiyalar belə artırılacaq
Qarabağa köçən məşhurlar - SİYAHI
Makron: Ukraynaya yardım Fransa və bütün Avropanın müdafiəsi deməkdir
Özgür Özel yenidən Yeni Partiyanın sədri seçildi
Erməni deputat: "Paşinyan da İlham Əliyev kimi paytaxtımıza "İrəvan" deyir"
Azercell və AKM "FireWall 2026" hakatonuna start verir
Euronews'da İlham Əliyevin Avropa Siyasi Birliyinin Sammitində iştirakına dair məqalə dərc olunub
Bakıda 16 ölkədən 50-dən çox universitetin iştirakı ilə beynəlxalq təhsil sərgisi keçiriləcək