İyunun 15-dən FHN çimərliklərdə gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək
Fövqaladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən çimərlik mövsümünə hazırlıqla əlaqədar müvafiq qanunvericiliyə uyğun zəruri təhlükəsizlik tədbirləri həyata keçirilib.
Bu barədə azxeber.com-a FHN-in Mətbuat Xidmətindən məlumat verilib.
Belə ki, aprel ayından etibarən sahilboyu ərazilərdə aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə monitorinqlər keçirilib. Monitorinqlər zamanı çimərlik üçün təhlükəsizlik baxımından istifadəyə yararsız və təhlükəli ərazilər müəyyən edilib. Monitorinqlərin nəticəsi olaraq, yerli icra hakimiyyətlərində müvafiq qurumların nümayəndələrinin iştirakı ilə monitorinq zamanı aşkar olunmuş nöqsan və çatışmazlıqların aradan qaldırılması məsələlərinə həsr olunan işçi müşavirələr keçirilib, aşkar olunmuş nöqsan və çatışmazlıqların həlli üçün müvafiq tapşırıqlar verilib.
Bununla yanaşı, Xidmətin nəzarət etdiyi çimərliklərdə, o cümlədən İDEA ictimai birliyinin təşəbbüsü ilə Bakı şəhərinin Qaradağ, Səbail, Xəzər, Sabunçu və Binəqədi rayonlarında yaradılmış ictimai çimərliklərdə dalğıclar vasitəsilə sualtı müayinələr aparılıb və sahil zolağı mövcud yad cisimlərdən (daş, qaya parçaları və s.) təmizlənib.
Xidmətin balansında olan xilasetmə texnika və vasitələri, o cümlədən dalğıc-axtarış əməliyyatlarında istifadə olunan avadanlıqların texniki vəziyyəti bir daha nəzərdən keçirilib.
Hazırda Xidmətin nəzarət etdiyi çimərliklərdə üzmə sərhədlərini müəyyən edən nişanların və ərazidə istirahət edən vətəndaşların təhlükəsizlik qaydaları ilə bağlı maarıfləndirilməsi üçün xüsusi lövhələrin yerləşdirilməsi işləri davam etdirilir.
Qeyd edirik ki, cari ilin iyun ayının 15-dən etibarən Xidmət gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.

Ərdoğan Prezident Sarayında ölkəmizin Türkiyədəki səfirini qəbul edib
Levon Köçəryan: "Paşinyan səhvlərinə bəraət qazanmaq üçün süni qorxular yaradır"
Peskov: Rusiya Ukraynada müharibəyə başlamayıb, əksinə, onu bitirməyə çalışır
Levon Köçəryan: Bu, Nikol Paşinyanın növbəti "patoloji yalanı"dır
Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO
Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər
Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ
Nəvai Moskvada törətdiyi qəzaya görə təzminat ödədi
"Nikosayağı" buna görə qol transplantasiyası etdirməyib
XİN Şimali Koreyanı təbrik etdi – FOTO
39 yaşlı qadın bıçaqlandı: qardaşı saxlanıldı
Ağır qəza nəticəsində 5 nəfər yanaraq öldü
Minlərlə rus 5 ölkəyə girəcək – Siyahıda Azərbaycan da var
"Mən sizinlə birlikdə Bakıya getməyə hazıram" - Ruben Vardanyanın həyat yoldaşı
Ceyhun Bayramov Mirzoyanla görüşəcək