İyunda toy edənlərə VACİB XƏBƏR - Qızılın qiyməti ilə bağlı detallar MƏLUM OLDU
Yay mövsümünün başlanması ilə birlikdə toy bazarında canlanma müşahidə olunur. Xüsusilə, iyun ayında keçirilən mərasimlərin sayının artması qızıl bazarına da təsirsiz ötüşmür. Ənənəvi olaraq toy hazırlıqlarında əsas xərclərdən biri hesab edilən qızıl məmulatlarına marağın yüksəlməsi alıcıları düşündürən əsas məsələlərdən birinə çevrilib. Bəs artan tələbat fonunda gələn ay Azərbaycanda qızılın qiyməti bahalaşa bilərmi?
Mövzu ilə bağlı KONKRET.az-a danışan iqtisadçı Razi Abbasbəyli bildirib ki, Azərbaycanda qızılın pərakəndə satış qiymətlərini daxili bazardakı tələb müəyyən etmir:
"Bazarda təklif kifayət qədərdir. Həm xammal, həm də yerli istehsal baxımından təminat problemi yoxdur. Buna görə də toy mövsümünün başlaması qızılın qiymətində bahalaşmaya səbəb olmayacaq.
Azərbaycanın daxili bazarı kiçik olduğundan dünya birjalarında qızılın qiymətində baş verən dəyişikliklər ölkəyə ciddi təsir göstərmir. İyun ayının ortalarından başlayacaq məhərrəmlik ayı da bazarda tələbin azalmasına səbəb olacaq".
R.Abbasbəyli vurğulayıb ki, Azərbaycanda yerli qızıl hasilatı və emalı mövcuddur, eyni zamanda idxal olunan məhsullarla bağlı da hər hansı problem yaşanmır:
"Ölkənin qızıl ehtiyatları kifayət qədərdir. Mərkəzi Bank da bazarda qiymətləri tənzimləyə bilir. Bu baxımdan yaxın aylarda Azərbaycanda qızılın bahalaşacağı gözlənilmir".
Aynurə İsmayıl
KONKRET.az
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Azərbaycanda meymunçiçəyinə yoluxma var? – Rəsmi
Bakıda dəhşətli hadisə:Yeniyetmə ürəyindən VURULDU
Naxçıvanda zəncirvari qəza - Azyaşlı öldü, xəsarət alanlar var
İmran Əliyevə 12 il iş istənildi
Vüsalın qətlini gözləri ilə görüb - "Bıçağı üstünə sürtərək yanımdan keçdi..."
Yaponiyanın böyük imperiya arzusu: Qərbi təqlid etdi, Asiyaya hökmranlıq etdi
Türkiyə ilə viza rejimi tətbiq edilir? - SƏBƏBLƏR
Türk millətçiliyini zəhərləməyə çalışanlar... - Baxçalı
Azərbaycanda balıq bahalaşdı - Qiymətlər
Selena Qomesin səsi dəyişdi: Nədən imtina etdi?
Azərbaycanla Kanadanın aparıcı analitik mərkəzi arasında əməkdaşlıq müzakirə olunub
İran XİN sözçüsündən vahid məktəbli geyimi ilə bağlı - AÇIQLAMA
MM sədri Bişkekdə süni intellekt dövründə parlamentlərarası əməkdaşlığın önəminə diqqət çəkib
Lissabonda Azərbaycan səfirliyinin açılışına hazırlıq müzakirə edilib
Mobil telefonlardan POS-terminal kimi istifadə mümkün olacaq