İxtisas seçimi yaxınlaşır: Abituriyentlər nələrə diqqət etməlidir?

İxtisas seçimi yaxınlaşır: Abituriyentlər nələrə diqqət etməlidir?Universitetlərə qəbul olmaq istəyən abituriyentlər üçün ixtisas seçimi mərhələsinin vaxtı müəyyənləşib. Dövlət İmtahan Mərkəzi (DİM) ixtisas seçiminin 12–19 avqust tarixlərində keçiriləcəyini açıqlayıb. Bu il seçim prosesi başlamazdan əvvəl DİM sədri Məleykə Abbaszadənin keçid balları ilə bağlı verdiyi proqnoz isə xüsusilə 300-400 bal toplayan abituriyentlər arasında rəqabətin daha da artacağını göstərir.
Bəs ixtisas seçimi zamanı abituriyentlər nələrə diqqət etməlidirlər?
Təhsil eksperti Məzahir Məmmədli azxeber.com-a açıqlamasında deyib ki, bu məsələ hər kəs tərəfindən müzakirə olunur:
İxtisas seçimi yaxınlaşır: Abituriyentlər nələrə diqqət etməlidir?"Dövlət İmtahan Mərkəzinin sədrinin son açıqlaması həm sosial şəbəkələrdə, həm də təhsil ekspertləri arasında geniş müzakirələrə səbəb olub. Çünki Məleykə Abbaszadə 150 balla qəbul imkanları barədə danışarkən bildirib ki, I ixtisas qrup üzrə kompüter mühəndisliyi ixtisasına da 150 balla qəbul mümkün ola bilər. I ixtisas qrupunda, xüsusilə kompüter mühəndisliyi ixtisası üzrə rəqabət kifayət qədər yüksəkdir və keçid balları da ən yüksək göstəricilər sırasındadır. Bu baxımdan, həmin ixtisasa 150 balla qəbulun mümkünlüyü ilə bağlı səsləndirilən fikrin nə dərəcədə əsaslı olduğu müzakirə mövzusudur".
O qeyd edib ki, keçid ballarının müəyyən qədər enəcəyi ilə bağlı fikirlər müsbət hal ola bilər:
"Ümumilikdə isə keçid ballarının müəyyən qədər enəcəyi ilə bağlı fikirlər müsbət qiymətləndirilə bilər. Çünki qəbul planının 70 min və ya daha çox  hədəflənən qəbulun az kəsrlər də olsa, başa çatması demək olacaq. Xüsusilə 150 balla qəbul olan ixtisasların sayının I və II ixtisas qruplarında bir qədər artması mümkün olacaqsa". 
Təhsil eksperti deyib ki, ll ixtisas qrupunda risqlər var:
"İndiyədək qəbul prosesi ilə bağlı verilən bir çox proqnoz sonradan özünü doğrultmayıb və dəfələrlə dəyişib. Çünki keçid balları yalnız ümumi nəticələrdən deyil, hər ixtisas üzrə müraciət edənlərin sayından, onların topladığı ballardan, plan yerlərinin sayından və ixtisaslar arasındakı rəqabətdən asılıdır. Ona görə də əvvəlcədən hansı ixtisas qrupunda keçid ballarının nə qədər enəcəyini və ya artacağını dəqiq söyləmək doğru yanaşma deyil. Riskin daha çox müşahidə oluna biləcəyi qruplardan biri isə II ixtisas qrupudur. Bunun əsas səbəbi həmin qrupa ötən illərlə müqayisədə 3 mindən çox əlavə abituriyentin sənəd verməsidir. Bunlar əsasən əvvəlki illərdə III ixtisas qrupunu seçən, lakin bu il seçimlərini dəyişərək II qrupa üstünlük verən abituriyentlərdir".
Şahanə Ziyad

Sosial       Tarix: 04 avqust 2026
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

"Lyuk"a düşüb xəsarət alan məmur xanımına görə - AAYDA rəsmisi cəzalandırılıb

Bakıda məmurlardan birinin xanımı açıq qalmış yağış kanalizasiya quyusuna düşərək xəsarət alıb. "Qaynarinfo"ya istinadən xəbər verir ki, hadisə Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Sarayevo küçəsi 13B ünvanınd

Bakı-Quba yolunda yük maşını aşıb, ölən var

Bakı-Quba ödənişli avtomobil yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə -a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Hadisə yerinə FHN-in Sumqayıt Regional Mərkəzinin xilasedicilər

Azərbaycanda kənd yumurtasının qiyməti kəskin artdı

Azərbaycanda kənd yumurtasının qiyməti kəskin artıb. "Qaynarinfo"ya istinadən xəbər verir ki, bir neçə gün əvvəl 20-25 qəpiyə təklif olunan kənd yumurtası 10 qəpik bahalaşıb. Bildirilir ki, hazırda bölgələrdə kən

Bakıda iki avtomobil toqquşdu: Piyada öldü

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Əkbər Akif oğlu Novruzovun idarə etdiyi avtomobil ilə Xətai rayonu, Gəncə prospektində Emil Amil oğlu İsgəndərovun sükanı arxasında olduğu minik avtomobili toqquşub

Əhaliyə xəbərdarlıq: Bu gündən başlayır, 2 gün davam edəcək

Bakıda və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, avtomatik stansiyalardan əldə edilən məlumata görə, hazırda havada tozun miqdar

Bu həftə bürcləri nələr gözləyir? - Sevgi, pul…

19–25 oktyabr tarixlərini əhatə edən yeni həftə bürclər üçün fərqli hadisələrlə yadda qala bilər. Astroloji yozumlara görə, bəzi bürcləri sevgi həyatında xoş sürprizlər, digərlərini isə iş və maliyyə sahəsində mühüm qərarla

Qarabağ' – 'Neftçi' oyunu ilə bağlı azarkeşlər arasında insidentə cəhd göstərən 19 nəfər saxlanılıb

"Qarabağ" – "Neftçi" futbol oyunu ərəfəsində və oyundan sonra insident törətməyə cəhd göstərən 19 nəfər polis tərəfindən müəyyən edilərək saxlanılıb. . DİN-in Mətbuat Xidmətindən -un sorğusuna cavab olara

Bakı–Şamaxı yolunda avtomobil aşıb, yaralananlar var

Bakı–Şamaxı avtomobil yolunun Qobustandan keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib. Ilkin məlumata əsasən, "Audi" markalı avtomobilin sürücüsü idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq aşıb

Yavər Şıxəliyev vəfat etdi

Tibb elmləri doktoru, professor, 1 saylı ixtisaslaşdırılmış poliklinikanın baş həkimi Yavər Şıxəliyev vəfat edib. xəbər verir ki, bu barədə Ağciyər Xəstəlikləri Mərkəzi məlumat yayıb. Qeyd edək ki, Y.Şıxəliyev 1973-cü ild


son xeberler azerbaycan xeberleri yeni xeberler cəbhədən son xəbərlər havanın temperaturu azerbaycan son xeber bugun cebheden xeberler